Qalmaqallı Qədimalıyevlə bağlı `YUXARILARA` MÜRACİƏT - "Bunları Gəncə və Gəncəbasar ictimaiyyəti yaxşı bilir..."
Sosial
Oxunub: 188
29 avq 2022 | 20:47
Qalmaqallı Qədimalıyevlə bağlı `YUXARILARA` MÜRACİƏT - "Bunları Gəncə və Gəncəbasar ictimaiyyəti yaxşı bilir..."


Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Yazıb sizə bildirirəm ki, mən 18.08.2022-ci ildə "Turan eli TV" də Gəncə və Gəncəbasar təhsil sistemində bir sıra qanunsuzluqlar və düşünülmüş formada törədilmiş cinayət məsələləri barədə geniş çıxış etmişəm. Çıxışımda qeyd etmişəm ki, göstərdiyim bütün cinayət əməllərinə Gəncə -Daşkəsən Regional Təhsil şöbəsinin müdiri Anar Qədiməliyev bilərəkdən törədilən cinayət əməllərinə göz yumur, əksinə həmin cinayətlərin gizlədilməsinə şərait yaradır. Məsələn, 1-ci Gəncə şəhəri 13 №-li tam orta məktəbdə 2021-2022 ci il tədris ilində, məktəbin müəllimi Zeynalova Rəfiqə Bakı şəhərində ola-ola onun adına dərs yazılmış və mənimsənilmişdir. Hətta müəllim oktyabr ayında bülletində olmuş amma sinif jurnallarını özü yazmışdır. Anar Qədiməliyev müəllimin 65 yaşı olması ilə əlaqədar, ona yaxın adam olduğu üçün onunla dərs ilinin sonuna kimi müqavilə bağlanmışdır. Mən həmin məsələni aşkar etdikdən sonra dərhal müqaviləyə xitam vermişdir. Bu cinayəti Sabiq Regional Maliyyə İdarəsi doğru düzgünlüyünü müəyyənləşdirib aktlaşdırmışdır. 2-cisi keçən dərs ilində 30 №-li orta məktəbdə məktəbin rus bölməsində 30 saat dərs deyən riyaziyyat müəllimi Solmaz müəllim bülletendə olarkən direktor müavini Tufan Allahverdiyevanın əli ilə dərsləri saxtakarlıqla, məktəbin azərbaycan bölməsində fizika laborantı işləyən, rus dilini qətiyyən bilməyən Esmira adlı qadının üstünə yazılmış və pulu mənimsənilmişdir. Bu barədə də sabiq maliyyə idarəsi məsələdən agah olub deyilənə görə, mənimsənilən pulu yavaş-yavaş geri tutmuşdur. Yenə də Anar Qədiməliyev heç kimi cəzalandırmamışdır. Eyni qayda da 2021-2022-ci ilin dərs ilinin ortasında 6-cı sinifin guya bağlanılması adı altında, direktorun göstərişi və təkidi ilə Anar Qədiməliyevin adına məktəbin direktor müavini Leyla Nəbiyevanın əli ilə həmin sinifdə dərs deyən müəllimlərdən 500 manat qeyri-qanuni pul yığılmışdır. Bundan əlavə Solmaz müəllim öz ərizəsinə əsasən işdən çıxıb getməsinə görə onun rus bölməsində dediyi 14 saat dərs vakant verilməmiş yenə təkrarən azərbaycan bölməsinin müəllimi, rus dilində bilməyən Könül Vəliyevaya verilmişdir. Əlavə olaraq rus bölməsində fizika dərsləri də gizlədilərək 14 saat dərs azərbaycan bölməsinin müəllimi Günay müəlliməyə verilmişdir. Deyilənlərə görə Könül Vəliyevadan 400 manat və Günay müəllimədən naməlum miqdarda pul alınmışdır. 3-cü Samux Rayon Təhsil İdarəsində süpürgəçi işləyən İsmayilova Məsmə Arzuman qızı Fransada yaşadiği halda, neçə aylar onun adına pul yazılıb mənimsənilmişdir.Yenə də mətbuat aləmi bu işi bilən kimi Anar Qədiməliyev həmin adamın işdən çıxarılmasına göstəriş vermişdir. Təhsil İdarəsinin müdiri Nurlana Həsənovaya cəza vermək əvəzinə ,onu yenidən Samux Rayon Təhsil Sektoruna müdir təyin etdirmişdir. Bütün bunlara baxmayaraq Anar Qədiməliyev Gəncə şəhərində iki peşəkar məktəb direktoru , onlardan 1 N-li tam orta məktəbin direktoru Mətanət Qarayevanı və 44 N-li məktəbin direktoru Knyaz Suleymanovu şantaj edərək vəzifə səlahiyyətlərini aşıb onları özlərini öldürmək dərəcəsinə çatdırmışdır. Çünki bu adama belə təmiz direktorlar,dövlətə və dövlətçiliyə ,Prezidentə sədaqətli adamlar əl vermir. Çünki bu adam SOROS-a xidmət edir.Pedaqoji işçi olmadığına görə ,təhsilə kənd təsərrüfati prizmasından baxir.Artiq bu özbaşınalıqları bütün Gəncə və Gəncəbasar ictimaiyyəti bilir. Ona görə ki, son cinayətləri olan Mətanət Qarayeva ilə bağlı ağlasığmaz cinayətləri Göy-göl Rayon Prokurorluğunda Knyaz Süleymanov barədə isə qeyri qanuni qərəzli hərəkətləri və cinayətləri barədə Gəncə şəhər Prokurorluğu araşdırma aparır. Doğrudur bu adam Təhsil Naziri Emin Əmrullayevə güvənib öz çirkin əməllərindən əl çəkmir. Özü də gör nə qədər arxayınlaşıb ki, hər yerdə deyir ki, mən heç kimdən qorxmuram. Hətta Baş Prokurordan da qorxmuram. Çünki, nazir mənim dostumdur və arxamda da durur. Həqiqətən də Emin Əmrullayev Anar Qədiməliyevin bütün cinayətlərinə göz yumur və əksinə onu durmadan müdafiə edir.
Hörmətli Kamran müəllim, yuxarıda göstərdiklərimi nəzərə alaraq, bir müəllimin kimi sizdən xahiş edirəm ki, bu məsələlərin ədalətin prinsipi əsasında yoxlatdırıb Anar Qədiməliyev haqqında ədalətli bir qərar çıxarılmasına Gəncə, Göy-göl və Samux Rayon Prokurorluğuna vacib və lazımi göstərişinizi verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu