Deputatın “EMBAWOOD” şirkəti vətəndaşları necə aldadır? Məşhur Məmmədovun mediası isə yalan istehsal edir
Sosial
Oxunub: 1 389
20 avq 2022 | 11:22
Deputatın “EMBAWOOD” şirkəti vətəndaşları necə aldadır? Məşhur Məmmədovun mediası isə yalan istehsal edir


70 saylı Masallı şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Məşhur Məmmədovun məşhur “Embawood” şirkəti ilə bağlı şikayətlər çoxalmaqdadır. Şirkətin istehsal etdiyi mebellərin keyfiyyətsiz olması ilə bağlı redaksiyamıza üz tutan vətəndaşlar aldıqları mebelləri geri qaytarmaqda çətinlik çəkirlər. Məşhur Məmmədova müraciətlər isə nəticəsiz qalıb.

“Məsələ ilə bağlı araşdırma aparan Reallıq.tv əməkdaşları Embawood şirkətinin Masallı və Xırdalanda yerləşən mərkəzlərində olublar.Aparılan araşdırmalar zamanı məlum olub ki, şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur.Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə -Xırdalanda ikinci fabriki açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb.

2014- ci ildə Qazaxıstan mebel fabriki açıb.
Bu gün Embawood şirkrəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb..
Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.
Bu şirkətin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də xeyir-duası olub. Ancaq şirkətin əsl “patron”u deputat Məşhur Məmmədovdur.
Reallıq.tv – yə daxil olan məlumatda qeyd olunur ki, hazırda keyfiyyətsiz məhsulları ilə gündəm olan şirkətin mebelləri xarici ölkələrdən gətirilən mebellərlə yaxın qiymətlə bazara buraxılır.
Deputat Məşhur Məmmədovun şirkətindən narazı qalan işçilər də az deyil. Şirkətdə işlədiyi zaman xəsarət alan vətəndaşın mediada müraciətinin nəticəsiz qalması işçilərin hüquqlarının pozulmasını təsdiq edən faktdır.
Masallıdan deputat seçilən Məşhur Məmmədovun özünə yaxın seçicilərlə arabir görüşməsi və bu görüşlərin sosial mediada işıqlandırılması sadəcə reklam xarakterlidir. Seçicilərinin problemlərinin həllində heç bir rolu olmayan Məşhur Məmmədovun özü üçün yaratdığı mediada yalan məlumatlar yayması diqqətdən kənarda qalmayıb.

Deputatın şirkəti ilə bağlı şikayətlərə münasibət öyrənmək üçün Embawoodla əlaqə saxlamağa çalışdıq. Şirkətdə zəngimizə cavab verən xanım suallarımızı deputata ünvanlamağı məsləhət bildi. Deputat isə telefon zənglərimizə cavab vermədi.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Tural (Reallıq.TV)
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu