Deputat Adil Əliyevdən sensasion AÇIQLAMA - "3 qüvvə birləşib mənə qarşı..."
Sosial
Oxunub: 345
26 iy 2022 | 17:23
Deputat Adil Əliyevdən sensasion AÇIQLAMA - "3 qüvvə birləşib mənə qarşı..."


"Əziz soydaşlarım, prezident İlham Əliyevin apardığı geniş islahatlar və buna mane olmağa çalışan “5-ci kolon” barədə son müsahibəm radikal müxalifətə, onların xaricdəki söyüşcül “internet bürolarına” və Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə, birləşib mənə qarşı şər və böhtan kampaniyasına başlayıblar".
Bu cümlə Azərbaycan parlamentinin 1-ci vitse -spikeri Adil Əliyevin sosial mediada paylaşdığı bəyanatdandır.

DİA.AZ musavat.com-a istinadla xatırladır ki, Adil Əliyev ötən həftə ölkəmizdəki "5-ci kolon"un fəaliyyəti barədə hadisə sayıla biləcək açıqlama ilə çıxış etmişdi. Onun həmin çıxışı ölkə gündəmini dəyişdirə biləcək qəbildəndir.

Dünən gecə saatlarında millət vəkili yeni və kəskin bəyanatla çıxış edib. Bəyanatın mabədində bunlar yazılıb:

"Bir daha əmin oldum ki, əslində bu üç qüvvə birgə hərəkət edir, hədəf seçdiklərinin üzərinə birgə “hücum” təşkil edirlər. Eyni mərkəzdən idarə olunduqları aşkardır. “Texnologiyalarında” yeni heç nə yoxdur, şər və böhtanla mənim və ailə üzvlərimin üzərinə gəldiklərini düşünürlər. Deməli xaricdən və buradan idarə olunan və dövləti hədəf alan qruplar tərəfindən maliyyələşən internet kanallar onlara ötürülən “qonaqların” dili ilə mənim və ailə üzvlərimin isimlərini hallandıraraq olmayan hadisələr barədə saatlarla müzakirələr aparırlar. Dövləti və milləti düşünən kəs və internet kanalları məni deyil, mənim müsahibəmdəki mesajları müzakirə edər, inkişafa mane olan mövzular ətrafında fikir mübadiləsi aparar. Onların buna marağı yoxdur.

Adil Əliyev və yaxınlarım prezidentin və dövlətin siyasətinə sadiqdir, çalışdığımız vəzifələrdə məmləkətimizin milli və təhlükəsizlik maraqlarına xidmət edir, buna qarşı çıxanlara qarşı isə mübarizəmizi davam etdiririk. Prezident iyulun 25-də bir neçə rayona icra hakimi təyin edərkən məmurları bir daha xəbərdar etdi, rüşvətə bulaşanların, torpaq satanların sonunun olmadığını xatırladı. Cənab Prezidentin atdığı bütün addımlarda olduğu kimi bu mübarizədə də dövlət başçısının yanındayıq. Mübarizəmiz eyni zamanda rüşvətxorları, mülkünü vətəndaşdan üstün tutan məmurları keçmişdə və indi irəli sürməyə çalışan həmin “5-ci kolona” və kolonun başında gedən Ramiz Mehdiyev kimilərə qarşıdır. Kimlərlə mübarizə apardığımızın fərqindəyik, bunu bizə qarşı müxtəlif istiqamətlərdən şər və böhtan kampaniyasının təşkli də göstərir. Nəticə verməyəcək, çünki biz çoxluqdayıq və onlara qarşı mübarizədə 1990-cı illərin əvvəllərindəki anarxiyanın təkrarlanmasını istəməyən və xarici qüvvələrin əlində alət olmaq istəməyən xalqa arxalanırıq!"
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI