“Bu, ermənilərə baha başa gələcək, əmr var ki…”- AÇIQLAMA
Sosial
Oxunub: 178
12 sen 2022 | 17:47
“Bu, ermənilərə baha başa gələcək, əmr var ki…”- AÇIQLAMA


“Son günlərdə ermənilərin cəbhə xəttində atəşkəs rejimini pozması bir daha onu sübut edir ki, Ermənistan bölgədə sülhün deyil, gərginliyin davam etməsində maraqlıdır. Baxmayaraq ki, Ermənistan hakimiyyəti sözdə ən qısa zamanda sülh sazişinin imzalanmasına hazır olması barədə bəyanatlar versələr də, əməli işdə bunun tam əksini nümayiş etdirirlər. Azərbaycan və Ermənistan liderlərinin 31 avqustda Brüssel görüşündən sonra atəşkəsin pozulması davamlı xarakter alıb. Bu da onların hansısa çirkin niyyətlərini reallaşdırmağa cəhd edilməsindən xəbər verir”.

Bunu “ açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Kamran Bayramov deyib.

Deputatın sözlərinə görə, İrəvanın son təxribatçı hərəkətləri müharibə alovunu qızışdırmağa və bölgədə böhranın yaranmasına xidmət edir.

“Amma Ermənistan unutmamalıdır ki, bu təxribatçı fəaliyyətindən ilk acı dərsi alan özləri olacaq. Onların təxribatçı cəhdlərinin qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb və bundan sonra da alınacaq. Bütün çirkin niyyətləri iflasa uğrayacaq. Artıq Azərbaycan müdafiə naziri Zakir Həsənovun da bununla bağlı müvafiq tapşırığı var”.

Deputat hesab edir ki, İrəvanın destruktiv mövqeyi ilk növbədə Ermənistanı daha da çıxılmaz dalana və yeni-yeni böhranlara sürükləyir: “Bu gün Ermənistanın Azərbaycan torpaqlarında hər hansı təxribat törətmək iqtidarında deyil. Onların istənilən revanşist və təxribatçı əməlləri Azərbaycan ordusu tərəfindən həmin andaca alınacaq və hər zaman olduğu kimi dəmir yumruğu ənsələrində hiss edəcəklər. Buna heç bir şübhələri olmasın. Bu onlara çox baha başa gələcək”.

Deputatın fikrincə, İrəvanın sülh sazişini imzalamağa maraq göstərməməsi, vaxt qazanmaq niyyəti ilk növbədə onların öz maraqlarına ziyandır: “Azərbaycan qalib ölkə olaraq sülh şərtlərini diktə edən tərəfdir və şərtlər vaxt uzadılmasından asılı olmayaraq qəbul ediləcək. Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi də açılacaq. Amma bu sülh sazişi nə qədər tez imzalanarsa, bundan qazanan tərəf Ermənistan olacaq. Ermənistan üzləşdiyi təcriddən çıxamaqla bölgə ölkələri ilə normal münasibətlər qurub, əməkdaşlığa başlayacaq. Bu da onların uzun müddət üzləşdiyi böhrandan çıxıb sabit inkişaf yoluna qədəm qoymasına geniş imkanlar açacaq. Əks təqdirdə, İrəvanın destruktiv mövqe sərgiləməsi, Azərbaycan tərəfinin Ermənistana, xüsusən də Zəngəzura ərazi iddiası ilə çıxış etməsinə zəmin yaradacaq”.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi