“Hektarlarla otlaq sahəsi əlimizdən alındı…” - NARAZILIQ!
Sosial
Oxunub: 154
28 okt 2022 | 19:19
“Hektarlarla otlaq sahəsi əlimizdən alındı…” - NARAZILIQ!


“Heyvanlarımızı çoxaldırdıq, hər il ən azı 500 quzu satırdıq, bu da bugünkü qiymətlə hər il üçün 75 min manat qazanc deməkdir ki, bu qazanc əlimizdən çıxıb”. Keçmiş fermerin sözlərinə görə, heyvandarlıq təsərrüfatları əllərindən çıxmış fermerlərə kompensasiya da ödənilməyib. Həmid Qulamzadə deyir, qış otlaq sahəsində ayrı-ayrı fermerlərə məxsus olan ümumilikdə təqribən 30-40 min baş qoyun, mal-qara saxlanılırmış.

Kürdəmir Rayon İcra Hakimiyyətindən Meydan TV-yə yalnız o bildirilib ki, həmin ərazilər vaxtilə fermerlərdən məhkəmə qaydasında geri alınıb və əkin işləri üçün uzunmüddətli olaraq “Azər Aqro” MMC-yə verilib. Həmid Qulamzadə isə deyir, qış otlaq sahəsi fermerlərin əlindən məhkəmələrə təzyiq etməklə alınıb: “Bəli, elədir, keçmiş icra başçısı, hazırda həbsdə olan Ceyhun Cəfərov bir gündə hamısını alt-üst elədi. Sahədə aqropark salınacağını deyib, heyvandarlıq təsərrüfatlarımızı dağıtdı. Bizi məhkəməyə verdi, məhkəmə də onun sifarişini yerinə yetirdi. Yuxarı məhkəmələr də birinci məhkəmənin qəraını qüvvədə saxladı. Beləcə, otlaq sahələri əlimizdən alındı. Heyvanlarımız ortalıqda qaldı. Məcbur olub hamısını dəyərindən ucuz satdıq. Bir sözlə, keçmiş başçı bir qərarıyla Kürdəmirdə və qonşu rayonlarda heyvandarlığın belini qırdı”.

Qış otlaq sahələri fermerlərin əlindən alınandan sonra statusu əkin sahələri statusuna çevrilib və icarə müqaviləsiylə “Azər Aqro” MMC-yə verilib. Ancaq şirkət qurudulmuş bataqlıqda nə pambıq əkə bilir, nə də taxıl… “Subsidiyalar ayrıldı, gübrələnmə işləri aparıldı, ancaq heç nə bitmədi. Çünki qurudulmuş bataqlıq ərazisində taxıl, pambıq əkini üçün münbit torpaq ola bilməz”.

Hüquqşünas Namizəd Səfərov deyir, torpaqların hazırda faktiki istifadəsiz qalmasıyla bağlı fermerlər hökumətə müraciət etməli, komissiya yaradılmasını tələb etməlidilər. Komissiya torpaqlara baxış keçirib, faktiki istifadəsiz qalması barədə akt tərtib etməli, torpaqların təyinatının dəyişdirilməsi üçün məhkəməyə təqdim etməlidir: “Ancaq bir məsələ var ki, bu torpaqlarda yaxın illərdə ot qatı yaranması mümkündürmü, bu, sual altındadır. Bunu artıq torpaq mütəxəssisləri deyə bilər. Mənim bildiyim qədər, Azərbaycanda belə korlanmış torpaqlar min hektarlarladır və belə torpaqların yenidən canlanması, ot qatıyla örtülməsi, otlaq sahəsinə çevrilməsi üçün azı 20-25 il gözləmək lazımdır”.

5 il əvvəl Kürdəmirdəki Şilyan massivində 6150 hektar sahədə “SM Aqro” MMC tərəfindən aqropark yaradılıb. Elə həmin il “Vüqar Fermer Təsərrüfatı” MMC tərəfindən Muradxan massivində 2500 hektar, “Azər Aqro” MMC tərəfindənsə Ərəbqubalı massivində 2800 hektar sahədə aqroparklar yaradılıb. Ancaq əkin işləri özünü tam doğrultmayıb. //meydan.tv//
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...