Apteklərdə bəzi dərmanlar niyə qəhətə çəkilib? - ARAŞDIRMA
Sosial
Oxunub: 154
14 okt 2022 | 18:20
Apteklərdə bəzi dərmanlar niyə qəhətə çəkilib? - ARAŞDIRMA


Azərbaycanda bəzi dərman preparatları tapılmır. Bu problem dünən Milli Məclisdə səsləndirilib. Deputat Rüfət Quliyev deyib ki, Azərbaycanda bir aydan çoxdur ki, "Adrenalin" adında preparat tapılmır.
"Bununla bağlı mənə həkimlərdən müraciətlər daxil olub", - deyə millət vəkili bildirib.
R.Quliyev onu da deyib ki, Adrenalin tapılmadığına görə, xəstəxanalarda cərrahi əməliyyat aparıla bilinmir:
"Onun qiyməti 1,5 manat olsa da, işbazlar süni şəkildə 200 manata qədər qaldırıblar. Bundan başqa, apteklərdə qlükoza və fizioloji məhlul da yoxdur. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. Amma onları Türkiyədən də rahatlıqla əldə etmək olar".

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov sözügedən problemin mövcudluğunu təsdiqləyib:
"Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna münaqişəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır. Səhiyyə komitəsində bu problemin həlli istiqamətində bürokratik əngəllərin aradan qaldırılması, belə təcili vəziyyətlərdə ayrıca qanunların ortaya qoyulmasına böyük ehtiyac olmasını müzakirə etmişik. Bu gün problemin qarşısı qısa zamanda alınmalıdır".
DİA.AZ bildirir ki, "Sputnik Azərbaycan" məlumatı araşdırmaq üçün apteklərə müraciət edib. Apteklərdən Sputnik Azərbaycan-a bildiriblər ki, artıq depolardan apteklərə Adrenalin inyeksiyası verilmir. Bunun səbəbini isə depolardan apteklərə belə izah ediblər: "Adrenalin ölkəyə gətirilmədiyindən, daha satışı yoxdur".
"Planeta" aptekdən əczaçı bildirib ki, xeyli müddətdir ki, Adrenalin inyeksiyası satışda yoxdur. Eyni zamanda aptekdən əvvəllər bu dərman preparatının 1 manat 50 qəpiyə satıldığını söylədilər.

"Vitamin" aptekdən isə bildirilib ki, artıq həmin dərman preparatı ölkəyə gətirilmir:
"Biz son dəfə bu inyeksiyanı 2 manat 76 qəpiyə satmışıq. Eşitdiyimizə görə, indi qiyməti "qara bazar"da çox bahadır".

Cərrahiyyə əməliyyatlarının aparıldığı özəl xəstəxanalardan da faktı təsdiqlədilər. Adının çəkilməsini istəməyən klinikanın cərrahiyyə şöbəsindən bildiriblər ki, Rusiya-Ukrayna müharibəsindən sonra bu inyeksiya qəhətə çəkilib. Klinikanın əməkdaşı qeyd edib ki, haqqında danışılan inyeksiyadan əsasən rinoplastika əməliyyatlarında istifadə edilir:
"İki həftə öncə cərrah bu preparatı 50 manata "qara bazar"dan əldə edib. Hazırda isə qiyməti 150-200 manat arasındadır".

Əczaçı-mütəxəssis, provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, adi "ringer", "natrium-xlor" belə tapılmır. O, bu məhlulların Ukrayna və Rusiyadan alındığını söyləyib:
"Ola bilər ki, müharibə ilə bağlı həmin ölkələrdə qlükoza, ringer, natrium-xlor təlabat artıb. İndi bu preparatlar ölkəmizə gətirilmədiyindən, apteklərdə qıtlıq yaranıb".

Mütəxəssis onu da qeyd edib ki, sözügedən preparatlardan Türkiyədən də Azərbaycana idxal etmək olar. Amma bu preparatlar Ukrayna və Rusiyada daha ucuz idi:
"Qlükoza, ringer, natrium-xlor Rusiyadan, Ukraynadan çox ucuz qiymətə gətirilirdi. Bizim valyuta ilə qiymətləri 0,70-0,80 manat idi. Türkiyədə isə qablaşdırılması fərqli olduğundan, qiyməti Azərbaycan valyutası ilə 4-5 manatdır".

Provizor deyib ki, sözügedən məhlulların tərkibi əslində çox sadədir. Amma ölkəmizdə istehsal olunmadığından, idxaldan asılılıq var:
"Natrium-xlorun tərkibi 1 litr suda 9 qram xörək duzudur. Sovet dövründə bütün xəstəxasanaların aptek şöbəsi vardı. Natrium-xlor, ringer aptek şöbəsində istehsal edilirdi. Xəstəxanalar öz təlabatını ödəyirdi. Həmin dövrdə bunun üçün xəstəxanalarda strelizasiya aparatı vardı. Zavodun istehsal etdiyi ilə fərq onda idi ki, aptekdə hazırlanan natrium-xlorun istifadə müddəti 48 saat idi. Zavodda istehsal olunanların tərkibinə stablizatorlar əlavə olunduğundan istifadə müddəti 3-5 ilə qədərdir. İndi xəstəxananalarda natrium-xlor hazırlanmır. Çünki, sovet dövründə olan strelizasiya aparatları ömrünü başa vurub. Həmçinin müasir səhiyyə sistemi xəstəxanalarda bu məhlulun hazırlanmasına icazə vermir. Yeni səhiyyə qaydalarına əsasən, bu məhlulun apirogenliyini də yoxlamaq tələb olunur. Bu isə xəstəxana şəraitində mümkün deyil. Ona görə də ümid qalır zavod şəraitində istehsal olunan natrium-xlor və digər məhlullara. Bunlar isə Azərbaycanda istehsal olunmur. Ən pis halda ölkəmiz bu məhlulları Türkiyədən idxal edəcək ki, bu da qiymətə təsirsiz ötüşməyəcək".

E.Hüseynov bu gün ilk yardım sahəsində işlənən digər dərmanlarda da qıtlıq müşahidə olunduğunu söyləyib.
Onu da qeyd edək ki, apteklərdə "Nurofen" dərman preparatı da tapılmır.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, "Nurofen"in həm kapsul, həm suspenziya, həm də həblərinin idxalı üçün sentyabrın 22-23-də müraciət olunub:
"Bu, onu deməyə əsas verir ki, problem yaxın zamanda həll olunacaq".
Mərkəzdən eyni zamanda qeyd edilib ki, apteklərin dərman vasitələri ilə təminatı nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aiddir:
"Ölkəyə dərman vasitələrinin idxalı, gətirilməsi özəl idxalçı şirkətlər tərəfindən həyata keçirilir. Odur ki, problemin hansı ölkə ilə bağlı olduğu barədə heç bir şərh verə bilmərik".
Xatırladaq ki, ötən gün Milli Məclisdə adıçəkilən dərmanlarla bağlı qeyd edilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində "Adrenalin - Zdorovye", "Adrenalin -Darnitsa", "Penepin" və "Penepin Jr" (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.
Bu o deməkdir ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq, ölkəyə gətirə bilər:
"Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra, ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki, qaldı dərmanlar "niyə apteklərdə yoxdur və niyə gətirilmir?" sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aiddir".
Ümumi olaraq bildirilib ki, Dərman Vasitələrinin Dövlət Reyestrində 5567 adda dərman vasitəsi qeydiyyatdan keçib. Ölkəmizə əsasən Avropadan, eləcə də Türkiyə, Rusiya, Ukrayna, Hindistan və s. ölkələrdən dərman vasitələri idxal olunur.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...