Orta məktəblərimiz üçün `POZ QAZAN` TƏHLÜKƏSİ... - "Azərlotoreya" ÖZBAŞINA QALIB...
Sosial
Oxunub: 157
14 okt 2022 | 17:41
Orta məktəblərimiz üçün `POZ QAZAN` TƏHLÜKƏSİ... - "Azərlotoreya" ÖZBAŞINA QALIB...


“Rusların bir məsəli var: “Hansı məsələ pulla həll olunmursa, böyük pulla həll olunur”. Lotereya satanlara “qumarbaz”dan başqa nə deyə bilərəm? Sivil ölkələrdə qumar oyunu var, amma bu oyunun qaydalarını elə çərçivədə tənzimləyirlər ki, heç kimə ziyan vermir. Bu qumarbazlar ki var, onlar böyük pullarla məktəbin içinə də daxil ola, lap elə müəllimləri də qumara sövq edə bilərlər. Bunların əllərində hər cür imkan var. Qanun olmayan yerdə hər şeyi edə bilərlər. Əlbəttə, məktəblərin yaxınlığında “Poz, qazan” kimi lotereyaların satılması tamamilə anti-pedaqoji hərəkətdir. Cəmiyyətin tərbiyəsinə mənfi təsir edən haldır. Aydın məsələdir ki, uşaqların çoxu dərsdən yayınıb gedib orada qumar oynayacaqlar. Bu, birmənalıdır, başqa tərəfi yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu deyib.Ekspert bildirib ki, orta ümumtəhsil məktəblərində valideyn kollektivi məktəblərin yaxınlığında lotereyaların satışına etiraz etməlidir: “Məktəblərdə valideyn kollektivi toplaşmalı, bu cür lotereya satılan köşkləri məktəblərin ətrafından rədd etməlidir. Məsələn, bizim həyətimizdə uşaqlar üçün oyun maşınları var idi. Gördük ki, balaca uşaqlar ordan əl çəkmirlər, hətta çoxu məktəbdən yayınır, qaçıb ora gedirlər. Hay-küy qaldırıb, oranı bağlatdırdıq. Gedib elə bir yerdə açsınlar ki, məktəblilərə yaxın olmasın. Məktəb tərbiyə anklavıdır. İnsanlar hamısı məktəbdən nümunə götürür. Nümunə götürülən yerdə gedib lotereya satarlar, qumar oynayarlar? Belə şey olarmı? Lotereya qumardır, bunun başqa adı yoxdur ki. Başqa ölkələrdə deyə bilmərəm, xüsusən Azərbaycanda lotereya qumardır. Çünki başqa ölkələrdə bunun mexanizmini yaradırlar. Təəssüflənməkdən başqa deyəcək sözüm yoxdur. Elm və Təhsil Nazirliyi də bununla bağlı mütləq addım atmalıdır. Təhsil siyasətini aparan kimdir? Nazirlikdir də. Nazirlik təhsil siyasətini aparır ki, birinci növbədə vətəndaş yetişdirsin. Əgər Nazirlik qumarbaz vətəndaş yetişdirəcəksə, onda nə Təhsil Nazirliyidir? Təhsil naziri təcili məktub hazırlamalı, ölkənin hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməli, təcili tədbir görülməsini tələb etməlidir”.

N.Qulamoğlu şəhərin mərkəzi yerlərində kitab satışının icazə verilməməsinə də münasibət bildirib: “Müsahibəmin ilk cümləsi burda öz təsdiqini tapır. Məsələ burasındadır ki, lotereya satışını həyata keçirənlər Bakı Şəhər İcra Hakimiyyətinə böyük pullar verirlər. Kitabdan axı o qədər qazanc da yoxdur, kimə pul versinlər? Məsələ yalnız korrupsiyadadır. Başqa bir yolu yoxdur. Ölkənin bütün tərbiyə sistemini pozan, məhv edən korrupsiyadır”.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...