Taksi sürücüləri narahatdır: "Yeni qaydaların tətbiqi bizi işsiz qoyacaq” – VİDEO
"Ola bilər ki, müəyyən şərtlər olsun, lakin həmin şərtlər müəyyənləşməyib”
Paytaxtda taksi xidməti göstərən sürücülər narahatdır. Onlar bildirirlər ki, taksi ximəti ilə bağlı tətbiq olunacaq yeni qaydalar onları işsiz qoyacaq. Belə ki, son günlər ili köhnə olan avtomobillərin paytaxt ərazisində taksi xidməti göstərməsinə qadağa qoyulması, taksilərin hamısının vahid şəkildə olaması barədə qaydaların qəbul olunması haqqında iddialar sürücülərin narahatlığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bu barədə musavat-a şikayətlərini danışan sürücülər bildirib ki, bu qaydalar onların onsuz da az olan qazancını əllərindən alacaq. DYP-dən onlara bildirilib ki, prezidentin 31 avqust 2015-ci il tarixli fərmanı ilə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinə taksi avtomobilləri üçün vahid standart hazırlayıb, təsdiq etmək tapşırılıb. Hazırda həmin standartın hazırlanması yekunlaşmaqdadır və yəqin ki, yaxın gələcəkdə standartlar təsdiqlənəcək. Bu standartlarda taksilər üçün xeyli yeniliklərin olacağı gözlənilir. Belə yeniliklər sırasında taksi kimi istifadə edilən minik avtomobillərinin vahid rəngdə olması, maksimal yol verilən istismar müddəti (avtomobilin maksimal yaşı), vahid rəng qrafikası, taksometr və başqa bu kimi zəruri avadanlıqlarla təchizatı nəzərdə tutula bilər. Paytaxtda fəaliyyət göstərən taksi sürücüləri isə bu qaydaların tətbiq edilməsini arzulamır. Sürücü Aslan Kərimov deyir ki, yeni tətbiq olunacaq qaydalar onları işsiz qoyacaq: “Son zamanlar demək olar ki, taksi fəaliyyətində iş yoxdur, tələbat azalıb. Deyilənə görə, 5 illik lisenziya olmalıdır. 110-150 manat civarında ödəniş etməliyik. Bundan əlavə hər 3 ayda bir dəfə texniki baxış olmalıdır, ayda 20 manat... Əvvəl nəqliyyat müfəttişlərinə 64 manat verib, rahat işləyirdik, pis-yaxşı dolanırdıq. Gündəlik qazancımız dolanışığımıza güclə yetir, qaldı ki, lisenziya pulu verək". Taksometr və zəruri avadanlıqlara gəlincə isə, sürücü bildirdi ki, bu sistemlə işləmək taksi xidmətlərinin bahalaşmasına və sürücülərin büdcəsinə mənfi təsir göstərəcək: "Avadanlıqlar barəsində xəbərimiz yoxdur, həmin avadanlıqlarla işləyə də bilmərik. Müştəri gəlib, 4 manatlıq yolu 3 manata aparmağımızı istəyir, razılaşırıq. Lakin taksometrlə işləyəndə məcbur qalıb, müştərini aparmayacağıq. Aparsaq belə, yazılan kilometraj sürücülərə sərf etməyəcək". Sürücülər yeni quraşdırılacaq avadanlıqların həddindən artıq baha olduğunu bildirdilər: "Bildiyimizə görə, həmin avadanlıqlar 1000-1250 manat arasındadır. "ELİT" ticarət mərkəzinin yanında satışı həyata keçirilir. Eşitdiymizə görə, yeni qaydalara əsasən avtomobilin istehsal tarixi 2000-ci ildən yuxarı olmalıdır. Taksi sürücülərinin çoxunun avtomobili isə 2000-ci ildən aşağıdır. Biz məcburuq ki, köhnə avtomobilimizi satıb, yenisini alaq. Buna isə bizim imkanımız çatmır". Adının çəkilməsini istəməyən sürücü bildirdi ki, onun avtomobili 1998-ci ilin istehsalıdır və illərdir ki, "Dərngül bazarı"da taksi xidməti göstərir: "Avtomobilimin dəyəri 5000 min manat civarındadır. Onu satıb, yenisini almaq mümkün deyil. Əgər bu yayılan şayiələr düz çıxarsa, vəziyyətimiz çətin olacaq. Bir çıxış yolumuz var, kreditlə almaq. Bu isə taksi xidməti üçün sərfəli deyil". Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev musavat.com-a açıqlama verib. O qanunvericilikdə bu kimi halların olmadığını bildirib: "Sərnişindaşıma və yaxud yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə lisenziyaların verilməsi məsələsi var. Ola bilər ki, lisenziya şərtlərində həmin şərtlər qeyd olunsun və ya nəqliyyat vasitəsinin istismar ili nəzərə alınsın. Amma mövcud qanunvericilikdə nəqliyyat vasitələrinin buraxılış lisenziyaları, onların istismarı barəsində heç bir yenilik, heç bir təlimat verilməyib. Qanunvericilikdə belə hallar nəzərdə tutulmayıb. Ola bilər ki, müəyyən şərtlər olsun, lakin həmin şərtlər müəyyənləşməyib”.
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO