Rafael Cəbrayılovla bağlı ŞOK İDDİA: `Onu öldürüblər` - Xanımından SENSASİON AÇIQLAMA
Sosial
Oxunub: 156
23 avq 2022 | 20:24
Rafael Cəbrayılovla bağlı ŞOK İDDİA: `Onu öldürüblər` - Xanımından SENSASİON AÇIQLAMA


Milli Məclisin üç çağırış deputatı olmuş və 2019-cu ilin sentyabrında barəsində səsləndirilən iddialarla bağlı istefa vermiş, ötən ilin sentyabrında həbsdə olarkən koronavirusa yoluxaraq vəfat edən Rafael Cəbrayılovun təqsirkar hesab edilməsi və ölümü ilə bağlı yeni iddialar səsləndirilir.

Yenicag.az-a açıqlama verən Rafael Cəbrayılovun həyat yoldaşı və hüquqi varisi Aidə Cəbrayılova bildirib ki, mərhumun qardaşı Elşən Cəbrayılov bütün suçu Rafael Cəbrayılovun üzərinə ataraq məsuliyyətdən yayınıb.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Ceyhun Rzayevin Elşən Cəbrayılova himayədarlıq etdiyini bildirən Aidə Cəbrayılova vurğulayıb ki, bütün sənədlərdə Elşən Cəbrayılovun imza və möhürü olmasına baxmayaraq, nədənsə, bütün oxlar Rafael Cəbrayılova yönəldilib.

Mərhumun həyat yoldaşı Elşən Cəbrayılovun zərərçəkmişləri Rafael Cəbrayılovun üstünə göndərərək onu təhdid etdirdiyini də bildirib.

Müsahibimiz qeyd edib ki, Rəfael Cəbrayılovun ölümü də şübhəlidir. Onun sözlərinə görə, həbsxana kamerasında 11 nəfərin olmasına rəğmən, yalnız Cəbrayılovun koronavirusa yoluxaraq vəfat etməsi ciddi araşdırılmalıdır.

Ceyhun Rzayevin tərtib etdiyi sübutların qiymətləndirilməsi aktının Elşən Cəbrayılova aid olan hissəsinin ləğv olunması və yenidən ibditadi istintaqa qaytarılması üçün Binəqədi Rayon Məhkəməsinə bir neçə zərərçəkmişlə birlikdə müraciət etdiklərini deyən Aidə Cəbrayılova məhkəmə sədri Araz Kazımovun oğlunun prokurorluq orqanlarında işlədiyini və işin düzgün aparılmaması üçün təzyiqlərin olduğunu da qeyd edib:

“Bizim müraciətimizdən sonra bir dəfə məhkəmə baxışı keçirilib. Hakim Mahirə Kərimovanın sədrliyilə keçirilən məhkəmədə bizim tələbimiz təmin edilməyib. Daha sonra apellyasiyaya müraciət etdik. Nəticədə iş yenidən Binəqədi Rayon Məhkəməsinə göndərildi ki, yenidən baxılsın. Avqustun 23-də bir daha məhkəmə iclası keçiriləcək. Sədrin oğlu prokurorluq sistemində işlədiyi üçün məhkəməyə hər cür təzyiqlər etdiklərini bilirik. Əlimizdə təkzibolunmaz sübutlar var. Nərimanov Rayon Məhkəməsi Elşən Cəbrayılovun əməlini sübuta yetirmiş, o, 3 aylıq həbs olunmuşdu. Zərərçəkmişə pul ödənildikdən sonra Elşən Cəbrayılovu həbsdən buraxdılar. Lakin digər şikayətlərlə bağlı Eşən Cəbrayılov məsuliyyətdən yayındırıldı”.

Mərhumun həyat yoldaşı sonda Prezident İlham Əliyevə müraciət edərək işi nəzarətə götürməsini xahiş edib.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu