Məktəb direktoru, yoxsa, hamburger alverçisi?
Sosial
Oxunub: 3 793
25 noy 2022 | 13:59
Məktəb direktoru, yoxsa, hamburger alverçisi?




Bakı şəhəri, Sabunçu rayonu 255 nömrəli tam orta məktəbin 130 yaşı var. Binası 1892-ci ildə tikilib, 2004-cü ildə yardəmçı korpuslar əlavə olunmuş, nəhayət, 2011-ci ildə köhnə bina tamamilə sökülərək yerində, 3 mərtəbəli, 42 sinifdən ibarət yeni bina tikilmişdir. Hal-hazırda 2 növbəli rejimdə 5 gün işləyən məktəbdə 1500-ə yaxın şagird təhsil alır.

Məktəb direktor Məmmədova Mətanət Məmmədsadıq qızının “səmərəli” fəaliyyəti barədə aralıdan çox söz-söhbət gəzsə də, bu təhsil müəssisəsi ilə yaxından tanış olanda vəziyyətin tam başqa olduğu aydınlaşır. Yaxınlaşanda ilk öncə məktəbin ağzında kiçik ərzaq mağazası diqqəti çəkir. Təbii ki, əsas müştəriləri elə məktəbin şagirdləridir. Amma burada çörəyin arasında sosis və kolbasa dilimləri də satılır ki, bu da obyektin profilinə və işçisinin (satıcının) peşəsinə uyğun olmadığına görə yolverilməzdir. Belə ki, bu halda qidanın təhlükəsizliyinə zəmanət yoxdur. Bu barədə əməkdaşımız satıcıya sual verdiyində, bildirib ki, obyekt məktəbin direktorunundur, o, icazə verib. Satıcıya bəs hansı əsasla ona kustar üsulla hazırlanmış hamburgerin satışına icazə verildiyini soruşanda sözünü danıb, dükanın məktəbin nəzdində olmadığını deyib. Bu azmış kimi, hadisə yerinə atasının “köməyinə” gələn satıcının oğlu əməkdaşımıza yumruq silkələyərək, ölümlə hədələyib.

Məktəbdə bütün başqa məktəblərdə olan neqativ halların – “fond pulu”, “süpürgə pulu”, “vinetka pulu”, “Müəllim Günü”, “Yeni İl və Novruz bayramları ilə əlaqədar pul toplamaq, “şəhadətnamə üçün şirinlik”, “attestat üçün şirinlik” və s. kimi “ənənələr”, hətta bir az da artığı mövcuddur. Bəzi valideynlər şikayət edirlər ki, məktəbdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pul yığılır. Məlumata görə, məktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri valideynlərin boynuna qoyurlar. O qədər də qənaətbəxş səviyyədə oxumayan şagirdin valideyni övladının məktəbdə təhsilini davam etdirməsi və 10-cu sinfə keçməsi üçün kafi qiymətlərlə lazımi qədər bal topladığı əks olunan sənədin verilməsi üçün, rüblük qiymətlərin şışırdilməsi ücün sinif rəhbərlərinə "şirinlik” verməlidir.

Məktəblərdə hər hansı bir məqsədlə şagirdlərdən pul yığılmamalıdır. Təhsil eksperti Kamran Əsədovun da sözlərinə görə, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericilik aktlarına ziddir və bu, yolverilməzdir: "Təəssüf ki, buna baxmayaraq, hələ də bir çox məktəblərdə təhsil alan şagirdlərdən dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmuş məsələlərə görə şagirdlərdən pul yığılır”. Ekspert qeyd edib ki, hər il dövlət büdcəsinin vəsaiti hesabına yüzlərlə məktəb binası tikilib istifadəyə verilir, təmir olunur: "Təhsil ocaqları lazımi səviyyədə bütün avadanlıqlarla təmin olunur. Heç bir əlavə ləvazimatlara ehtiyac olmadığı halda məktəblərdə bu edilir. Bundan başqa, KSQ (kiçik summativ qiymətləndirmə) və BSQ (böyük summativ qiymətləndirmə) sınaq imtahanları üçün şagirdlərdən pul yığılır ki, bu da yolverilməzdir. Çünki dövlət tərəfindən bütün məktəblər lazımi sayda printer və kağızla təmin olunur.
"Azerinfo.media"


Məktəb direktoru, yoxsa, hamburger alverçisi?
Məktəb direktoru, yoxsa, hamburger alverçisi?
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi