Azərbaycan-Avropa İttifaqı münasibətlərinin böyük gələcəyi var
Sosial
Oxunub: 322
20 iy 2022 | 12:07
Azərbaycan-Avropa İttifaqı münasibətlərinin böyük gələcəyi var


Azərbaycan özünün beynəlxalq əlaqələrini sürətlə və uğurla inkişaf etdirir. Əlbəttə ki, Avropa İttifaqı da ölkəmiz üçün olduqca önəmli tərəfdaşlardan biridir. Bu baxımdan iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” münasibətlərin daha da dərinləşməsi və inkişaf etdirilməsi yönümündə xüsusi əhəmiyyət kəsb edən sənəddir. Məlumdur ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın ən böyük hissəsi məhz enerji sahəsində həyata keçirilir. Memorandumun imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq bir müddətdir ki, əməkdaşlıq edir. 18 iyul Memorandumu isə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan ilk sənəd deyil. Belə ki, bu tərəfdaşlar arasında hələ 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb.
Öz çıxışında möhtərəm dövlət başçımız bunu da qeyd etdi ki, bu gün Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Əlbəttə ki bu baxımdan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilməsi kimi möhtəşəm bir layihənin iki ildən də az müddətə reallaşdırılması xüsusi qeyd olunmalıdır. Bu gün 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya edərək Azərbaycanın təbii qazını Avropa qitəsinə çatdırır. Hazırda Cənub Qaz Dəhlizinin bütün seqmentlər tam istismar olunur. Bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsinə verdiyi ən böyük töhfələrdən biridir.
İmzalanmış Memorandumdakı mühüm məqamlardan biri də bərpaolunan enerji hasilatı ilə bağlıdır. Məlumdur ki, Azərbaycan bərpaolunan enerji sahəsində də çox böyük potensiala malikdir. Bu potensial ölkəmizin təkcə qonşu dövlətlərə deyil, həmçinin Avropaya da enerji satışı imkanlarının artıracaq. Bu baxımdan Xəzr dənizinin külək enerjisini və “yaşıl” hidrogen potensialı Avropa ölkələri üçün daha maraqlıdır. Təsadüfi deyil ki, bu məsələlər Ölkə Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə keçirdiyi geniş tərkibdə görüşdə də ətraflı müzakirə olunub. Artıq əminliklə demək olar ki, Azərbaycan tədricən Avropa İttifaqı üçün həm də bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.
Bu gün Azərbaycan Xəzərdə ən iri ticarət donanmasına, müasir infrastruktura, gəmiqayırma imkanlarına, yeni və müasir dəniz limanına, bütün qonşu ölkələrlə bizi birləşdirən dəmir yollarına sahib olmaqla, enerji sektoru kimi nəqliyyat-logistika sahəsində də etibarlı tərəfdaşdır. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında artıq yeni saziş hazırlanır. Bu məsələ də aparılan müzakirələrdə xüsusi yer almışdır və artıq gələn ay yani sazişin imzalanacağını gözləmək olar. Bu, Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlığa mühüm töhfə olacaq. Möhtərəm Prezidentimizin dediyi kimi, Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır və nəzərdə tutulan planların icrası ticari dövriyyəni həm Azərbaycan xalqının, həm də Avropa ölkələri xalqlarının rifahı naminə artıracaq. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və bu münasibətlər getdikcə daha da dərinləşəcək və möhkəmlənəcək.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ