Zaqatala Mərkəzi Xəstəxanasında özbaşınalıq və rüşvət ŞOK həddə çatıb - İDDİA
Sosial
Oxunub: 295
29 iy 2022 | 22:22
Zaqatala Mərkəzi Xəstəxanasında özbaşınalıq və rüşvət ŞOK həddə çatıb - İDDİA


Teref.az yazır ki, saytımızın elektron poçtuna Zaqatala ziyalılarının adından şikayət məktubu daxil olub. Teref.az olaraq etik baxımdan qəbul etmədiyimiz bəzi məsələləri ixtisar edərək çikayəti oxuculara təqdim edirik:
Zaqatala ziyalıları adından

ƏRİZƏ

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına Məcid Əliyevin baş həkim təyin olunduğu gündən sözügedən səhiyyə ocağı daha çox "HƏRƏMXANA" kimi tanınmağa başladı. Zaqatala camaatının qızı , gəlini, ana-bacısının işlədiyi səhiyyə müəssəsi artıq əxlaqsızlıq yuvasına çevrilib. Bəsdir artıq, Qaragözlər, Arzular, Zümrüdlər açıq-aşkarda baş həkimin adından nə istəyirlr edirlər. İş o yerə çatıb ki, bir neçə həftə bundan əvvəl bir nəfərin porno-videosu da yayımlandı(adı bizə mılum olsada etik səbəblərdən yazmırıq). Bəs bu camaat öz qız-gəlinini həmin tibb müəssəsinə necə etibar edə bilər?
Bu gün elə bir tibb işçisi yoxdur ki, baş həkimə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da dövlət qurumları və qanunları işləyirsə buyurun yoxlayın Məcid doktor rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 - 5000 azn arasıdır.
Hesab edirik ki, hüquq-mühafizə orqanları üçün bu faktları araşdırmaq elə də çətin deyildir. (Əlbəttə ki, Respublikadan gələrlərsə. Yerdəkiləri pulla alıblar). Baş həkim rayonda hamını pulla satın alıb. O, tədbirlərdə yalnız hüquq-mühafizə orqanlarının rəhbərləri ilə oturub-durur və hamıya da deyir ki, bu ölkədə hər şey pulla alınır və satılır. Sizə göndərdiyimiz videoya baxın və görün bu səhiyyə ocağında nələr baş verir. Məcid doktor indi də hamıya deyir ki, TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bizim adamdır, ona arxayın olub nə istəsəm edirəm. Hətta Suraxanı xəstəxanasına baş həkim gedəcəyinə də Vüqarın ona söz verdiyini deyir. Zaqatala camaatı Dövlətini, onun Prezidentini sevir, belə rüşvətxor və əxlaqsız insanlar isə xalqı dövlətdən narazı salır. BUYURUN FAKTLARLA TANIŞ OLUN. Zaqatala rayon Mərkəzi Xəstəxanasına Zaqatala Diaqnostika Mərkəzi də birləşdirildikdən sonra Məcid doktor burada da gözəl alver etməyə başlayıb. Deməli, tibb bacılarının yerdəyişməsi 3 -5 min azn, həkimlərin yerdəyişməsi isə 10-15 min azn-ə edilir. Məcid doktor bütün hiylələrdən çox məharətlə istifadə edib tibb personalı da onun toruna rahatca düşüb. Özü də, bu kişi deyir ki, pulu yuxarıya verirəm, yəni TƏBİB, Səhiyyə Nazirliyinə. Ona görə də heç kimə güzəşt etmir.
Sual: bu tibb işçilərinin yerdəyişməsi kimə və nəyə lazımdır?
Şikayətçi teref.az şikayətində bu sualın cavabınıl aşağıdakı kimi verir:
Baş həkim işçilərini bir yerə yığaraq iclas edib və deyib ki, "yadınızdadırsa 16.07.2019-cu ildə rüşvətlə bağlı videoçəkiliş olmuşdu, gördünüzmü mənə heç nə edə bilmədilər. Necə deyərlər it hürər, karvan keçər, mətbuat, qəzet, saytlar, sosial şəbəkələr kimdir ki, məni işdən azad etdirsinlər? Mənim arxam var və pulu kimə, nə qədər verməyi də çox yaxşı bacarıram". Bəli, Məcid doktor düz deyir, əgər belə olmasaydı dövlətimizin aidiyyatı hüquq-mühafizə orqanları gözlərini yummazdılar. Ən azından mətbuatda gedən video- faktları araşdırardılar.
Hörmətli Dövlət Başçısı, TƏBİB, Səhiyyə Nazirliyi, hüquq-mühafizə orqanları, DTX, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Prokurorluq orqanları! Sizdən xahiş edirik, Dioqnostika RMX-yə birləşdikdən sonra xadimə, tibb bacıları və həkimlərin nədən yerlərini dəyişdiklərini araşdırınız. Rayonda yerləşən banklara müraciət etsəniz dəqiq bilərsiniz ki, məhz Dioqnostika Mərkəzi RMX-ya birləşdikdən sonra tibb işçiləri nə qədər kredit götürüblər. Məgər bunları araşdırmaq bir o qədər çətindir? Əgər gücünüz çatmırsa deyin ki, bu baş həkim açıq-aşkar Prezident İlham Əliyevin apardığı siyasətə qarşı çıxır və hüquq-mühafizə orqanları da onunla bacarmır. Zaqatala ziyalıları kimi başqa bir sual da edirik, nədən Zaqatalaya yalnız kənardan baş həkim gətirilir? Bakıdan, Şəkidən və s. Məgər bu rayonda savadlı həkimlər yoxdur? Bəlkə şəkililər kimi alveri yaxşı bilənimiz yoxdur? Baş həkim bu rayondan olsaydı utanardı, belə əxlaqsızlıqlar etməzdi.

TƏBİB də görünür cənab Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirə bilmir. Əks təqdirdə bu biqbırçılığa son qoyardı. TƏBİB-ə nə lazımdır? Video lentə çəkib rüşvəti göstərirlər, yenə də baş həkimə toxunmurlar? Bura balaca bir müəssədir, baş həkimin icazəsi olmadan heç kim pul ala bilməz, həm də minlərlə azn. Bu gün Məcid doktor və adamları Vüqar Qurbanova arxalanıb Zaqatqla Mərkəzi Xəstəxanasında nə kimi işlər çevirirlər onu bir Allah bilir.
Məlum olduğu kimi, 2020ci il yanvar ayının 1dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlqnılıb. Bununla bağlı Prezident İlham Əliyevin fərmanına əsasən Səhiyyə Nazirliyinin strukturunda dəyişikliklər edilmiş, quruma tabe olan bir çox səhiyyə müəssəsi yeni yaradılmış "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) balansına keçirilmişdir. Xəstəxanaların Səhiyyə Nazirliyindən alınaraq TƏBİB-ə verilməsindən sonra da çox təəssüflər olsun ki, tibb müəssələrindəki neqativ halları aradan qaldırmaq mümkün olmayıb. Elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə xəstəxanalarda rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayyətlərə rast gəlmək olar ki, bu da Baş Həkimin gündəlik qazancının heç də az olmamasını deməyə əsas verir. Uzun illərdir səhiyyə sistemində aparılan ialahatlar adı altında ayrılan milyonıarla dövlət vəsitləri bu sahədə heç bir dəyişikliyə səbəb olmayıb, əksinə, belə çıxır ki, korrupsiya hallarının artmasına gətirib çıxarıb?! Son illərdə səhiyyə işçilərinin korrupsiya üstündə həbs olunmaları da buna bir sübutdur. Belə ki, sözü gedən rayonun Mərkəzi Xəstəxanasında həm rüşvətxorluq həm də korrupsiya halları baş alıb gedir. Burada gün ərzində toplanan rüşvətin məbləğini müəyyən etmək çətin olduğundan diqqətimizi birbaşa korrupsiya hallarına cəmlədik.
ARDI VAR
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
P.S Şikayətdə qeyd olunan şok video əməkdaşlarımız tərəfindən hazırlanır və gələn nömrəmizdə oxuculara təqdim edəcəyik!
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...