"Səhər işə getdim, axşam qayıdanda gördüm ev yoxdur"... - Vətəndaşın başına oyun açdılar // VİDEO
Sosial / Video
Oxunub: 294
14 noy 2022 | 13:44
"Səhər işə getdim, axşam qayıdanda gördüm ev yoxdur"... - Vətəndaşın başına oyun açdılar // VİDEO


"Sovetski" deyilən ərazi artıq, bir neçə ildir ki, oranı bilənlərin xatirəsi, oradan "könüllü" adı altında məcburi köçürülənlərin əsəb, stress səbəbi olub.

Əvvəllər də dəfələrlə verdiyimiz məlumatlardan hər kəsə bəllidir ki, orada yaşayan və sonradan köçürülən sakinlərin müəyyən hissəsi hələ də kompensasiyasını ala bilmir. Hətta, onlar bununla bağlı bir neçə dəfə aksiyalar da keçirdilər. Lakin, hər dəfəsində də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qarşılarına çıxıb, pul əvəzinə vəd verib, yola salırdı.

Əlqərəz...

Sonradan həmin sakinləri necə razı saldılar, yaxud ümumiyyətlə razı saldılarmı? Yoxsa, sakinlər özləri bezib susdular, deyə bilmərik. Amma, görünən o ki, 12.11.2022-ci il tarixində "DogruXeber.az"a müraciət edən və "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" verlişinin dəfəki müsahibi olan Həsənov Samiq Nudrət oğlu Elşad Həsənovun vədlərindən nəsibini almayan vətəndaşdır.

Samiq Həsənovun danışdıqlarını bir də bura köçürüb, sizi yormaq fikrimiz yoxdur. Amma, elə bizim özümüzün də marağımıza və aqressiyamıza səbəb olan bir ifadəsini təkrar edib, diqqətinizi xüsusilə bu məqama çəkməkdə zərurət duyduq.

Baxın !

Adam deyir ki, "Səhər evdən çıxdım, işə getdim, axşam evə qayıdanda ev artıq, yox idi. Soyuducum, televizorum, velosipedim və digər bütün məişət əşyalarım söküntünün altında qalıb, məhv olmuşdu. 1 dənə çöp belə çıxarmadım".

Belə çıxır ki, 30 il bundan əvvəl torpaqlarımızı işğal edərkən, düşmən bizə qarşı necə davranmışdısa, "Sovetski" sakinlərinin də bəzilərinə qarşı Yasamal rayon İcra Hakimiyyəti eyni davranıb.

Hələ evini, əşyalarını məhv etdikləri azmış kimi, nə ölkə başçısının bu barədəki çıxışında qeyd etdiyi kompensasiya ödənilib, nə də iki aylıq nəzərdə tutulmuş kirayə pulu.



Gördüyünüz kimi bu günə qədər də Samiq Həsənovu aidiyyatı qurumlar biri-birinə ötürə-ötürə, qapılar gəzdirirlər. Yəqin, adını çəkdiyi aidiyyatı qurumlar "Əlbət bir gün yorulub, bizdən əl çəkəcək" ümidi ilə hələ də vaxt itirmək üçün Samiq Həsənovu ötür-ötür gəzdirirlər. Lakin, həmin qurumlar bir "pis xəbər"imiz var. Samiq Həsənovun bu işin sonuna qədər gedəcəyi və axırda hüququnun tanınacağı, həqiqi ədalətin bərqərar olacağı günə qədər mübarizə aparacağını iddia edir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR