TOPAZ-MİSLİ: Nə qanun bilirlər, nə də ki... - ÖZBAŞINALIQ!
Sosial
Oxunub: 202
22 avq 2022 | 20:24
TOPAZ-MİSLİ: Nə qanun bilirlər, nə də ki... - ÖZBAŞINALIQ!


Oyunun tarixi kimi bir sıra informasiyalar reklamda yer ala bilər. Lakin onun təşviqedici özəllikləri, bu oyunların ciddi gəlir mənbəyi kimi təqdim edilməsi qanunla qadağandır.
Bu sözləri media üzrə ekspert Ələsgər Məmmədli son vaxtlar TOPAZ və bunun bənzəri hesab edilən, yeni yaradılan Misli.az kimi mərc oyunlarının onlayn mediada, eləcə də yollarda reklamların sayının artmasına münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, lotereya, idman mərc oyunlarının şərtləri, qaydaları, hədiyyələri, uduşları haqda məlumatlar "Reklam haqqında" qanunun 7-ci maddəsində qeyri-dəqiq hesab edilir. Həmin maddəyə görə, belə qeyri-dəqiq məlumatlar yolverilməzdir:
"Bu cür oyunların reklamı tamamilə qadağan deyil. Lakin yetkinlik yaşına çatmayan şəxslərin bu oyunlara cəlbi, təşviqedici müraciətlərin olması, belə oyunlarla şəxsin cəmiyyətdə böyük nüfuz qazanacağı barədə vəd verilməsi kimi hallar qanunla qadağandır. Eyni zamanda bu reklamlarda, "100 faiz qazanacaqsız" kimi məlumatların yer alması qadağandır".
Mütəxəssisin fikrincə, bəzən belə təşviqlər çox ciddi şəkildə gəncləri bu cür oyunlara yönəldir. Halbuki qanunvericiliklə təşviq yolverilməzdir:
"İnsanlar mərc oyunlarını, lotereyaları qazanc mənbəyi kimi görməməlidirlər. Diqqət halal peşəyə, çalışaraq qazanmağa yönəldilməlidir".
Ə.Məmmədli qeyd edir ki, mərc oyunları ilə bağlı yayılan reklamlarda müraciətlər olur. Belə hallar bir çox ailələri dağıdır:
"Çünki oyun iştirakçılarının gözləntiləri olur. Bu mərc oyunlarına qoşulduqdan sonra həmin şəxslərin əllərində nələri varsa, çıxır. Ümumiyyətlə, bu oyunlarla mübarizəyə demək olar ki, göz yumulur".
Ə.Məmmədli bildirir ki, bəzən telekanallarda canlı yayımda bu cür oyunların nəticələri açıqlanır. Bu nəticələrin böyük auditoriyalara təqdim olunması kifayət qədər təşviqedicidir:
"Televiziyalar reytinq xatirinə bu məlumatları canlı yayımlarda açıqlayırlar. Ekran başına izləyiciləri toplayıb hər kəsdə bir ümid yaratmaq və ciddi şəkildə bunu önəmli, ictimai hadisəyə çevrimək özü də bir siyasətdir".
Media ekspertinin fikrincə, əsas ciddi problemlərdən biri dövlətin özünün qumar oynatmasıdır:
"Dövlətin lisenziya verərək bu tip mərc oyunlarını təşviq etməsi alqışlanacaq hal deyil. Lisenziya verilirsə, deməli, hər kəs bununla məşğul ola bilər. Belə çıxır ki, rəsmi dövlət qurumları lotereya təşkil edə bilər, digərləri yox. Düşünürəm ki, dövlətin buna görə lisenziya verməsi və himayə etməsi ən böyük problemdir".
Ə.Məmmədli bu yaxınlarda Baş nazirin imzaladığı "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli qərarında dəyişikliyə də bu fonda münasibət bildirib.
O qeyd edib ki, bu oyunlardan əldə olunan gəlirlərin Gənclər və İdman Nazirliyinə yönəldilməsi də nəticə etibarı ilə həmin vəsaitlərin dövlətin kassasına yönəldilməsidir:
"Dövlət büdcəsinə gələn gəlirdən dövlət istədiyi kimi istifadə edə bilər. Bir tərəfdən dövlət idmanı, fiziki cəhətdən sağlam gəncliyi inkişaf etdirmək istəyir, digər tərəfdən isə gəncləri haram pulları əldə etməyə təşviq edir. Axı bu anlayışlar bir-biri ilə ziddiyət təşkil edir. İdman mərc oyunlarının qanunsuz reklamının mümkün qədər qarşısı alınmalıdır. Müvafiq qurumlar bunun qarşısıını almaq üçün sistemli mübarizə aparımalıdırlar".
Ekspert deyir ki, qanunsuz olan reklamlara görə xəbərdarlıq edilməli və onlar yığışdırılmalıdır.
Qeyd edək ki, "Reklam haqqında" Azərbaycan Respublikasının qanunvericiliynə görə, lotereyaların, müsabiqələrin, oyunların, o cümlədən idman mərc oyunlarının və digər tədbirlərin şərtləri, qaydaları və müddətləri, uduşların məbləği və hədiyyələr, onların verildiyi yer və əldəetmə qaydaları, bu cür tədbirlər haqqında məlumat verən mənbə hesab edildiyindən yol verilməzdir. Bu barədə qanunun 7-ci maddəsində qeyd olunur, bildirilir ki, qeyri-dəqiq reklam yolverilməzdir.
Qanunun 12-ci maddəsinə əsasən, lotereyaların (stimullaşdırıcı lotereya istisna edilməklə) və idman mərc oyunlarının reklamının sifarişçisi qismində “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən lotereya təşkilatçısı (stimullaşdırıcı lotereyanın təşkilatçısı istisna olmaqla) və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş idman mərc oyunlarının operatoru çıxış edir. Reklam bilet və kuponların üzərində yerləşdirilə bilər.
Reklamda “Milli Olimpiya Komitəsi” və “Milli Olimpiya komandası” adından, onlardan yaranmış sözlərdən və söz birləşmələrindən yalnız Milli Olimpiya Komitəsi ilə bağlanan müqavilə əsasında istifadə edilə bilər.
İdman tədbirinin, idman mərc oyununun keçirildiyi yerdə reklamın yerləşdirilməsi üçün reklamverici və ya reklam agenti yaxud reklam yayıcısı idman tədbirinin təşkilatçısı yaxud idman mərc oyunlarının operatoru ilə müqavilə bağlayır.
Qanunvericilikdə idman mərc oyunlarının, lotereyaların reklamında bu hallar da qadağandır:
yetkinlik yaşına çatmayanlara müraciət olunması;
bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;
oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
Lakin qanunvericiliyə görə, idman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Bundan başqa, qanunvericilikdə vuröulanır ki, idman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
Qanunun 32-ci maddəsinin 32.7 bəndində isə qeyd olunur ki, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Xatırladaq ki, yeni dəyişikliyə əsasən idman mərc oyunlarından əldə olunan gəlir MOK-a verilməyəcək!
"İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli qərarına edilən dəyişikliyə əsasən, bundan sonra idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyədən vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə deyil, Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödəniləcək.
Qeyd edək ki, TOPAZ və Misli.az kimi mərc oyunlarının təşviqedici şüarları sırasında "Həyəcanını qazanca çevir", "Hər 5 dəqiqədə 1 milyon manat qazanma şansı səni gözləyir!", "Mobil tətbiqimizi elə indi yüklə və əyləncəyə başla!" kimi reklamlar yer alıb. //sputnik.az//
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu