Qaziyə niyə 2 ildir əlillik təyin edilmir? - MÜRACİƏT
Sosial
Oxunub: 287
20 iy 2022 | 18:20
Qaziyə niyə 2 ildir əlillik təyin edilmir? - MÜRACİƏT


“İkinci Qarabağ müharibəsindən iki il keçməsinə baxmayaraq mənə əlillik təyinatı verilməyib. Sadəcə 80 manat müharibə veteranı pulu alıram və bu məbləğ ailəmi, övladlarımı saxlamağa bəs etmir”.

DİA.AZ xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Biləsuvar rayonu, Dəvrişli kənd sakini, ikinci Qarabağ müharibəsi qazisi Səxavət Abasov müraciət edib.

Vaxtilə MAXE işləyən 30 yaşlı qazi deyir ki, indi çalışa da bilmir: “2019-cu ildən ordu sıralarında MAHHXHQ kimi xidmətə başlamışam. 2020 ci il sentyabrın 27-də müharibəyə qatılmışam. Çoxlu düşmən texnikasını və canlı qüvvəsinin zərərsizləşdirilməsində əməyim olub. Oktyabrın 18-də düşmənin atdığı 120 mm-lik minaatan mərmisinin yanımda partlaması nəticəsində xəsarət aldım. İlkin tibbi yardım alaraq yenidən döyüşlərə qatıldım. Bundan sonra yanımda içi mərmi ilə dolu maşın partladı. İstiqamətimiz Xocavənd rayonu idi. Gecə qaranlıqda yola çıxdıq. Bu zaman maşınımız aşdı. Bütün bunlar başımda dözülməz ağrılar yaratdı. 44 günlük müharibədən sonra məni hospitala təxliyə etdilər. Dəfələrlə SQBKH-də müalicə aldım, lakin heç bir nəticə vermədi. Bununla da məni ordu sralarından təxris etdilər. Bundan sonra da müalicələrim davam etdi, amma yenə bir nəticə olmadı”.

Qazi bildirir ki, aldığı xəsarətlər nəticəsində vəziyyəti acınacaqlı durumdadır: “İyulun 15-i beynə qan işləməməsi, başgicəllənmə, gözqaralma, qan təzyiqimin düşməsi səbəbilə təcili tibbi yardım maşını ilə Biləsuvar Rayon Xəstəxanasına çatdırıldım. Vəziyyətim elə haldadır ki, dolana da bilmirəm. İşləmirəm, əlillik də verilmir. Düz iki dəfə imtina gəlib. 80 manat veteran pulu ilə necə ailə saxlayım? Müvafiq qurumlar da bir-birinin üzərinə atmaqla məşğuldur. Zəng etmişəm BTK-ya. Deyirlər ki, bizə sənəd gəlib çıxmayıb. Sonra zəng eləmişəm Maştağaya, deyirlər, biz sənədi göndərmişik Salyan Psixatriya xəstəxanasına. Ordan da deyilir ki, göndərmişik Biləsuvar xəstəxanasına. Yəni əlillik təyinatımın verilməsində çox böyük problemlər yaradırlar. Aldığım 80 manat da ancaq yollarda gedir”.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”nun müraciətini belə cavablandırıb: “Vətən müharibəsi iştirakçısı Abasov Səxavət Hidayət oğlu, əlilliyinin qiymətləndirilməsi məqsədilə 02.03.2022-ci il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Müəyyən edilib ki, S.Abasovun sağlamlıq vəziyyəti əlillik təyinatına uyğun deyil. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq vətəndaşa imtina qərarı verilib. Hazırda isə vətəndaşla bağlı yeni göndəriş rəsmiləşdirilməyib. Vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq onun əlilliyinin təkrar qiymətləndirilməsi aparıla bilər”.Qaziyə niyə 2 ildir əlillik təyin edilmir? - MÜRACİƏT
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?