“Günəşli”də qəzada xəsarət alan 6 neftçi yenidən xəstəxanaya qaytarılıb
Hazırda xəstəxanada 19 neftçinin müalicəsi davam edir
“Günəşli” yatağında baş verən qəzada xəsarət alan və müalicədən sonra evə buraxılan 6 neftçi yenidən Mərkəzi Neftçilər Xəstəxanasına qaytarılıb.
Bunu Report-a açıqlamasında xəstəxananın mətbuat katibi Aytən Fətəliyeva bildirib.
Onun sözlərinə görə, hazırda xəstəxanada 19 neftçinin müalicəsi davam edir:
“Son üç gündə evə buraxılan xəstələrdən 6 nəfəri yenidən xəstəxanaya qəbul edilib. Onlar Rəşid İbrahimov, Ehtiram Məlikov, Roman Yusifov, Mahal Yusifov, Seymur Mikayılov və Coşqun Qarayevdir.
Həmin xəstələri evə buraxanda demişdik ki, əgər səhhətinizdə narahatlıq yaransa, yenidən həkimə müraciət edə bilərsiniz. Qəzada xəsarət alan neftçilərin əksəriyyətinə kəllə, baş-beyin travması diaqnozu qoyulmuşdu. Rəşid İbrahimov, Ehtiram Məlikov və Roman Yusifovda bu travma səbəbindən ürək bulanma halları müşahidə olunub. Ona görə də yenidən xəstəxanaya müraciət ediblər. Həkimlərimiz də onlara xəstəxana şəraitində müalicələrini davam etdirməyi məsləhət gördülər”.
A.Fətəliyeva qeyd edib ki, yenidən xəstəxanaya qaytarılan digər neftçilərdə nevroloji problemlər müşahidə olunur:
“Çox güman ki, evdə onlara baş çəkməyə gələnlər olur. Qəzada travma aldıqlarına görə səs-küyü götürə bilmirlər. Xəstəxanada sakitlik olduğundan məsləhət görüldü ki, burada qalsınlar. Onlara həm də xəstəxanada psixoloji yardım göstərilir”.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. "Neft daşları"ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla, 23 nəfərin axtarışı davam etdirilir.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?