“Ağ Şəhər”-ində öz "qocu" su var - ““Ağ Şəhər”də məni 327 min xərc qoyduğum obyektimə buraxmırlar”
Sosial
Oxunub: 197
15 okt 2022 | 23:39
 “Ağ Şəhər”-ində öz "qocu" su var - ““Ağ Şəhər”də məni 327 min xərc qoyduğum obyektimə buraxmırlar”


Sahibkar Ülvi Əliyev “Bakı Ağ Şəhər Ofis Binası” MMC tərəfindən külli miqdarda ziyana məruz qaldığını iddia edir. Onun sözlərinə görə, şirkətlə iaşə obyekti ilə əlaqədar bağladığı icarə müqaviləsinin şərtlərinə əməl olunmayıb. Nəticədə sahibkarın restorana yatırdığı 320 min manatlıq investisiya batıb.

“Qafqazinfo”ya müraciət edən Ü.Əliyev bildirib ki, 2018-ci ildə “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə Nobel prospektində yerləşən 422 kv metrlik restoran üçün illik 75 960 manatdan icarə müqaviləsi bağlayıb: “Müqavilənin müddəti 1 sentyabr 2018-ci il tarixdən qüvvəyə minməklə 31 avqust 2028-ci ilədək müəyyən edildi. Restoranın işlək vəziyyətinə gətirilməsi üçün, ümumilikdə 319 112 manat xərc çəkmişəm. Həmin xərcə restorana mənim tərəfimdən alınan avadanlıqlar daxildir. 2020-ci ilin martından etibarən dünyada baş verən COVID-19 virusunun qarşısının alınması məqsədilə tətbiq olunan qapanmalarla əlaqədar, restoranın da fəaliyyətini dayandırmaq məcburiyyətində oldum.

Pandemiya vaxtı onlayn fəaliyyətin davam etdirilməsi mümkün olmadı. Buna baxmayaraq, mülkiyyətçi tərəfindən icarə haqqının ödənilməsi tələb olundu. Pandemiya vaxtı bəzi aylarda icarə haqqını şəxsi vəsaitim hesabına ödəsəm də, restoran fəaliyyət göstərmədiyindən icarə haqqını tam şəkildə ödəyə bilməmişəm. Bundan sonra, mənə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və restoranı qısa zaman ərzində boşaldaraq təhvil verməli olmağımla bağlı xəbərdarlıq məktubları göndərdilər. Mən icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors-major hallarının olması (pandemiya) ilə əlaqədar icarə haqqından borcumun yarandığını, ümumiyyətlə qanunvericiliyin və müqavilənin tələblərinə əsasən mənim restoranı təhvil verməyim üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduqlarını bildirirdim. Lakin, buna baxmayaraq restoranı təhvil verməyim üçün təhdidlər edərək hədə-qorxu gəlirdilər”.

Şikayətçi deyir ki, 20 dekabr 2021-ci ildə restorana gələndə MMC rəhbərliyi tərəfindən restoranın qapılarının bağlandığını görüb: “Bundan sonra onlarla əlaqə saxladığımda mənə və işçilərmə restorana girməyin qadağan olunduğunu, onlara olan icarə haqqı borcunu ödədikdən sonra restoranda mənə məxsus olan avadanlıqları mənə təhvil verəcəklərini bildirdilər. Bu günədək dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə qarşı qanunsuz əməllərinə davam edirlər. Artıq mənə məxsus olan avadanlıqların hamısı yararsız vəziyyətə düşüb. Böyük çətinliklə 319 112 manat xərc əsasında yaratdığım restoranın qanunsuz əməlləri nəticəsində yararsız vəziyyətə salaraq mənə külli miqdarda zərər vurmaqla yanaşı, orada işləyənlər də işsiz qoyulub. Restoran bağlanarkən təxminən 8000 manat həcmində ərzaq məhsullarını belə dəfələrlə xəbərdarlıq etsəm də, mənə təhvil verməkdən imtina edirlər”.

Ülvi Əliyev bildirir ki, o, “Baku Food” MMC-nin rəhbəri olaraq bu işdən 327 112 manat ziyan görüb. Sahibkar məsələ ilə bağlı Bakı Kommersiya Məhkəməsinə də müraciət edib. “Bakı Ağ Şəhər Ofis Binası” MMC də məhkəmədə qarşılıqlı iddia qaldıraraq Ü.Əliyevdən ödənilməmiş ayların icarə haqqını istəyir.

Məsələ ilə bağlı “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Eyni zamanda sorğumuza cavab ala bilmədik.

Hazırda iş məhkəmə araşdırması mərhələsindədir.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...