"Zeytun Pharmaceuticals" MMC dövlət qurumlarının əsas favoritidir... - Burası AZƏRBAYCANDIR!
Sosial
Oxunub: 236
10 sen 2022 | 18:50
 "Zeytun Pharmaceuticals" MMC dövlət qurumlarının əsas favoritidir... - Burası AZƏRBAYCANDIR!


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.

3,399 milyon manatlıq tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC-dir.

Xatırladaq ki, "Zeytun Pharmaceuticals" MMC bundan əvvəl İnnovasiya və Təchizat Mərkəzinin profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması üzrə 1 851 424 manatlıq tenderini qazanıb (15.08.2022).

Bu da hamısı deyil, bundan da əvvəl, daha dəqiqi bu ilin fevral ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması üzrə tenderin qalibini açıqlayarkən də 1 518 166 min manatlıq vəsaitin "Zeytun Pharmaceuticals" MMC-yə ötürüldüyü məlum olmuşdu.

Bu cür iri məbləğli tenderləri qazanmaq 2014-cü ildə fəaliyyətə başlayan və qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğlu olan “Zeytun Pharmaceuticals” şirkəti üçün artıq çoxdan adi hala çevrilib. Nə işdirsə, dövlət qurumlarının böyük əksəriyyəti dava-dərmanı və tibbi ləvazimatları məhz bu şirkətdən almağa üstünlük verirlər. Məsələn, təkcə keçən ilin oktyabr ayı ərzində yalnız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu şirkətə üst-üstə 11 milyon manatdan artıq dəyəri olan tenderlər verib.

Şirkət həmçinin, Fövqəladə Hallar Nazirliyindən Daxili İşlər Nazirliyinə qədər əksər qurumların “daimi müştərisi” sayıla bilər. Azərbaycanda tenderlərin keçirilməsi “qaydaları”, dərman bazarının vəziyyəti, satışa çıxarılan məhsulların keyfiyyəti, eləcə də bazardakı inhisarçılıq səviyyəsi barədə çox tənqidlər və şikayətlər olub. Ancaq dəyişən bir şey yoxdur.

Onu da xatırladaq ki, həmin bu “Zeytun Pharmaceuticals” MMC-nin adı bir neçə il əvvəl rəsmi qaydada ölkəyə keyfiyyətsiz dərman preparatları gətirən şirkətlərin sırasına salınmışdı. Belə ki, 2018-ci ildə Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələrinin müsadirə edilərək zərərsizləşdirildiyinə dair yayılan rəsmi məlumatda bir neçə şirkətlə yanaşı, “Zeytun Pharmaceuticals” MMC-nin də adı keçirdi.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi