Cavid Qurbanovun hələ də vəzifədə qalan komandası HƏDƏFDƏ... - İLGİNC İDDİALAR...
Sosial
Oxunub: 150
21 okt 2022 | 17:47
Cavid Qurbanovun hələ də vəzifədə qalan komandası HƏDƏFDƏ... - İLGİNC İDDİALAR...


"Azərbaycan Dəmir Yolları" QSC-də daşınmalar sahəsində hədəflənən logistika xidməti istənilən səviyyədə qurulmayıb.

Bu məsələ ilə bağlı bəzi problemlər hələ də həll olunmamış qalır. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin müstəqil logistik xidmətləri həyata keçirə bilməməsi səbəbindən, bəzi firmalar üzərindən daşınmanın əlaqələndirilməsi həyata keçirilib. Xidmət haqqı kimi "Azərbaycan Dəmir Yolları" QSC-nin yük daşınmalarından əldə etdiyi gəlirlərin 25-30 faizi logistik firmaların hesabına köçürülüb.

Faktinfo.az istinadla bildirir ki, Avropa və Asiya banklarından kreditlər hesabına vaqonlar alınıb, dəmir yolları çəkilib. Digər bir sıra istiqamətlər üzrə də vəsaitlər xərclənib. Hazırda vəsaitlərin köçürülmə və xərclənmə istiqamətləri, o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC-nin maliyyə imkanları müstəqil audit korpusu tərəfindən yoxlanılır. Təftişin yekun qərarından sonra Azərbaycan Dəmir Yolları" QSC ilə bağlı bir sıra qərarlar qəbul edilə bilər. Çünki, böyük dövlətlər dəmir yollarının imkanlarını nəzərdən keçirdiyi, dünyadakı daşınmaların 60-70 faizinin nəqliyyat - tranzit xətti üzərindən yürüldüyü önə çəkilərkən, Azərbaycan dəmir yollarının rentabelliyinə laqeyd qala bilməz.

Gözlənilir ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə dəmir yollarını bilən,marketoloq təyin edilsin,zamanla sistemdən kənarlaşdırılan Qurban Nəzirov və hərəkətin idarə olunmsı qrafikini mükəmməl bilən digər savadlı mütəxəssislər geriyə qaytarılsın, sədrin 1-ci müavini Əlirza Süleymanov istisna olmaqla, oradakı müavinlər vəzifələrindən uzaqlaşdırılsın.

Hərçənd, orada islahatların aparılmasını, tenderləri maneəsiz udan podratçı təşkilat rəhbərlərinin sıradan çıxarılmasını bir neçə sədr müavini başda olmaqla, istəməyən qüvvələr ola bilər. Amma görünən odur ki, tenderlərin qalibi olmuş 5 Saylı "İxtisaslaşmış Dəmir Yolu Müəsissəsi" MMC-nin direktoru Rizvan Rzayev, "ADY"-nin tikinti sektoruna rəhbərlik edən, keçmiş sədrin həmyerlisi Xəqani Kazımov, dəmir yollarında tikinti işləri aparmış "Körpü-Bina-Tikinti "MMC-nin sədri Xəlil Göyüşov və digər şəxslərlə yeni düzəndə işlənilməyəcək. Hətta bu və ya digər şəkildə vəsaitlərin köçürülməsində və mədaxilində iştirakçı - maliyyə, mühasibatlıq şöbələrinə "əl gəzdiriləcək."

Faktinfo.az saytı onu da bildirir ki, "ADY"-nin düçar olduğu ağır maliyyə vəziyyəti əhatəli öyrənildikdən sonra nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində yeni dönəm başlayacaq. Bu qaçılmazdır. Çünki, nəqliyyat-tranzit sahəsində Çin, Qırğızıstan, Özbəkistan yeni dəmir yolunun çəkilişini müzakirə etdiyi zamanda,Ələt Ticarət zonasının önəm daşıdığı bir vaxtda Azərbaycan ölkə nəqliyyatının "qan damarı" hesab edilən dəmir yolları infrastrukturuna, bu sahənin inkişafına, logistik imkanların genişləndirilməsinə və dünya üzrə yük daşınmalarındakı payının hazırkı vəziyyətinə biganə qala bilməz.

Mövzuya qayıdacağıq.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...