AZAL-da QƏFİL TƏFTİŞ: Cahangir müəllim yenə də QURTULACAQ? - Əsgərovun qardaşı, qardaşı oğlu və ABŞ-dan gətirilən ehtiyat hissələri...
Sosial
Oxunub: 171
3 avq 2022 | 20:43
AZAL-da QƏFİL TƏFTİŞ: Cahangir müəllim yenə də QURTULACAQ? - Əsgərovun qardaşı, qardaşı oğlu və ABŞ-dan gətirilən ehtiyat hissələri...


AZAL-a məxsus təyyarələrdə bilet qiymətlərinin qonşu ölkələrlə müqayisədə üç-dörd dəfə baha olması bu qurumu və onun rəhbərliyini cəmiyyətinin hədəfinə çevirib. Xüsusilə, quru sərhədlərin bağlanmasından sonra qiymətlərdəki dodaquçuqladan "sıçrayış" narazılıqları daha da artırıb.

Yenisabah.az xatırladır ki, AZAL və onu şefi Cahangir Əsgərov uzun müddətdən bəri medianın əsas tənqid hədəfi olsa da, bu qurumun fəaliyyətində heç bir müsbət dəyişiklik müşahidə olunmur. Cahangir Əsgərov artıq bir neçə ildir ki, bütün dövlət qurumlarının fövqündə dayanmağı bacardığı üçün tezliklə onunla bağlı hər hansı cəza tədbirlərinə əl atılması da inandırıcı görünmür.

Aldığımız məlumata görə, Cahangir Əsgərovun toxunulmazlığıyla bağlı mif aradan qalxmaqdadır. Xəbərə görə, bir aya yaxındır ki, bu qurumdan audit yoxlamaları başlayıb. Yoxlamalar nəticəsində AZAL prezidenti Cahangir Əsgərovun başını ağrıda biləcək xeyli qanunsuzluq aşkarlanıb. Mənbənin sözlərinə görə auditorlar dövlət vəsaitinin şəxsi mənafe üçün sərf olunmasına dair təkzibedilməz faktlar üzə çıxarıblar. Bunlardan biri də Cahangir Əsgərova, ailə üzvlərinə, qardaşı, qardaşı oğluna və digər yaxın qohumlarına məxsus olan bahalı avtomobillərin müqavilə ilə AZAL-a xidmət göstərən müəssisələrdə təmir olunmasıdır.

Bu məqsədlə havaya sovurulan vəsaitin miqdarı bir neçə yüz min dollar civarındadır. Onun sözlərinə görə, Cahangir Əsgərovun qardaşı və qardaşı oğlu özlərinin bahalı avtomobillərinə aid bütün hissələri AZAL-ın vəsaiti hesabına sürətli daşıma yoluyla ABŞ-dan gətiriblər. Müsahibimiz bildirib ki, Cahangir Əsgərovun qardaşına məxsus 1990-ci il istehsalı olan xarici avtomobilin yenidən yığılması və rənglənməsi üçün AZAL-ın büdcəsindən düz 50 min dollar vəsait xərclənib.

Cahangir Əsgərovun avtomobil həvəskarı olan digər yaxın qohumları da bu başıbəlalı dövlət şirkətinin büdcəsinə külli miqdarda ziyan vurublar. Onların qiyməti 50 dollara olan ehtiyat hissəsini sürətli daşıma yoluyla ABŞ-dan 200 dollara gətirdiklərinə dair faktların ortaya çıxdığı qeyd olunur.

Əgər Cahangir Əsgərov yoxlamaların nəticələrini ört-basdır edə bilməsə, prokurorluq əməkdaşlarının ciddi suallarıyla üz-üzə qala bilər.
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...