İnam Kərimovun “Kənddən Şəhərə” FİASKOSU... - Bu adla görən, nə qədər PUL SİLİRLƏR?
Sosial
Oxunub: 148
21 noy 2022 | 21:43
İnam Kərimovun “Kənddən Şəhərə” FİASKOSU... - Bu adla görən, nə qədər PUL SİLİRLƏR?


Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 19 -20 noyabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Nazirlikdən verilən məlumata görə, Bakı və Abşeron ərazisində keçiriləcək yarmarkaların təşkilində əsas məqsəd fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini yerli, təbii və mövsümi kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkalarda məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq.
Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 80-ə yaxın fermer 50-ə yaxın regionu təmsil edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara daşınacaq.
Yarmarkalarda satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Satışa çıxarılan hər məhsulun keyfiyyətinin önəminə diqqət çəkən iqtisadçı-ekspert Vahid Məhərrəmovun fikrincə, keyfiyyətlə bağlı konkret standartlar təyin edilməlidir. Keyfiyyət əsl alıcılıq qabiliyyətini müəyyənləşdirir: "Keçmişdə kifayət qədər avadanlığın, texnoloji inkişafın olmaması üzündən məhsulları sağlam yetişdirmək olduqca çətin idi. Ancaq indiki şərait imkan verir ki, sağlam, təbii, uzunömürlü, hər cəhətdən keyfiyyətli məhsullar becərilsin və toplanılıb satışa çıxarılsın. Ancaq nə üçünsə bu cür yarmarkalarda içi çürük məhsulların satışı müşahidə edilir".
Ekspertin sözlərinə görə, yarmarkaları KTN yox, icra hakimiyyəti orqanları təşkil etməlidirlər: "Nazirlik bu cür mövsümi işlərlə məşğul olmamalıdır. Hazırda onlar iş görüntüsü yaratmaq üçün yarmarkarların təşkilini həyata keçirirlər. Ancaq dünyada yarmarkaları icra hakimiyyəti və bələdiyyə orqanları təşkil edir, bu məsələdən qaynaqlanan problemləri də onlar həll edirlər. Kənd Təsərrüfatı Nazirliyi kəndlinin problemlərinin həlli ilə məşğul olmalıdır. Yarmarkaların təşkili stimul xarakteri daşısa da, ancaq bir çox hallarda kəndli fermerlərin əsas problemləri kölgədə qalır və ya həll edilmir".
İqtisadçı hesab edir ki, “Kənddən Şəhərə” yarmarkaları effektli təşkil olunsaydı alıcıların maraqları baxımından çox cəlbedici ola bilərdi. Amma əksər vətəndaşlar tərəzilərin düz işləməməsi, artıq qiymətdən narazıdır. Bir çox ölkələrdə yarmarkalar görmüşəm. Bu, əhalinin razı qaldığı bir yarmarka olur, lakin Azərbaycanda bunun istehlakçıları qane etməyən bir variantda təşkil edilir.
V.Məhərrəmovun sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə fermer bazara və ya yarmarkaya çıxıb satış etmir. O, əkin sahəsində daha məhsuldar işləməlidir. Buna görə də fermerə əsas stimul verəcək məsələ onun əməyinin doğru dəyərlə qiymətləndirilməsidir. Yarmarkalara isə onların istehsal etdiklərini çıxaracaq müəyyən edilmiş nümayəndələr olmalıdır. Kəndlidən ədalətli qiymətə alınan məhsul yarmarkada istehlakçıya uyğun qiymətə satılmalıdır. Onu da deyim ki, yarmarkalarda satılan məhsullar bir çox hallarda fermerlərdən ziyanına alınan mallardır. Fermerlər istehsal etdikləri məhsulları qalıb çürüməsin deyə, bir növ onlardan qurtulmaq üçün dəyər-dəyməzinə möhtəkirlərə satmağa məcbur olur. Həmin məhsullar da yarmarkalarda satışa çıxarılır. Bu isə stimul yaratmaq əvəzinə kəndlini gördüyü işdən küsdürür".
Kənd təsərrüfatı yarmarkalarının təşkili ilə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Rauf Qarayev isə bu layihənin müsbət hal olduğunu, lakin bəzi məsələlərə diqqət edilməsinin vacibliyini vurğulayıb: “Kənddən Şəhərə” yarmarkalarının keçirilməsində əsas məqsəd paytaxtda kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaq və qiymətlərin ucuzlaşmasına nail olmaqdır. Bundan əlavə, yarmarka təşkilatçılarının əsas vəzifəsi məhsulun satışının fermerin özünün təşkil etməsinə çalışmaqdır. Yarmarkanın əsas qayəsi budur ki, yarmarkalarda sahibkarlar, fermerlər piştaxta arxasında dayansın, alverçilər yox.
Yarmarkaların müsbət tərəflərindən biri də budur ki, fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunacaq. Yəni yarmarkada iştirak edəcək fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunurlar. Hətta məhsullarını yarmarka ünvanlarına çatdırmaqda çətinlik çəkən fermerlərə logistik dəstəyin də göstərilməsi pis olmazdı".
İqtisadçının fikrincə, bu cür yarmarkalarda dəllalların, məhsulları fermerlərdən ucuz qiymətə alıb Bakıda baha qiymətə satan alverçilərin iştirakına icazə verilməməlidir: “Hər kəndli iri şəhərlərin bazarlarına çıxmaq, öz yetişdirdiyi məhsulun satışını təşkil etmək iqtidarında olmadığı üçün alverçilər bundan istifadə edir. Halbuki, kəndli becərdiyi məhsulu özü yarmarkaya gətirib satışa çıxarsa tutarlı qazanc əldə edər. Zəhmətinin bəhrəsini həm özü görər, həm də vətəndaşlar ucuz və keyfiyyətli məhsul əldə edər. Kəndli əziyyət çəkərək əkib-becərdiyi məhsulun satışını özü etməlidir. Bu, kəndliyə - fermerə qazanc əldə etmək, becərdiyi məhsuldan gəlir götürmək imkanı yaradır, məhsul becərməyə həvəsini, həm də marağını artırır, əlavə stimul verir”.
R.Qarayevin sözlərinə görə, kənd təsərrüfatı məhsullarının rayonlarda ucuz, Bakıda baha olmasının əsas səbəbi də məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların əməlidir. Kəndli nə qədər çox əziyyət çəksə də, məhsulu əhali üçün əlçatan qiymətə satır. İşbazlar, alverçilər isə daha çox qazanmaq üçün insanların “cib”inə, kəndlilərin haqqına girir.
İqtisadçı onu da deyib ki, kənar şəxslərin bu cür yarmarkalara müdaxiləsinə məhz Kənd Təsərrüfatı Nazirliyi tərəfindən nəzarət olunmalıdır.
Bu cür yarmarkaların təkcə paytaxtda deyil, digər şəhər mərkəzlərində də təşkil edildiyini vurğulayan ekspert qeyd edib ki, bəzi sahibkarlar erkəndən bazarda öz yerini tutur ki, fermerlərin gətirdiyi məhsulların hamısını ucuz qiymətə alıb, gün ərzində bazarlıq edən alıcılara daha baha qiymətə satsınlar: “Çünki kəndlərdən şəhər bazarlarına məhsul gətirən şəxslərin axşama qədər piştaxta arxasında dayanıb məhsullarını satmaq imkanı olmur. Onlar 2-3 saat ərzində gətirdikləri məhsulu satıb qayıtmağa çalışır. Ona görə də bəzi hallarda fermerlər gətirdikləri məhsulu bir əldən başqa birisinə satıb rayona, kəndə qayıdır. Belədə yarmarkanın mahiyyəti pozulmuş olur. Məhsul ikinci, üçüncü ələ keçir. Qiymət də artır. Bu mənada yarmarkaların təşkili zamanı qarşıya qoyulan məqsədə nail olunması üçün fermerlərə hərtərəfli şərait yaradılmasının tərəfdarıyam”.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi