AMEA-da Ramiz Mehdiyev “KULT”U: Akademiyanın yeni rəhbərliyi sabiq prezidentə “qayğı”nı azaltmır - VİDEO
Sosial / Video
Oxunub: 373
23 avq 2022 | 10:29
AMEA-da Ramiz Mehdiyev “KULT”U: Akademiyanın yeni rəhbərliyi sabiq prezidentə “qayğı”nı azaltmır - VİDEO


Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı neqativ məlumatların intensivləşməsi bu qurumdakı vəziyyətin sadəcə islahatlarla düzələcəyinə dərin şübhə yaradır.

AMEA-da artıq 5 aydır Ramiz Mehdiyev erası başa çatsa da, Akademiyanın adını yalnız neqativlərlə assosiasiya etdirən iş prinsipindən imtina olunmaması bu təşkilata yönəlik narazılıqları xeyli artırıb.

Mediada yayılan materiallara əsasən, demək olar ki, sabiq prezidentin dövründə haqlı tənqidlərə tuş gələn bütün mənfi cəhətlər AMEA prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun sayəsində yeni forma taparaq israrla davam etdirilməkdədir.

Bunun nəticəsində AMEA-da yarıtmaz kadrların yenidən irəli çəkilməsi, vəzifələrə təyinatlarda şəxsi və qohumluq münasibətlərinin əsas götürülməsi, elmi yeniliklərə imza atılmaması, Akademiyanın “durğunluq məkanı”na çevrilməsi kimi ciddi nöqsanların aradan qaldırılması əvəzinə, onların stimullaşdırılması müşahidə edilməkdədir.

Akademiya ilə bağlı diqqəti cəlb edən başqa bir məqam AMEA-nın yeni rəhbərinin öz sələfinə inanılmaz “bağlılığı”dır. Hər halda, belə olmasaydı, Akademiyanın binasında Ramiz Mehdiyevin yaradıcılığına həsr edilmiş xüsusi stend yaradılmaz, onun müəllifliyi şübhə ilə qarşılanan kitabları orada sərgilənməzdi.

Arif Həşimovun bu diqqəttinə, bəlkə də, hər hansı formada izahat tapmaq mümkün ola bilərdi… Amma iş ondadır ki, AMEA-nın rəhbəri Ramiz Mehdiyevə bu cür diqqətli yanaşdığı halda, eyni sayğını Ümummilli Lider Heydər Əliyevdən və Prezident İlham Əliyevdən, nədənsə, “əsirgəyib”. Bunu sadəcə, unutqanlıq və ya diqqətsizlik olaraq qiymətləndirmək isə razılaşın ki, asan deyil.

Buradan gəlinən nəticə belədir ki, Akademiyanın yeni rəhbərliyi, konkret desək, Arif Həşimov AMEA-da Ramiz Mehdiyev “kult”unu yaşatmaqda təkid edir. Yəni o da tabeliyindəki bir çoxları kimi, “Mehdiyev kultu”na “sədaqət”indən əl çəkmək niyyətində deyil. Belə olan təqdirdə, AMEA rəhbərindən Mehdiyevin qurduğu sistemi demontaj etməyi və iş üslubunu dəyişməyi gözləmək sadəlövhlük olardı. Görünən budur ki, Arif Həşimov öz sələfini “böyük ustad”, hətta daha irəli getsək, “Piri-Mürşid”i kimi görməkdədir. Amma Həşimov öz sələfinə göstərdiyi diqqəti bir az da elmə yönəltsəydi, yəqin ki, indi bu qədər tənqid olunmazdı…www.yenicag.az
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"