Unileverin Bakı offisi vətəndaşın şikayətini heçə sayır- ŞİKAYƏT
Sosial
Oxunub: 374
21 iy 2022 | 21:43
Unileverin Bakı offisi vətəndaşın şikayətini heçə sayır- ŞİKAYƏT


Teref.az-ın poçtuna vətəndaş İlkin Məmmədkərimovdan şikayət daxil olub. İlkin bəy Unilever brendinin Azərbaycan offisi ilə əlaqəsindən, şikayətlərindən və bu şikayətlərin heç bir fayda vermədiyindən yazır. İlkin bəy şikayətində yazır:
"Salam sizə şikayətim Unilever brendi ilə bağlıdır. Deməli mən illərdir əksər Unilever markalarının Azərbaycanda satılmaması, satılan markaların isə çox məhdud çeşiddə satılması üstəlik bütün supermarketlərdə əlçatan olmaması ilə bağlı Unilever ABŞ, Unilever Böyük Britaniya, Unilever Hindistan, Unilever Türkiyə ofislərinə şikayət edirdim. Mənimlə bir neçə il bundan əvvəl Unilever Türkiyə ofisindən zəng etdilər onlara bütün problemləri bildirdim lakin bir müddət sonra heçnə dəyişilmir bütün problemlər davam edirdi. Mən təkrar Unilever Türkiyə ofisinə şikayət etdim və mənimlə 2020-ci ilin yanvar ayında Unilever Bakı ofisindən əlaqə saxladılar onlarada bütün problemləri dedim mənə bütün problemlərin həll olunacağı vədi verilsədə bir müddət sonra yenədə heçnə dəyişmədi. Onuda deyim ki, Unilever kimi qlobal brendlərin bütün ölkələrdə müştərilər üçün əlaqə mərkəzi varki müştərilər istədikləri vaxt müraciətlərini edə bilir. Azərbaycan kimi 10 milyon əhalisi olan ölkədə isə Unilever-in əlaqə mərkəzi yoxdur. Problemin həll olunmadığını görüb Unilever-in Xətaidə Ağ Şəhərdə yerləşən ofisinə getdim problemi xanıma izah etdim bütün bu problemləri cavabdeh şəxslərə çatdıracağını söylədi məndə qayıdıb gəldim. Bir müddət sonra yenə heç bir dəyişiklik olmadığını görüb Unilever Türkiyə Tüketici Hattına zəng etdim Azərbaycandan zəng etdiyimi bildirdim və bütün problemləri izah etdikdən sonra xanım operator mənə Emre Yusufoğlu adlı şəxsin E-mail adresini verdi və mənə bütün problemləri Emre beyin E-mailinə göndərməyimi bildirdi məndə sağollasdım və bütün problemləri Emre beyin E-mailinə göndərdim. Bir neçə saat sonra cavab E-maili gəldi və Emre bəy mənimlə Unilever-in Azərbaycan və Gürcüstan üzrə direktoru Araz Tehmasebinin əlaqə saxlayacağını bildirdi. Araz bəy mənimlə əlaqə saxladı bütün problemləri onada bildirdim mənə bütün problemlərin həll olunacağını və hansı supermarketdə markalarımızın tapa bilmirsizsə həmin supermarketlərin adını ona göndərməyimi istədi məndə göndərdim. Bir müddət sonra bütün problemlər davam edirdi mən narahat etməyim deyə Araz bəyə zəng etmədim Whatsapp vasitəsi ilə heç bir şeyin dəyişmədiyini bütün problemlərin davam etdiyini bildirdim mesajımı oxuyub tərbiyəsiz vədinə nömrəmi həm Whatsapp həmdə Telegram-dan blok ettdi. Bunun nə demək olduğunu öyrənmək üçün zəng etdiyimdə zənginə cavab vermədi. Bütün bu olanlardan sonra Emre bəyə baş verənlərlə bağlı E-mail yazdım və bu nə tərbiyəsizlikdir deyə sual verdim. Emre bəy mənə göndərdiyi cavab E-mailində baş verənlərə görə məndən üzr istədiyini bütün bu olanları lazımi şəxslərə çatdırdığın bildirdi. Özümü rəsmən axmaq yerinə qoyulmuş kimi hiss edirdim. Bilirsiz mənim illərdir P&G, Henkel, GSK, RB və s. qlobal brendlərin Azərbaycan ofisi və Azərbaycandakı rəsmiləri ilə əlaqəm var və sağolsunlar indiyədək hansı sualım olubsa sevə-sevə cavablayıblar və bütün müraciətlərə həssas yanaşıblar. Yəni mən indiyədək belə bir rəzillik görməmişdim. Mən Araz bəyin şəxsi E-mailini öryəndim ona mənimlə əlaqə saxladığını problemi həll etmək vədi verdiyini nömrəmi blok etdiyini zəng etdikdə cavab vermədiyini bunun nə demək olduğunu sual verdim və bildirdim ki, verəcək cavabınız yoxdur çünki. Mənə Aydın Əhmədov adlı şəxs E-mail göndərib problemin nədən ibarət olduğunu soruşdu. Aydın bəyə cavab E-mailimdə bütün problemləri izah etdim heç bir açıqlama vermədi verəcək cavabları yoxdur çünkü. Bütün ölkələrdə Unilever-in əksər markaları bütün çeşidləri ilə hər yerdə əlçatan olduğu halda Azərbaycanda əsas markaları satılmır, satılanlarda çox məhdud çeşiddə satılır və hər yerdə əlçatan deyil. Birdə Unilever bəzi markalarının istehsalçı ölkəsini və tərkibini dəyişib. İllərdir Almaniya istehsalı gələn Dove duş geli indi Birləşmiş Ərəb Əmirlikləri gəlir. Onsuzda heç kimə sirr deyilki Unilever kimi brendlər Avropa ölkələrində və ABŞ-da daha keyfiyyətli məhsullar istehsal edir, Azərbaycan kimi ölkələrdə isə fərqli tərkib və aşağı keyfiyyətdə markalar istehsal edirlər. Müştərilərin şikayətinə önəm verməyən, problemi həll etməyən və müştəriyə gəlir mənbəyi kimi baxan Unilever-in markalarından hər kəsi imtina etməyə çağırıram. Sağolun.
İlkin Məmmədkərimov"
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb