Deputat `Azəriqaz` şefini ÖZÜNÜREKLAMDA İTTİHAM ETDİ - Məsələlər sosial şəbəkə üzərindən həll olunmur...”
Sosial
Oxunub: 159
25 avq 2022 | 18:20
Deputat `Azəriqaz` şefini ÖZÜNÜREKLAMDA İTTİHAM ETDİ - Məsələlər sosial şəbəkə üzərindən həll olunmur...”


“Yeni qaz sayğacları ilə bağlı vətəndaşların şikayətləri gündən-günə artmaqdadır. Onlar sayğacların daha çox sərfiyyat yazdığını hesab edir. Belə bir narazılıq kütləvi hal alıbsa, deməli, ciddi səbəb var”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, “Azəriqaz” bu məsələni nəzarətə götürməlidir: “Müvafiq qurum narazı vətəndaşlarla məsələni araşdırıb, aydınlıq gətirməlidir. Burada çətin bir iş yoxdur. Sadəcə, şikayəti olan abonentlər üçün əlavə nəzarətedici sayğac quraşdırmalı və müqayisə vətəndaşın iştirakı ilə aparılmalıdır. Belə olan halda, şikayətin nə qədər obyektiv olduğunu vətəndaşın özü də görə bilər, narazılığa da son qoyular. Deyilir ki, narazı vətəndaşlar sosial şəbəkə üzərindən “Azəriqaz”ın rəhbərinə müraciətlərini edə bilərlər. Nəticədə isə müraciət etmək istəyən vətəndaşlar əsl ünvana düşə bilmirlər və narazı insanların sayı artır. Sosial şəbəkə üzərindən məsələlər həll olunmur. Bu, özünü reklam etmək üçündür. Vətəndaş konkret iş istəyir. “Azəriqaz”ın rəhbəri sosial şəbəkə üzərindən yox, canlı görüşlər keçirib vətəndaşların problemlərinin yerində həll olunması üçün tapşırıq verməlidir. Qış fəsli yaxınlaşır. Vətəndaşlar evlərin qışda necə qızdırılacağı ilə bağlı narahatdırlar. Qazlaşdırılmaya ehtiyacı olan xeyli kəndlərimiz var. Bununla əlaqədar bizə də müraciətlər daxil olur. Müvafiq quruma vətəndaşların narahatlığını çatdırırıq. Hətta “Azəriqaz”ın rəhbəri ilə də birbaşa danışmışam. Buna baxmayaraq, məsələ, təəssüf ki, yenə də həll olunmamış qalır. “Azəriqaz” virtual həyatdan ayrılıb, real həyatda iş görməyə başlayarsa, hesab edirəm ki, vətəndaşların bu qurumdan narazılığı da azalar”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu