AMEA-da NÖVBƏTİ RƏZALƏT: Mərkəzi Elmi Kitabxanadan nadir kitablar yoxa çıxarılıb – ŞOK OĞURLUQ
Sosial
Oxunub: 711
23 sen 2022 | 00:38
AMEA-da NÖVBƏTİ RƏZALƏT: Mərkəzi Elmi Kitabxanadan nadir kitablar yoxa çıxarılıb – ŞOK OĞURLUQ


Milli Elmlər Akademiyası (AMEA) artıq neçənci dəfədir, neqativ planda diqqət mərkəzinə düşür.

Yenicag.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasından (MEK) ümumi dəyəri 12 min manat olan nadir kitablar oğurlanıb.

Redaksiyanın əldə etdiyi məlumata əsasən, MEK-də yoxa çıxarılan qiymətli kitabların sayı 60 civarındadır.

Daxil olan informasiyada qeyd edilir ki, nadir kitabların oğurlanması faktının ictimailəşməsi MEK-də ciddi qalmaqal yaradıb və bu naqis hadisədə kitabxananın bir sıra məsul şəxslərinin adı hallanır.

MEK əməkdaşlarının redaksiyamıza göndərilən səsli yazışmalarında hadisənin əsas təşkilatçısı qismində kitabxananın direktoru, professor Məmməd Əliyevin adı vurğulanır.

Bildirilir ki, hadisədən 1 ay əvvəl məhz onun göstərişi ilə Kitabxananın müşahidə kameraları yararsız vəziyyətə gətirilib və bunda məqsəd oğurluqla bağlı sübutların yaranmasının qarşısını almaq olub.

MEK-nin xanım əməkdaşlarından birinin səs qeydinə əsasən, nadir kitablar oradan Elmir, Hüseyn və Fərid adlı işçilər tərəfindən əl arabası ilə çıxarılıb. Bundan sonra kitabların “itməsi”nin məsuliyyətini mühafizəçi xanımın üzərinə qoyaraq onu işdən çıxarıblar. Lakin şəhid ailəsinin üzvü olan xanım “Elton müəllimə şikayət etdikdən sonra” işinə bərpa edilib.

Maraqlıdır ki, kitabların yoxa çıxması faktı ictimailəşəndən sonra MEK rəhbərliyi vəziyyətdən çıxmaq üçün “həmin kitabların müxtəlif təşkilatlara hədiyyə olunduğu” haqda bəzi saytlarda məlumat verilməsinə nail olublar. Lakin qeyd olunan kitablar elmi fond sayıldığından kitabxana rəhbərliyinin onları hədiyyə etmək səlahiyyəti yoxdur.

Mövzunu davam etdirəcəyik.

www.yenicag.az
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...