Hacı Mazanın polis oğlundan qeyri-adi hərəkət
Sosial
Oxunub: 361
29 okt 2022 | 12:00
Hacı Mazanın polis oğlundan qeyri-adi hərəkət


Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “Ədalət Həsənovla Hacı Mazanın gizli sövdələşməsi” və “Ramazan Zeynalov necə Hacı Mazana çevrildi?!” başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə Hacı Mazan barəsində redaksiyamıza daxil olmuş bir sıra məlumatları ictimailəşdirmişdik. Bu məqalələri oxuyan Səxavət Qənbərov adlı şəxs elektron ünvanımıza Hacı Mazanın oğlu, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi polis polkovnik-leytenantı Bayram Zeynalovun qanunsuz əməllərindən bəhs edib. Vətəndaş yazır:
“Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində (MERO)-da vətəndaş Rüstəmov Ülvü Müşfiq oğlunun başına gətirilən oyunları ictimaiyyətə və aidiyyatı olan orqanlara təfsilatı ilə yazıb bildirmək istəyirəm. Belə ki, həmin şəxs 03.03.2022-ci il tarixində aldığı avtomobilini dövlət qeydiyyatına aldırmaq ücün texniki baxış şöbəsinə müraciət edibdi. Vətəndaşın aldığı avtomobili bir müddət əvvəl həmin idarə qeydiyyata alıb və texniki pasport da veribdi. Avtomobilə baxış keçirən Hüseynov Valeh Xanlar oğlu heç bir səbəb olmadan, axtarış üzrə inspektor polis kapitanı Süleymanov Xalisə məruzə edibdi ki, baqaj nömrəsində vətəndaş dəyişiklik edib, nömrə pozulubdu. Ülvi onlara öz iradlarını bildirib.Lakin onlar qəti qərara gəliblər ki, 800 manat pul rüşvət verməsən sənin avtomobilini qeydiyyata almayacağıq. Hətta polis kapitanı Süleymanov Xalis avtomobilə aid olan “texpasportu” öz iş otağında gizlətmişdi. Onlar rüşvət ala bilmədikləri üçün avtomobili idarədə cərimə meydançasına qoyublar. Təxminən 10 gün orada qaldıqdan sonra, polis kapitanı Süleymanov Xalis Ağsu RPŞ-nə müraciət edib ki, qanunsuz avtomobil saxlamışıq, gəlin onu aparın polis şöbəsinə. RPŞ-nin təhqiqat şöbəsi iki ay araşdırma aparıb və avtomobildə hec bir dəyişiklik olmadığı üçün onu vətəndaşın özünə qaytarıbdı. Bu günə kimi də vətəndaş özünə məxsus olan avtomobili öz adına qeydiyyata saldıra bilmir. Müraciət etmədiyi orqan qalmayıb. İdarənin rəisi Bayram Zeynalov Hacı Mazanın oğludur. İdarədə vətəndaşlardan rüşvət almaqdan ötrü cürbəcür qanunda nəzədə tutulmayan bəhanələr gətirərək, pul tələb edirlər.Misal üçün yuxarıda qeyd etdiyim vətəndaş.Çox misallar gətirmək olar. Aidiyyatı dövlət qurumları Hacı Mazandan çəkindikləri ücün rəis oğlu idarədə istədiyi kimi, qanunda nəzərdə tutumayan qaydada işləyir. Daxili işlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, göstəriş verəsiniz Bayram Zeynalov vətəndaşları incitməyə son qoysun. Eyni zamanda Rüstəmov Ülvinun avtomobilini qanunda nəzərdə tutulan qaydada qeydiyyata alsınlar”.
Vətəndaşın xahişin nəzərə alaraq müraciəti olduğu kimi verdik. Ordakı bəzi məqamlar onun subyektiv fikridir. Ümidvarıq ki, aidiyyatı orqanlar vaxtında lazımi tədbirlər görərək günahkarları cəzalandıracaqdır.
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa