Özbaşına qalan AZAL istədiyini edir - NƏ ETMƏLİ?
Sosial
Oxunub: 164
16 sen 2022 | 21:18
Özbaşına qalan AZAL istədiyini edir - NƏ ETMƏLİ?


Azərbaycan Hava Yolları (AZAL) Sentyabrın 1-dən Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə onlayn aviabilet bron edərkən “Economy Lite” tarifini təqdim edib. Qeyd edilmişdi ki, bu tarifə yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir, tarif qısamüddətli işgüzar səfərə yollananlar üçün mükəmməldir.

Marja.az xəbər verir ki, bu tarifi təqdim etməklə AZAL-ın qiymət artırdığı müşahidə edilir. Əgər 2022-ci ilin iyul ayında ən aşağı qiymət olan "Economy Classic" tarifi ilə gediş-dönüş biletini 743 manata almaq mümkün idisə (şənbə günü 08:50-də uçuş, bazar ertəsi 23:25-də qayıdış ), bu gün eyni tarif üzrə gediş-dönüş biletini 776 manata almaq olur. Qısası, qiymət 33 manat artırılıb. Bu artımı ört-basdır etmək üçün yeni minimal tarif olan "Economy Lite” kəşf edilib. Bu gün "Economy Lite” tarifi üzrə gediş-dönüş biletini 725 manata almaq olar. Düzdür, bu minimal bilet qiyməti əvvəlki minimal bilet qiymətindən 18 manat aşağı olsa da, sərnişin 23 kq pulsuz əl yükü, aviabiletin qaytarılması və uçuş tarixinin dəyişdirilməsi imkanlarını itirib. Keçmiş minimal tarif olan "Economy Classic"ə 23 kq pulsuz əl yükü daxil idi, aviabiletin qaytarılmasına, uçuş tarixinin dəyişdirilməsinə cərimə ilə də olsa icazə verilirdi.

Qeyd edək ki, bilet qiymətləri öncədən alma müddətindən, uçuş gününüdən və saatından asılı olaraq fərqli ola bilər. Buna baxmayaraq, əksər variantlarda qiymətlərin artdığı müşahidə edilir.

Bu günlərdə AZAL-ın yeni “Economy Lite” tarifi bir sıra vətəndaşları ziyana salıb. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və valideynləri AZAL-dan təxminən bir həftə öncə bilet alıblar. Lakin gözlənilməz şəkildə Türkiyənin bir neçə universiteti tədrisin başlama tarixini dəyişərək oktyabr ayının əvvəlinə keçirib. Bu səbəbdən bəzi tələbələr və valideynləri Türkiyəyə çox tez getməmək üçün uçuş tarixini dəyişmək məcburiyyətində qalıblar. Amma AZAL “Economy Lite” tarifində uçuş tarixinin dəyişdirilməsinə icazə vermədiyindən bu tarif üzrə bilet alanlar yenidən xərcə düşməli olublar.

“Economy Lite” tarifi üzrə bilet almış zərərçəkənlərdən biri Marja-ya bildirdi ki, bu tarifdə uçuş tarixinin dəyişdirilməsinə icazə verilməməsi kobud inhisarçılıqdır:

"Qiyməti "Economy Lite” tarifindən təxminən 20 manat yüksək olan "Economy Classic" tarifi üzrə uçuş tarixinin uçuşdan əvvəl 60 avro cərimə ilə dəyişdirilməsinə icazə verilir. "Economy Lite” tarifində isə bu imkan yoxdur. "Economy Lite” bileti üzrə 80 avro cərimə ilə də olsa uçuş tarixinin dəyişdirilməsinə icazə verilə bilərdi. Vətəndaşın tamamilə pulunu itirməsi nə deməkdir?! Başa düşdük, 18 manat ucuz bilet satmaq üçün 23 kq pulsuz baqaj imkanını vermirsiniz, amma cüzi qiymət fərqinə görə uçuş tarixinin dəyişdirilməsinə icazə verilməməsi ədalətsiz hərəkətdir, bu kobud inhisarçılıq əlamətidir. Bazara nəzarət edən qurumlar daha çox kiçik sexləri, marketləri, mağazaları cərimələməklə məşğuldurlar. İri şirkətlərin haqsız şərtlərinə göz yumurlar".

AZAL bildirir ki, bilet alarkən "Lite" tarifində qaydalar qeyd olunur. Başqa sözlə, özünün ağır şərtini vətəndaşa diqtə edir. İstehlakçıların hüquqlarına cavabdeh olan dövlət qurumu, bir sıra dövlət şirkətinin, o cümlədən AZAL-ın tariflərini araşdırmalı, ədalətsiz, vətəndaşa ziyan vuran şərtlərin ləğvi üçün göstəriş verməlidir.
Bu gün, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Bu gün, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Bu gün, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi