Qağaməli Seyfullayev ilə bağlı ŞOK Şikayət - Cənab Prezidentin nəzərinə
Sosial
Oxunub: 2 547
30 iy 2022 | 15:24
Qağaməli Seyfullayev ilə bağlı ŞOK Şikayət - Cənab Prezidentin nəzərinə


Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” şəhərciyi, bina 3, mən.16-da yaşayan Vətən Müharibəsi qazisi Əsgərov Nazim Böyükxan oğlunun “Təzadlar”a göndərdiyi şikayət ərizəsini oxuyanda təəssüflənməyə bilmədik.

“Döyüş bölgəsində hərbi tapşırıqları yerinə yetirərkən aldığım ciddi travmaların təcili cərrahi müdaxiləsi üçün borc alıb ödəniş etdiyim vəsaitin qaytarılmasına köməklik göstərilməsi” barədə ərizə ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edən qazinin ürək parçalayan məktubunu təqdim edirik:
Çox Hörmətli cənab Prezident!
Sizin yaralı qazilərimizlə görüşünüzü yaxşı xatırlayıram. Siz məmurlarımıza, iş adamlarına, sahibkarlara üzünüzü tutaraq dediniz ki, hər bir kəs qazilərimizə, şəhid ailələrinə arxa-dayaq olmalıdır. Lakin təəssüflər olsun ki, Sizin bu tövsiyyənizi doğru başa düşməyənlər hələ də var.
Cənab ali Baş Komandan! Sizin əmriniz əsasında mən bir zabit olaraq Müdafiə Nazirliyinin Səfərbərlik üzrə çağırış İdarəsi tərəfindən Vətən Müharibəsinin ilk günündən “N” saylı hərbi hissədə taqım komandiri kimi torpaqlarımızın azad edilməsi üçün Füzuli rayonundan Şuşaya qədər döyüş yolu keçmişəm. Və Sizin tərəfinizdən medallarla təltif edilmişəm. Mən növbəti döyüş tapşırığını icra etmək üçün 30 dekabrda mərmi dolu “KamAZ” markalı yük avtomobili ilə Şuşa dağlarındakı yolla hərəkət edərkən avtoqəza baş vermişdir və nəticədə aldığım çoxsaylı travmalar nəticəsində əvvəlcə Füzulidəki Hərbi Hospitala təxliyyə edildim. Sonra yanvarın 1-dən isə Bakıdakı Mərkəzi Klinik Hospitala çatdırıldım. Burada 6 yanvara qədər ortopedik müalicə almışam. Lakin Hospitalda xəstə sayının çoxluğundan və mənim üzərimdə təcili cərrahi əməliyyatın zəruri olduğunu bildirdilər, sınıq xəsarətlərimin əməliyyatı üçün məni özəl “CİTY HOSPİTAL”a köçürdülər. Təcili əməliyyatdan 2 gün sonra, yəni yanvarın 8-dən yenidən MN-nin Mərkəzi Klinik Hospitalına müalicəmi davam etdirmək üçün köçürdülər. Və yanvarın 21-də məni ev müalicəsinə göndərdilər.
Qeyd edim ki, mən “CİTY Hospital”da əməliyyat olunmağım üçün xəzinəyə 4000 (dörd min) manat ödəniş etdim (Qəbzləri təqdim edirəm). İş yoldaşlarım da bildirdilər ki, Nazim, narahat olma, sən SOCAR işçisisən, “Paşa Sığorta” tərəfindən müalicənin xərcləri qarşılanacaq. Mən də qohumlar vasitəsilə 4000 manat borc tapıb “City Hospital”a verdim. Lakin indi özümə gəldikdən sonra “Paşa Sığorta” şirkətilə əlaqə saxladım ki, mənə SOCAR işçisi olduğum üçün müalicəyə çəkdiyim xərc üçün köməklik göstərsinlər. Cavab verildi ki, biz “City Hospital”da aparılan müalicə üçün heç bir ödəniş edə bilmərik, çünki SOCARla bağladığımız müqavilədə bu hospitalın adı göstərilməyib.”
Xatırladım ki, mən müaribədən əvvəl SOCAR-ın “NEFTQAZTİKİNTİ” Trestində mühəndis vəzifəsində işləmişəm. Hazırda 67 gündür ki, yataq rejimində müalicəmi davam etdirirəm. Fəxr edirəm ki, torpaqlarımızın müdafiəsində olmuşam, canımı da Vətənimə qurban verməyə hazıram. Lakin Beynəlxalq Bankdan aldığım kreditə görə hər ay 242 manat ödəmə həyata keçirirəm. Əmək haqqım isə 842 manatdır. Öhdəmdə 6 və 7-ci sinifdə təhsil alan iki azyaşlı övladım var. Yəni, 4 nəfərdən ibarət ailəm əlimizə çatan 600 manatın ümidinə qalmışıq. Bu pulun da çox hissəsini aptekdən lazım olan dərman və ağrıkəsicilər üçün istifadə edirəm. Bir sözlə, bir hərbçi kimi aldığım xəsarətlərə görə ailəmin iqtisadi çətinlik çəkməsini təsəvvür etmirdim. İndi də müalicəm üçün aldığım 4000 manat borcumun qaytarılmasını fikirləşirəm. Amma indi ayaq üstə dura bilməmyimlə mən bu borcu uzun müddət qaytarmaq imkanında olmayacağam. Təəssüf edirəm ki, işlədiyim SOCAR-ın “NEFTQAZTİKİNTİ” Trestindən (Trestin müdiri Qağaməli Seyfullayev) isə mənimlə bir müharibə iştirakçısı kimi gəlib maraqlanan və maddi yardım göstərən kimsə olmayıb. Halbuki bizim döyüş uğurlarımıza sevinən, qələbə sevincini yaşayanlardan və qürurlananlardan biri də bu trestin rəisi olmuşdur. Amma indi qaziyə kömək lazım olanda ögey münasibətlə qarşılaşırıq. Biz Vətənə və bu dövlətə canımızı verməyə hazırıq, bəzi məmurlar isə bu dövlətin xəzinəsindən ayrılan pulu bizə indi qıymırlar. Elə yaşadığım Abşeron rayon İcra Hakimiyyəti də mənim vəziyyətimlə maraqlanmır. Ona görə də sonuncu ümid yeri kimi yenə də Ali Baş komandan kimi Sizə müraciət edirəm ki, bir müharibə iştirakçısı olan zabit olaraq xahiş edirəm: heç olmasa müalicəm üçün götürdüyüm 4000 manat borcumun qaytarılması üçün köməklik göstərilməsinə göstəriş verəsiniz.

“Təzadlar”dan: Həqiqətən inanmaq çətindir ki, Vətən müharibəsinin ilk günlərindən torpaq uğrunda hamılıqla can və qan verməyə hazırıq deyən məmurlar indi bu qanı və canı, sağlamlığını vermiş qazilərə, şəhid ailələrinə biganəlik edirlər. İnanırıq ki, hətta erməni kilsəsinə pulsuz qaz verən SOCAR rəhbərliyi qazimizi unutmayacaq...
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq