Vicdan susanda: "Bizə verilən 3595 manat sosial yardımı geri istəyirlər" - 6 uşaq anası ŞOK OLAYLA ÜZ-ÜZƏ...
Mingəçevir şəhəri, Şəfa bağ massivi, M. Rəhimov küçəsi ev 32 ünvanında yaşayan Osmanova Gözəl Osman qızı ona verilən ünvanlı sosial yardımın kəsilməsindən şikayətçidir.
G. Osmanova bu barədə Yeniavaz.com-a müraciətində bildirib.
6 uşaq anası G. Osmanovanın sözlərinə görə, övladları az yaşlıdır, heç biri yetkinlik yaşına çatmayıb. O bildirib, tək ana olaraq uşaqlar onun himayəsindədir:
“Özüm xəstə olduğuma görə heç bir yerdə işləyə bilmirəm, böyük övladım da ürəyindən müalicə alır. 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayının sonunadək ailəmizə üç min beş yüz doxsan beş manat əlli qəpik həcmində ünvanlı sosial yardım ödənilib. 2022-ci ilin iyun ayından bu yardım ləğv olunub. Bizə bildiriş gəlib ki, ödənilən məbləği geri qaytarın. Yoxsa, 6 övladımı yetim qoyub tək anaya qanunlarımıza uyğun tədbirlər görəcəklər!?
Övladlarım enerji içkilərinin qablarını, dəmir parçalarını yığıb satırlar ki, özləri üçün dondurma pulu etsinlər, amma mən onların əlindən alıb çörək pulu edirəm. Mənim övladlarım doyunca çörək yemir. Ataları 2-ci dərəcəli vərəm xəstəsi olduğuna görə ondan ayrı yaşamağa məcburuq. Yaşadığımız ünvana gəlib baxa bilərlər, görsünlər ki, biz hansı şəraitdə yaşayırıq. Bəs, görəsən, ünvanlı sosial yardım bizim kimi ailələrə düşmürsə, kimlərə düşür? Mən müraciət etmişəm, onlar da mənə ünvanlı sosial yardım ayırıblar. İndi peşman olublar? Əgər mənə sosial ünvanlı yardım düşmürdüsə, niyə verirdilər? Axı həmin idarədə kadr bolluğundan tərpənmək olmur. Kimdir günahkar? 6 ac-yalavac uşaq anası, yoxsa yerində olmayan kadrlar?”
Ünvanlı sosial yardımın kəsilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Yeniavaz.com-a bildirilib ki, məsələ araşdırılır. Ətraflı məlumat veriləcək.
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi