Şahtaxtı Gömrük İdarəsinin rəisi Vasif Talıbovun göstərişi ilə NAXÇIVANLILARA "DİVAN TUTUR"
Sosial
Oxunub: 174
2 dek 2022 | 23:39
Şahtaxtı Gömrük İdarəsinin rəisi Vasif Talıbovun göstərişi ilə NAXÇIVANLILARA "DİVAN TUTUR"


Naxçıvan Baş Gömrük İdarəsinin nəzdində fəaliyyət göstərən Şahtaxtı Gömrük İdarəsində muxtar respublikanın sakinlərinə olmazın əziyyət, zülm verilir.
Bu barədə Hurriyyet.az-a daxil olan informasiyada deyilir ki, Şahtaxtı Gömrük İdarəsinin rəisi Naxçıvan Muxtar Respublikasından İranın Poldəşt sərhəd-keçid məntəqəsi vasitəsiylə adıçəkilən ölkəyə gedən və oradan əks istiqamətdə qayıdan sakinlərin qarşısında əcaib şərt, daha doğrusu qadağa qoyub. Bu isə son günlər Naxçıvanda baş tutan həbslərdən ümidlənən və "Artıq bundan sonra Naxçıvan gömrüyündə hər şey yaxşıya doğru dəyişəcək" deyənlərin daha çətin şəraitlə üzləşməsinə səbəb olub.

Belə ki, əldə etdiyimiz məlumatlara görə, son günlərə qədər Naxçıvan Muxtar Respublikasından İrana və ya əks istiqamətdə vətəndaşların istifadə etdikləri əl arabaları yığışdırılıb. Bu səbəbdən də Naxçıvan sakinləri az qala 1 kilometrə yaxın məsafəni çətinliklə dəf etməyə, yəni yükləri bellərində daşımağa məcbur qalıblar.

Hələ bu, harasıdır. Hurriyyet.az-ın əldə etdiyi bilgilərdə o da qeyd olunur ki, Şahtaxtı Gömrük İdarəsinin əməkdaşları İrandan alınan və dəyəri 550 manat olan tikinti materialı üçün nə az, nə çox düz 240 dollar gömrük rüsumu tələb edirlər. Bu isə az qala həmin tikinti materialının maya dəyərinin 80 faizi qədərdir. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda fəaliyyət göstərən gömrük məntəqələrinin heç birində tikinti materiallarına bu qədər, özü də xarici valyuta ilə idxal gömrük rüsumu tətbiq olunmur.

Görünən odur ki, Şahtaxtı Gömrük İdarəsinin rəisi gözü çıxmış qardaşından, yəni son günlər Naxçıvanda baş tutan həbslərdən dərs götürməyib və bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvan sakinlərinə "divan tutmaq"da davam edir. Ümid edirik ki, müvafiq qurumlar, əsasən də Dövlət Təhlükəsizliyi Xidməti rəhbərliyi qeyd olunan neqativ hallarla da bağlı təxirəsalınmaz addımlar atacaq.
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq