QARABAĞ QAZİSİ SORUŞUR: `Bəs, mən işləmədən və başqa bir yerdən gəlirim olmadan necə yaşamalıyam?..` - ""Yaşat Fondu"na da müraciət etmişəm..."
Sosial
Oxunub: 145
24 avq 2022 | 19:49
QARABAĞ QAZİSİ SORUŞUR: `Bəs, mən işləmədən və başqa bir yerdən gəlirim olmadan necə yaşamalıyam?..` - ""Yaşat Fondu"na da müraciət etmişəm..."


Vətən müharibəsi qazisi Asif Rizvan oğlu Nəsirov Hurriyyet.az-a müraciət edərək bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) tərəfindən süründürməçiliklə üz-üzə qalıb. Cəbyayıl-Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə ağır yaralanan qaziyə etdiyi müraciətlərə baxmayaraq, "veteranlıq" verilmir.

O üzləşdiyi acınacaqlı vəziyyətlə bağlı Prezident İlham Əliyevə müraciət edib: "2020-ci ilin 27 sentyabr tarixində müharibəyə yolanmışam. 18 oktyabr tarixində Cəbyayıl-Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə ağır yaralanmışam. Atılan minamyot mərmisi nəticəsində ağır yaralanmışam. Həmin gündən Papanın qospiatlına təxliyə olunmuşam. Əməliyyat olunduqdan sonra məni Bakı Sağlamlıq Mərkəzinə göndəriblər. Burda bir müddət müalicə aldıqdan sonra, ambulator müalicə üçün evə göndərilmişəm. Bir müddət keçdikdən sonra mən sənədlərimi əlilliyin təsdiq olunması üçün Sosial Müdafiə Nazirliyinə göndərmişəm. Lakin mənə imtina cavabı gəlib. Bu cavab məni qane etmir. Mənim ayağım heç sağalmayıb. Müalicəm hələ də davam edir. Nə qədər də davam edəcək bilmirəm...Bəs, mən işləmədən və başqa bir yerdən gəlirim olmadan necə yaşamalıyam?... Sosial Müdafiə Nazirliyi imtina cavabı verir. Bəs müalicəmi necə edim?...Maddi imkanım çox zəifdir. Çox təəssüflə bunları qeyd edirəm. "Veteranlıq"belə təyin olunmuyub. Çarəsiz bir vəziyyətdəyəm...

"Yaşat Fondu"na da müraciət etmişəm. Çox təəsüff ki ordanda imtina cavabı alıram. Mənə deyirlər ki, siz əlillik almadığınıza görə, sizə heç bir kömək edə bilmərik. Mən Azərbaycan respublikasının Prezidenti , Cənab Ali Baş Komandan İlham Əliyəvə "Hürriyyət" vasitəsilə müraciət edirəm. Cənab Ali Baş Komandan çox çarəsiz, çox köməksiz bir halda sizə müraciət edirəm. Mən sağalmaq istəyirəm. İş qabiliyyətimi yenidən qazanmaq istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim haqqım olan "veteranlığ"ın verilməsi üçün mənə köməklik göstərəsiz. Mən inanıram ki, müraciətim cavabsız qalmayacaq".

Qazinin anası Samirə Məmmədova hazırda sosial durumlarının ağır olduğunu vurğulayıb: "Vəziyyətimiz pisdir. Heç 300 manat maaş almıram. Uşağın müalicəsi qalıb. Həkim deyir ki, uşaq mütləq müalicə olunmalıdır. Xahiş edirəm ki, bizə köməklik olunsun".

PS. Azərbaycan hökuməti bildirir ki, İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərin ailələrinə dəstək verilməsi üçün mexanizmlər hazırlanıb. Lakin əksinə durumun daha acınaqlı vəziyyət aldığını göstərir. Şəhid ailələri və qazilərə qarşı olunan haqsızlıqlar səbəbindən onlar hətta intihar yoluna da əl atırlar. Bunun nəticəsidir ki, bu gün Qazi aylarla, illərlə döydüyü, lakin heç cür üzünə açılmayan qapıları dözməyib təpiklə sındırıb açmaq məcburiyyətində qalır. Əlbəttə ki, buna haqq qazandırmaq olmaz, ancaq onu bu vəziyyətə gətirənləri də bağışlamaq olmaz... Məlum komissiyalardakı süründürməçilik, ədalətsizlik, qanunlara istinad edilərək, min cür bəhanələr gətirilməsi kimi boşboğazlıqlar təsadüfə yox, təxribata bənzəyir. Çünki bu, beş günün, beş ayın məsələsi deyil. Müharibə bitən gündən bu narazılıqlar var və onlar yoluna qoyulmur ki, qoyulmur. Belə görünür ki, nazirlik işinin öhdəsindən ya gələ bilmir, ya da gəlmək istəmir. Çünki onları qapılarda, növbələrdə süründürənlər, mənəvi və maddi sıxıntıyla üz-üzə qoyanlar, onların qarşısına çıxmağı özlərinə yaraşdırmayanlar bu xalqın, millətin yox, düşmənlərin arzusunu yerinə yetirirlər...
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu