7 saylı TSEK-də əlillik dərəcəsi almaq niyə çətindir?

Şikayətçilər deyir ki, Pərviz Bənənyarlı maraqlarına xidmət edir, burada hətta sağlam adam da dərəcə ala bilər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMM) kadr dəyişikliyindən sonra yeni nazir Səlim Müslümov bir çox işçilərlə yollarını ayırdı. Sabiq nazir Füzuli Ələkbərovun dönəmindən qalanların böyük əksəriyyəti işdən çıxarıldı. Əksəriyyət elə zənn edirdi ki, yeni komandanın fəaliyyətində tutarlı dəyişikliklər olacaq. Lakin gedişatdan belə məlum olur ki, cənab nazirin etimad göstərib, güvəndiyi məmurlar heç də onun adını ucaltmaq fikrində deyillər.
Redaksiyamıza xəbər verir ki, 7 saylı Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) rəhbər dəyişikliyi bu ilin iyununda baş verib. Kamil Məmmədovun işdən çıxarılmasından sonra onu Pərviz Bənənyarlı əvəz edib.
Bu ərazi üzrə əlillik dərəcəsi almaq istəyənlər və ya təkrar komissiyadan keçmək arzusunda olanlar ilk əvvəl sevincək olublar ki, qaydalar dəyişib və onlar asanlıqla istədiklərinə nail olacaqlar. Amma gözlənilənlərdən fərqli olaraq, durum tamamilə başqa olub.
Redaksiyamıza müaciət edən sakinlər bildirirlər ki, Kamil Məmmədovun da vaxtında vəziyyət acınacaqlı idi. Lakin Pərviz Bənənyarlının da onun yolunu gedəcəyini gözləmirmişlər. «Nizami TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsində ciddi nöqsanlar var. Vətəndaşlar etdikləri müraciətlərin müqabilində aldıqları cavablardan məmnun deyillər. Üstəlik, süründürməçilikdən də boğaza yığılıblar».
Onlar vurğulayırlar ki, 7 saylı TSEK-in sədri əlillik dərəcəsi istəyən və bunu haqq edənləri müxtəlif bəhanələrlə qəbul etmir, sənədlərini yoxlamır və bir çox hallarda müraciətləri araşdırmaqdan boyun qaçırır. «Bütün bunların edilməsinin tək səbəbi onun maraqlarının təmin olunub, olunmamasıyla bağlıdır. Əgər maraqları təmin olunarsa, işlər qısa müddətdə həllini tapır. Əks təqdirdə, dərəcə almaq istəyənlər qapıdan qaytarılırlar».
Camaat iddia edir ki, 7 saylı TSEK-in xətti ilə əlillik dərəcəsi alanlar arasında kifayət qədər sağlam insanların olduğu kimsəyə sirr deyil. «Bu adamların hansı yolla əlillik dərəcəsi əldə etdikləri də gizlin məsələ sayılmır. Əgər nazirlikdən yoxlama gələrsə, Pərviz Bənənyarlının işə gəldiyi gündən indiyə qədər sağlam adamlara da əlillik dərəcəsi verdiyini aşkarlaya bilər».
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?