«Bolt» Azərbaycanda daha bir şirkəti BAZARDAN ÇIXARDI – «AZI 10 ŞİRKƏT ÇÖKÜB»
Sosial
Oxunub: 409
22 iy 2022 | 22:22
«Bolt» Azərbaycanda daha bir şirkəti BAZARDAN ÇIXARDI – «AZI 10 ŞİRKƏT ÇÖKÜB»


«Bolt»un dempinq siyasəti nəticəsində «Fonibo» daxil olmaqla bir çox şirkət maddi çətinlik yaşamış və rəqabətdən uzaqlaşdırılmışdır. Yerli şirkətlərimiz batandan sonra «Bolt» dempinq siyasətindən əl çəkmiş və kuryerlərinin maaşını azaltmağa başlamışdır».

TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bu barədə artıq fəaliyyətini dayandırmış «Fonibo» çatdırma şirkətinin təsisçisi və direktoru, elektron ticarət və elektron biznes mütəxəssisi Nicat Manafov bildirib.

Onun sözlərinə görə, qlobal çatdırma şirkəti olan «Bolt» Azərbaycan bazarında dempinq qiymətləri tətbiq etməklə yerli şirkətləri sıradan çıxarır və növbəti belə şirkət «Fonibo» olub.

«Fonibo» şirkəti 2020-ci ildən fəaliyyətə başlayıb və hər yerdən çatdırılma xidməti olaraq fəaliyyət göstərirdi. Xüsusilə marketlərdən çatdırılma kateqoriyasında lider mövqedə idi.

- Şirkətinizin nə qədər əməkdaşı vardı?

- Ofis daxili 15, kuryerlərlə birlikdə 70 nəfərə yaxın heyət idik.

- «Bolt» sizin şirkətin necə bazardan çıxartdı?

- «Bolt» şirkəti kuryerlərə əsassız şəkildə bazardakı qiymətin 3-4 qatını ödəməyə başladı.

- Məsələn...

- Məsələn, bizdə çatdırma qiyməti 1,5 manat idi (3 kilometrlik radiusda), kilometri əsasən 1 AZN götürürük. Yəni biz hər sifariş üçün kuryerə 1,5 AZN qiymət nəzərdə tuturduqsa, onlar artıq 4 AZN ödəməyə başladılar. Nəticədə bizdə sifariş olsa da, artıq kuryer tapmaqda çətinlik çəkirdik, çünki bütün kuryerlər «Bolt»a keçirdi.

- Yəni «Bolt»un sifvrişləri belə çox idi?

- Xeyr, sadəcə «Bolt» onları boş-boş yollarda gözlədirdi, sırf rəqibləri kuryer tapmasın deyə bazarda limitli sayda olan kuryerləri belə özünə götürürdü.

- Siz yalnız kuryerlərə görə bazardan çıxmalı oldunuz?

- Xeyr, digər tərəfdən «Bolt» bizim satış etdiyimiz market və restoranlara öz cibindən zərər hesabına olsa da, satış xidməti göstərirdi. Məhsulun maya dəyərindən 30%-40% aşağı qiymətə satışa qoyulmasını təklif edirdi, həmin zərəri də öz cibindən qarşılayırdı. Bu üsul market və restoranlar üçün daha sərfəli olmuşdu. Biz əvvəlcə düşündük ki, bazarda mövqelənmək üçün 1-2 aylıq kampaniyadır edir və dayandıracaq, amma sonra gördük sırf bu metodla 14 ay boyunca büdcəsini xərclədi və külli miqdarda zərərə gedərək bütün rəqiblərini məhv etdi.

- Bəs indi vəziyyət necədir? «Bolt» yenə kuryerlərə böyük məbləğlər ödəyir?

- Xeyr, indi «Bolt» rəqibləri bağlandığı üçün «kef edir». Biz bazardan çıxandan sonra «Bolt»un kuryerə ödədiyi məbləğlər azaldı və 3-4 manatdan 1,2-1,5 AZN-ə düşdü. Yəni hətta vaxtilə bizim kuryerlərə ödədiyimiz məbləğdən də aşağı qiymət təklif edir. Bəyənməyənə deyir ki, «get başqa yerdə iş tap», amma başqa yerlər artıq yoxdur, hamısı bağlanıb.

- Bəs restoranlara verilən endirim şərtləri necə, onlar da dəyişib?

- Bəli. Artıq restoranlara bildirirlər ki, o endirimi öz hesabınıza edə bilərsiniz. Artıq restoranların da başqa alternativi yoxdur, çünki bazarda faktiki olaraq başqa şirkət qalmayıb.

- Siz bu vəziyyətlə bağlı müvafiq qurumlara, o cümlədən Antiinhisar Xidmətinə müraciət etmisi nizmi? Son vaxtlar belə şikayətlərin sayı artır və Xidmət onları bildiyimiz qədər ciddi araşdırır.

- Bəli. Mən və eləcə də digər yerli şirkətlər Antiinhisar Dövlət Xidmətinə müraciət etmişik. Bu təkcə bizim problem deyil, ən azı 10 yerli sahibkar belə bazardan çıxarılıb. 189 Delivery, Hungry və s.

Bütün dünyada rəqabəti qoruyan qurumlar var. Onlar bu kimi metodları istifadə edən şirkətləri cəzalandırırlar və bizdə də cəzalandıracaqlarına əminəm. Əks təqdirdə bu kimi metodlarla məhv olan yerli sahibkarlıq mühitini kimsə xilas edə bilməz.

- Səhv etmiriksə, belə hal bir dəfə olub, və Antiinhisar Xidməti buna qarşı tədbir görüb...

- Bəli, yadınızdadırsa, bir qədər əvvəl Wolt şirkəti də Azərbaycanda «eksklüzivlik» müqaviləsi altında rəqiblərinə işləməyə icazə vermirdi. Çox şükür ki, Antiinhisar Dövlət Xidməti bunun qarşısını aldı və qanunsuz müqavilə istifadəsinə qadağa qoydu

Bolt cəzalanmalıdır, dünyanın heç bir yerində bu şəkildə rəqabət edə bilməzdi. Amma xüsusilə xarici şirkətlər ölkəmizə gələndə bütün imkanları səfərbər edirlər ki, bazarda monopolist mövqedə olsunlar. Bu hadisənin bənzəri qonşu Türkiyədə olmuşdu, Türkiyənin rəqabət qurumu bu dempinq siyasəti ilə rəqiblərini məhv etməyə çalışan şirkəti 428 min lira cəzalandırmışdı.
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?