" Yaşıllaşdırma Təsərrüfatı Birliyi özünü təkzib edir" -Alim – aqronom
Sosial
Oxunub: 167
5 okt 2022 | 23:39
" Yaşıllaşdırma Təsərrüfatı Birliyi özünü təkzib edir" -Alim – aqronom


Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində müxtəlif vəzifələrdə çalışmış, təcrübəli alim – aqronom Xanəhməd Əsgərov saytın elektron poçtuna məktub göndərib.
Faktinfo.az saytına göndərilən məlumatda bildirilir ki,BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi özünü təkzib edir.Xanəhməd Əsgərov bunu onunla əsaslandırır ki,bir müddət öncə Bakı şəhərində şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən Bakıya dəvət edilən bitkiçilik üzrə mütəxəssis, arqonom Qabriel Eliazz paytaxtın bir çox yerlərində xəstə şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparıb, xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlayıb.

Bu işlər çərçivəsində şam ağaclarının çox olduğu ərazilərdə Qabriel Eliazzın nəzarəti altında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağaclara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilməsi və onların kimyəvi məhlullarla yuyulması da xəbərlərdə qeyd edilib.(Buna dair internet üzərindən apardığımız araşdırma bu barədə xəbərlərin yayılmasını təsdiqləyir -Faktinfo.az) Hətta, bununla əlaqədar olaraq komissiya da yaradılıb,deyə alim-aqranom bildirir.

Saytlarda yayılan və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin də təkzib etmədiyi bu xəbərdən sonra uzun illər Yaşıllaşdırma Təsərrüfatı Birliyində çalışmış aqranom Xanəhməd Əsgərov Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevə teleqram vurub və yaradılmış komissiyada iştirakı üçün ölkə rəhbərindən xahiş edib.

Lakin 26 sentyabr 2022-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən baş direktor Həsrət Əmrahovun imzası ilə aqranom Xanəhməd Əsgərova cavab verilib:" Sizin Bakı Şəhərində ağacların quruması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində İsrailli mütəxəssisin iştirakı ilə təşkil olunan komissiyanın tərkibində iştirak etməklə bağlı Azərbaycan Respubilkasının Prezidentinə ünvanladığınız 18.08.2022-ci il tarixli ərizəyə aidiyyatı üzrə Yaşıllaşdırma Təsərrüfatı Birliyində baxılmışdır.Qeyd etmək istəyirik ki,Bakı Şəhər İcra Hakimiyyətində İsraildən dəvət olunmuş mütəxəssisin iştirakı ilə yaradılmış komissiya haqqında məlumatımız yoxdur."

Ona göndərilmiş məlum məktubdan sonra aqranom fikirini sayta göndərdiyi məlumatda belə yekunlaşdırır:"Ölkədə onlarla sayt İsrailli mütəxəssis, arqonom Qabriel Eliazzın şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparımasına dair məlumat yayırsa,bundan da Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xəbəri olmursa və ya adekvat təkzib etmirsə vəziyyət həqiqətən acınacaqlıdır. Hesab edirəm xəstə hesab edilən şam növlərini kimyəvi məhlulla yumaqdansa,inyeksiya etməkdənsə ağacdan,bitkidən xəbəri olmayan qeyri-peşəkarların müalicəsinə ehtiyac duyulur,"-deyə Xanəhməd Əsgərov bildirir.

" Yaşıllaşdırma Təsərrüfatı Birliyi özünü təkzib edir" -Alim – aqronom


Alim-aqranom Xanəhməd Əsgərovun göndərdiyi məktubu təqdim edirik:

FAKTİNFO.AZ
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO