Rasilə Əliyeva haqda daha bir İTTİHAM – “Erkən nikahın razılığı üçün 4 min alırmış”
Sosial
Oxunub: 304
21 iy 2022 | 20:44
Rasilə Əliyeva haqda daha bir İTTİHAM – “Erkən nikahın razılığı üçün 4 min alırmış”


"Çevik Ekspert” Qrupu Lənkəranda icra başçısının keçmiş müavini tərəfindən fiziki zorakılığa məruz qalmış yeniyetmə və ailəsi ilə görüşüblər. QHT rəhbərlərindən ibarət Qrup məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarında da olublar.

Bu barədə Bizim.Media-ya məlumat verən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə hazırda yeniyetmənin qapalı depressiya vəziyyətində olduğunu qeyd edib:

"Uşaq yaşadıqlarını bir növ artıq danışa bilir. Çünki ona həm qorxu, həm də utanc hissi böyük zərbələr vurub. Özünü qapalı və təcrid olunmuş hiss edir. Səbəb ona olunan fiziki zorakılıqla bərabər həm də illərlə ailəsinə yaxın olan məktəb direktorunun hadisədə onu qətiyyən müdafiə etməməsi olub. Yeniyetmənin bir sözü mənə təsir etdi. “Mən idmanla məşğulam, ona güc gələ bilərdim. Amma bunu etmədim, çünki məni elə tərbiyə etməmişdilər. Bilirəm ki, özümdən böyüyə əl qaldırmaq olmaz. Amma haqqımı bundan sonra da qoruyacam”dedi”.

“Çevik Ekspert” Qrupu daha sonra məktəb direktoru ilə görüşüb. Kəmalə Ağazadənin sözlərinə görə, direktorun dediyi fikirlər onda çox böyük təssüf hissi yaradıb:

“Direktora dedim ki, uşaq döyüləndə heç olmaya onu qucaqlayıb otaqdan çıxarda bilərdiniz. O, isə “mən onu qoruya bilməzdim, o qadından qorxuram, siz bilmirsiz nədir” dedi və artıq müəyyən etdim ki, Rasilə Əliyeva təkcə 15 yaşlı qıza deyil, bir çoxlarına psixoloji və fiziki zorakılıq tətbiq edib. O da məlum oldu ki, rayonda erkən nikahın razılıq qiyməti 2500-4000 manat arasıdır. Deyilənə görə, hadisələr Rasilənin kabinetindəcə həll olunurmuş. Görün insanın vəzifəsindən sui-istifadə halları nə həddə olub ki, Rasilə Əliyeva məsuliyyətə cəlb olunduğu üçün Lənkəran toy-bayram edib, hətta qurban kəsilib.

Məlumat üçün bildirək ki, “Çevik Ekspert” Qrupunda Azərbaycan Uşaqlar İctimai, "Vətəndaş" Tədqiqat və İnkişaf, "Təmiz Dünya" Qadınlara Yardım və İslahatçı Qadınlar və İnnovasiyalar İctimai birliklərinin rəhbərləri Kəmalə Ağazadə, Günel Səfərova, Mehriban Zeynalova və Vüsalə Hüseynli təmsil olunur.
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO