NARDARANDA SON VƏZİYYƏT: SAYĞACLAR YENİLƏNİR
Sosial
Oxunub: 2 938
4 dek 2015 | 16:28
NARDARANDA SON VƏZİYYƏT: SAYĞACLAR YENİLƏNİR










Nardaranda son vəziyyət: sayğaclar yenilənir

"Nardaranda həyat əvvəlki vəziyyətinə qayıtmağa başlayıb. Bu gün səhər "Azərişıq", "Azəriqaz" İstehsalat Birliyinin, həmçinin də "Azərsu" ASC-nin əməkdaşları kəndə gəliblər. Hazırda hər üç qurum tərəfindən kənddə abadlıq işləri aparılır".

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov anspress.com saytına deyib.

Onun sözlərinə görə, qurumlar daha çox kənddə olan sayğacların yenilənməsini həyata keçirirlər: "Kənd sakinlərinin evlərində istər qaz, istərsə də elektrik sayğaclarından yanan, xarab olan, nasaz vəziyyətdə olanlar var idi. Hazırda müvafiq qurumların əməkdaşları kənddə həmin sayğacların dəyişdirilməsi ilə məşğuldur. Kəndin bəzi yerlərinə müşahidə kameraları da quraşdırılır. Bir sözlə, kənddə qızğın iş gedir".

Natiq Kərimov bütün bu işlərlə yanaşı kənddə hələ də elektrik enerjisinin bərpa edilmədiyini bildirib. Ancaq polis postları və bu postlarda insanların yoxlanılması halları hələ də davam edir.

Xatırladaq ki, Nardaranda noyabr ayının 26-da atışma olub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 5 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Bununla yanaşı, həmin əməliyyatda 2 polis də vəfat edib.

Dekabr ayının 1-də saat 08:00-da isə qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Əməliyyat ölkə başçısı İlham Əliyevin birbaşa nəzarətindədir və əməliyyatın gedişi haqda prezidentə məruzə edilir.
Bu gün, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Bu gün, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Bu gün, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Bu gün, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Bu gün, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Bu gün, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Bu gün, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Bu gün, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ