Gömrükdə 300 dollar limiti ləğv edilir? - AKTUAL
Sosial
Oxunub: 599
26 iy 2022 | 17:47
Gömrükdə 300 dollar limiti ləğv edilir? - AKTUAL


Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

2020-ci ildə edilən bu dəyişikliklə fiziki şəxslər xaricdən özləri ilə birliktə rüsum ödəmədən gətirə biləcəyi malların limiti 800 dollara endirildi. Bu limit əvvəl 1500 dollar idi. Yəni əvvəl vətəndaşlar xaricə gedərək özləri ilə birliktə 1500 dollara kimi məhsul gətirə bilirdilər və gömrükdə bu məhsula görə rüsum ödənilmirdi.

Məhsulun dəyəri 1500 dolları keçdiyi zaman gətirən fiziki şəxs gömrüyə məhsula uyğun rüsum ödəməli idi. İndi isə bu limit 800 dollara endirildi. Belə ki, fiziki şəxs xaricdən özü ilə birliktə gətirdiyi məhsulun dəyəri 800 dolları keçməməlidir. Əks halda gömrük qaydalarına əsasən rüsum ödənilir. Qaydalarda edilən bir digər dəyişiklik isə karqo şirkətləri və Azerpoçt vasitəsilə xaricdən gətirilən məhsullara aiddir.

Bu dəyişikliyə əsasən vətəndaş internet üzərindən 1000 dollaradək məhsul sifariş etdiyi zaman gömrükə rüsum ödəmirdisə, bu limit 300 dollara endirildi. Yəni karqo şirkətləri və “Azerpoçt” daşıma servisi ilə xaricdən dəyəri 300 dollardan artıq məhsul sifariş etdikdə gömrüyə rüsum ödəməlidir.

Belə ki, qaydalar 1 ay ərzində edilən sifarişlərə aiddir. Həmçinin 1 ay ərzində 1 məhsuldan eyni və ya eynicinsli 2 ədəddən daha çox gətirildiyi halda gömrük limitini keçməsəniz belə rüsum ödənilməlidir.

Qeyd edək ki, bu qaydalar Dövlət Gömrük Komitəsində çalışan məmurların bir neçə gün öncəyədək vəzifədə olduğu qüvvədə idi. Hazırda isə DGK-də baş verən proseslərlə bağlı bir sıra məmurlar, o cümlədən Dövlət Gömrük Komitəsinin sədri tutduğu vəzifədən azad ediliblər.

Gömrükdə başlanan kadr dəyişikliklərindən sonra rahat gömrük keçidlərinin olacağı, 300 dollarlıq limitin yenidən artırılması gözlənilirmi? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, indiki şəraitdə bu istiqamətdə yeni bir dəyişiklik gözləmir:

“Çünki həm Dövlət Gömrük Komitəsi ilə bağlı son fərmanda nəzərdə tutulanlar, həmçinin sosial-iqtisadi inkişaf strategiyası onu deməyə əsas verir ki, növbəti 5 ilə hökumətin məsələlərə baxışında ciddi dəyişiklik olmayacaq. Yeni kadrın gəlməsi də əslində DGK-nın əsas məramının, yəni hökumət üçün əsas funksiya hesab edilən məsələlərin dəyişməsinə gətirib çıxarmayacaq.

Yenə DGK Azərbaycan dövlət büdcəsinin əsas gəlirini təmin edən qurumlardan biridir. Ona görə də hökumət çalışacaq ki, şərtləri dəyişmədən, ən azından ortamüddətli dövrdə fiskal gəlirlərin proqnozlaşdırıla bilən olması, eləcə də iqtisadiyyat nə qədər inkişaf etməyib, zəif inkişaf edib, şaxələnməyibsə, belə mənbələr hesabına büdcə gəlirlərini artımını davam etdirsin. Hesab etmirəm ki, yeni kadr bu istiqamətdə hansısa bir təşəbbüs göstərəcək. Qiymətlərə heç bir dəyişiklik gözləmirəm”.

Ekspert deyir ki, qiymətlərin dəyişməsi yaxşı olardı:

“Burada kifayət qədər ciddi faktorlar var. Bir sıra məhsullar var ki, vahidinin dəyəri qeyd edilən məbləğdən yuxarıdır. Azərbaycanda istehsal olunmayan məhsullar, elektroavadanlıqlar, kompüterlərdir. Biz rəqəmsallaşmadan söhbət edirik. Ancaq bu istiqamətdə fərdi avadanlıqların rahat şəkildə, insanların öz seçimi əsasında fərqli bazarlardan alınması imkanlarını məhdudlaşdırırıq.

İnhisarçılar tərəfindən daha baha qiymətə təklif olunan məhsulların alıcılıq imkanları məhdud olduğundan, bu prosesi özümüz zəiflədirik. Hökumət üçün bunlar prioritet deyil. Yəni hökumət üçün prioritet dövlət büdcəsinin hansısa alternativ mənbələrdən doldurulmasıdır. Buna görə də bu istiqamətdəki siyasəti növbəti 5 ildə davam etdirəcək”.
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ