Elman Rüstəmovdan güc alan, maraqlar konfliktində mərkəz olan “Şapka Mamed”lə bağlı İLGİNC FAKTLAR - Bu faktlar ARAŞDIRILARSA...
Sosial
Oxunub: 172
15 noy 2022 | 22:50
Elman Rüstəmovdan güc alan, maraqlar konfliktində mərkəz olan “Şapka Mamed”lə bağlı İLGİNC FAKTLAR - Bu faktlar ARAŞDIRILARSA...


Azərbaycanda dövlət qurumlarında, yaxud dövlətə məxsus şirkətlərdə vəzifə tutan şəxslərin ictimai vəzifələrdə də təmsil olunması adi haldır. Lakin elə hallar var ki, ikili vəzifə tutan şəxs maraqlar konfliktinin obyektinə çevrilir. Belə ikili vəzifə tutan şəxslərdən biri də dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olan Məmməd Musayevdir. M.Musayev yüz faiz dövlət mülkiyyəti olan QSC ilə yanaşı, Azərbaycan Sahibkarları Milli Konfederasiyasına(ASK) da rəhbərlik edir.

M.Musayevin hansı əsasla sahibkarların hüquqlarını ilk növbədə hökumət qurumları qarşısında müdafiə edən ictimai birliyə rəhbərlik etməsi anlaşılmır.

Öncə gəlin ASK-nın internet saytında birlik haqqında məlumata diqqət yetirək: “ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Konfederasiya öz Nizamnamə məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

-Müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir.

-Əmək Qanunvericiliyinə uyğun olaraq ölkədə əmək münasibətlərinin tənzimlənməsi məqsədilə işəgötürənlərin Ümumazərbaycan birliyi kimi Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə kollektiv danışıqlarda iştirak edir, habelə üçtərəfli Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlayır”.

İndi bir anlığa təsəvvür edək ki, ASK Azərbaycan hökumətinin Baş Kollektiv Sazişdə təklif etdiyi müddəalarla razılaşmır, onları sahibkarların-işəgötürənlərin mənafeyinə zərbə kimi qiymətləndirir və sazişi imzalamaqdan imtina edir. Bu zaman nə baş verəcək: Azərbaycan hökuməti ASK prezidentinin həssas nöqtəsindən istifadə edərək, “Aqrarkredit”dəki vəzifəsindən ona təzyiq üçün yararlanacaq. Yəni M.Musayevin ASK-yə rəhbərliyi qurumun müstəqilliyinə birbaşa təhdid olmaqla, çox ciddi maraqlar konflikti yaradır.

Çox maraqlıdır ki, M.Musayev həm də Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin üzvü kimi onun idarəçiliyində əsas söz sahiblərindən biridir. Bu qurumun da yaradılmasında əsas məqsədin nə olduğu internet saytında açıq qeyd edilib: “Azərbaycan Banklar Assisasiyasının yaradılmasında əsas məqsəd üzv-təşkilatların korporativ maraqlarını dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda daha fəal qorumaqdan, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərməkdən və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur”.

Yenə sual yaranır ki, M.Musayev bankların korporativ maraqlarını “dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında” necə müdafiə edəcək ki, özü bilavasitə dövlət təşkilatına rəhbərlik edir?

Bəs M.Musayevə eyni vaxtda iki kresloda oturmağa, birinə də kəmənd atmağa hansı üstünlükləri imkan verir? Necə olur ki, o, dövlətə məxsus təşkilata rəhbərlik etdiyi halda sahibkar kimi də çıxış edə bilir? Əslində, M.Musayev uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur: öz adına olmasa da onun iqtisadiyyatın müxtəlif sahələrində biznesinin olduğu heç kimə sirr deyil. Düzdür, əsas fəaliyyəti bank sahəsi ilə bağlıdır – Sovet hakimiyyətinin son illərindən başlayaraq indiyədək bank-maliyyə sektorunda “AqrarKredit”dəkindən əlavə müxtəlif vəzifələr daşıyıb. Bura onun təşəbbüsü ilə Türkiyənin “Ziraat Bankası” ilə birgə yaradıldığı deyilən “Azər-Türk-Bank” Müşahidə Şurasının rəhbərliyindən tutmuş, Beynəlxalq Bankın İdarə Heyətinin üzvlüyünə qədər çoxsaylı vəzifələr aiddir. Onun bank sahəsindəki “Günəşinin” parlamasında Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovla yaxınlığının böyük rol oynadığı bildirilir. Onları yaxın dostluq münasibətləri ilə yanaşı, həm də biznes maraqlarının birləşdirdiyi qeyd olunur. M.Musayevin ASK prezidenti postuna gətirilməsi də Elman Rüstəmovun xidməti hesab olunur. Həmçinin bu iki şəxsi ortaq biznes, nəhəng layihələr birləşdirir. Bakıda M.Musayev tərəfindən tikilən bir çox hündürmərtəbəli yaşayış binalarının maliyyəşməsində Elman Rüstəmovun ciddi rol oynadığına dair məlumatlar var.

M.Musayevin bank çevrələrində “Şapka Mamed” adı ilə çağırıldığı da heç kimə sirr deyil. Deyilənə görə, bu adı o, vəzifə tutduğu banklardan kreditləri məlum “şapka” üsulu ilə verməsinə görə qazanıb. O, həmçinin kredit ödənişlərini icra edə bilməyən vətəndaşlara qarşı amansız rəftarı ilə ad çıxarıb. M.Musayevin belə qəddar davranışları ilə bağlı ölkə mətbuatında çoxsaylı şikayətlər dərc olunmaqdadır. Lakin onunla bağlı məhkəmələrə edilən müraciətlərin böyük əksəriyyəti nəticəsiz qalmaqdadır.

Məlumdur ki, 2015-ci il devalvasiyalarından sonra batmaq üzrə olan Azərbaycan Beynəlxalq Bankının (ABB) 10 milyard manat həcmində problemli kreditləri "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına ötürülüb. Daha doğrusu, ABB-nin kreditləri ilə yaradılan 50-dək müəssisə “AqrarKredit”in idarəçiliyinə verilib – sağlamlaşdırılıb özəlləşməyə çıxarılması üçün. ABB-nin toksik aktivlərini idarəetməyə götürən “AqrarKredit”in 3 milyard manatdan yuxarı istiqrazı Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən satın alınıb. Bu satışdan əldə olunan 3 milyard manatdan yuxarı məbləğin necə sərf olunduğuna dair hər hansı açıqlama verilmir. Məlum olan budur ki, qısa müddət ərzində ABB-dən alınan müəssisələrin böyük əksəriyyəti kəskin şəkildə “dəyərsizləşib”. 51 şirkətin yaradılması və yenidən təşkil edilməsi üçün ABB-dən götürülmüş 3,8 milyard manat kreditin əvəzinə 2017-ci ildə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Sənaye Korporasiyası ASC-yə təhvil verilən problemli aktivlərin cəmi bazar dəyəri 673 milyon manat hesablanıb. Bu fakt “Ernest and Yang” audit şirkətinin rəyində əksini tapır.

Hazırda “AqrarKredit”in idarəetməsində ABB-dən götürülən aktivlərdən “Xırdalan Metal Konstruksiya” MMC, “Bakı Prefabrik” MMC, “Balaxanı Metal Məmulatları” MMC, “Qaradağ Mərmər Qranit” MMC, “Deutsche Fassaden Technologien” MMC, “Ağstafa Tekstil” MMC, “Mingəçevir Maşınqayırma Zavodu” ASC, “Accopen” MMC, “Abşeron Kərpic” MMC qalıb. QSC-nin İnternet resursunda bu müəssisələr ağızdolusu təriflənir, istehsal etdikləri məhsulların yüksək keyfiyyətə malik olduğu qeyd edilir. Bundan əvvəlki təcrübə deməyə əsas verir ki, sabah həmin müəssisələrin əl dəyişməsi, yaxud özəlləşməyə çıxarılması halında bazar dəyəri qat-qat aşağı “olacaq”.

Hazırda “AqrarKredit” aqrar istehsalçılara ən bahalı kreditləri təklif edən qurumdur. Onun dövlətin güzəştli vəsaitlərindən kənarda fermerlərə təklif etdiyi kreditlər üçün faiz dərəcəsi 18 faizdən başlayır.

Yeri gəlmişkən, M.Musayev özü bir neçə vəzifəni tutmaqla yanaşı, yaxın adamlarını da “işsiz” qoymur. Belə ki, bu ilin iyununda onun kürəkəni - Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. R.Orucov bundan əvvəl Mərkəzi Bankın Baş direktoru idi. Bu vəzifəyə onun qayınatasının E.Rüstəmovla yaxın dostluğu nəticəsində gətirildiyi yəqin ki, hamıya məlumdur...

Musavat.com
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər