Kirayə ilə satılan mənzillərdən narazılıq: - 286 minlik ev müqavilədə necə 454 min olur?
Sosial
Oxunub: 141
24 avq 2022 | 17:52
Kirayə ilə satılan mənzillərdən narazılıq: - 286 minlik ev müqavilədə necə 454 min olur?


Bu gün evsizlik vətəndaşların əsas problemlərindən biri olaraq qalır.

Mənzil sahibi olmaq istəyən insanlar ölkədə mövcud olan müxtəlif layihələrdən yararlanmağa çalışırlar. Belə layihələrdən biri də İpoteka və Kredit Zəmanət Fondunun reallaşdırdığı kirayə mənzillərdir. Artıq müəyyən müddətdir ki, layihə icra olunsa da, evsiz vətəndaşların əksəriyyəti ondan yararlana bilməyib ki, bunun da müxtəlif səbəbləri var.

Son olaraq kirayə mənzillərin verilməsi prosesi qalmaqalla yadda qalmışdı. Hazırda bu yolla mənzil əldə etmək istəyənlər kifayət qədər olsa da, bu proseslə bağlı müxtəlif fikirlər səslənir.

Doğrudanmı imkansız ailələr bu sosial layihədən yararlanmaq əvəzinə itirirlər? Hüquqşünas Səbuhi Axundov Cebhe.info-ya bildirib ki, kirayə mənzil adından göründüyü kimi, sosial layihə hesab edilir:

“Yəni kirayədə qalan şəxslərə satılmaq niyyətilə mənzillərin kirayə verilməsi üçün ilkin alqı-satqı müaviləsi bağlanırdı və dəyəri hər ay ödənəcəkdi, yekunda da mənzil sahibinə qalacaqdı. Burada müxtəlf şərtlər nəzərdə tutulur ki, bunlar işin görünən tərəfidir. Ancaq bu müqavilənin mahiyyətinə gəldikdə kredit deyil, yəni ipotekadan fərqlidir. Kirayə evlərin şərtlərində qeyd edilir ki, faiz olmayacaq. Müəyyən xərclər var ki, onu da üzərinə gəlib sabit məbləğdə ailələlərə böləcəkdilər. Ancaq hazırda nə baş verir? Məsələn, 156 kvadratlıq mənzil üçün qiymətləndirmə aparırlar. Bu qiymətləndirmə iki tərəfin razılaşdırdığı şirkət tərəfindən aparılmalıdır. Lakin nə müəmmadırsa, İpoteka Zəmanət Fondunun bütün işləri “Biləndər” adlı bir firma tərəfindən aparılır. Həmin “Biləndər” adlı firmanın hüquqi ünvanı rayonlardan birində qeydiyyatdan keçib. Bu firma da qiymətləmdirmə zamanı istədiyi qiyməti diqtə edirlər, vətəndaşın onunla razılaşmamaq kimi şansı yoxdur. Bu müqaviləylə diqtə edən tərəf dolayısıyla dövlətdir. “Biləndər” firması 156 kvadratmetrlik mənzili Nizami rayonunda 286 798 manat qiymətləndirir. Ancaq İpoteka Zəmənət Fondu mənzilin satış qiymətini müqavilədə 454 179 manat göstərir. Aylıq ödəniş 1500 manat olur. Bu şərtlərlə vətəndaşa niyə ipoteka verməsinlər ki, gedib heç bir yüksək təminatı olmayan riskli müqaviləyə imza atsın? Yekunda bu məbləği hesablayanda görünür ki, 4 faiz üstə gəliblər. Əslində İpoteka Zəmanət Fondu qeyri-kommersiya təşkilatıdır. Onlar biznes fəaliyyəti göstərə bilməzlər, dövlət sosial layihəsini həyata keçirməlidirlər”.

Hüquqşünasın fikrincə, problem ondadır ki, mənzil 4 faizlə verilirsə, bu, artıq ipotekadır:

“Bu ipoteka adını kirayəyə yapışdırıblar və adı sosial layihə olsa da, əslində biznes sahəsidir. Vətəndaş ipoteka öhdəliyi götürür, ancaq Fond tərəfdən ancaq kirayə müqaviləsi var. Yəni evi başqa şəxsə kirayə verə, evdə hər hansı dəyişiklik edə bilməzsən, 60 gün ödəməni gecikdirdikdə, müqaviləyə xitam verilir, ev sahibi vəfat etdikdə vərəsənin ödəmə qabiliyyəti olmadıqda 20 il 1000 manat ödəmisənsə də, fərqi yoxdur, müqaviləyə xitam verib, vətəndaşı evdən çıxarır, evi də başqasına verirlər. Maraqlısı odur ki, 3-4 otaqlı mənzilləri ayda 1500 manata kirayə verirlər. Bu qiymətə kirayə olur, evi ingilisə verirlər? Hanı onların sosial layihəsi? Sorğu verdikdə ki, bu evlərin alınma qiyməti neçədir, cavab verə bilmirlər. Bəs haradadır sosial layihənin aşkarlıq prinsipi? Bu, kommersiya sirri deyil. Qiymətləndirmə şişirdildikdə, 4 faizə də vurduqda, bu, əsl ipotekadır. O zaman vətəndaşla kirayə deyil, ipoteka müqaviləsi bağlasınlar. Sabah vətəndaşın mənzili itirməsi bir göz qırpımında olacaq”.

Hüquqşünasın fikrincə, vətəndaşlar bu müqavlənin riskli oluğunu başa düşmürlər:

“Bu sahəni bazara çeviriblər. Məndə artıq bununla bağlı işlər var. Bu gün kifayət qədər şikayətçi var. Vətəndaş ev alanda onun həyat şəraitini yaxşılaşdıracaq müqavilə bu gün onun vəziyyətini ağırlaşdıran müqaviləyə çevrilib. Yəni 800-1000 manata kirayə olmur. Bu gün müqavilə bağlananda vətəndaşlar sevindiyindən ona fikir vermir. Sonra görür ki, məsələn, Qara Qarayev prospekti ərazisində 150 kvadratmetrlik evə yarım milyon manat ödəməlidir. Bu, nə dərəcədə məntiqlidir, harası sosial layihədir? İstər Bakı və ya Sumqayıt olsun, bağlanan bu müqavilənin təminatı yoxdur. Yəni mənzildə nə mülkiyyətçisiniz, nə də hər hansı əlavə hüquqlarınız var. Sizin o mənzili söküb təmir etməyə ixtiyarınız yoxdur. Bu məsələlərlə bağlı təmin olunan məhkəmə proseslərimiz var. Onların izahı budur ki, biz faiz hesablamırıq, ancaq mənzillərlə bağlı əlavə xərclər var, həmin xərclərin də nədən ibarət olduğunu deyə bilmirlər. Əsasnamələrinə görə, bu, qeyri-kommersiya fəaliyyətidir. Vətəndaş sadəcə əlacsızlıqdan bu yola gedir. Sonra oradan çıxa da bilmir ki, pulu batacaq. Demək ki, sosial layihə deyil”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu