Nazirin belə bir problemdən xəbəri varmı? - ƏCƏBA...
Sosial
Oxunub: 263
19 iy 2022 | 22:50
Nazirin belə bir problemdən xəbəri varmı? - ƏCƏBA...


“Yeganə gəlir mənbəyimiz moruqdur. Onu toplayıb yerli, Rusiya və digər ölkələrin bazarlarında satırıq. Yalnız bu işlə məşğul olandan nə qədər əziyyət çəkdiyimizi bilirlər. Son vaxtlar sərhəddə problemlər yaradılıb. Bundan əlavə, bir günün içində məhsulun kiloqramı 4 manatdan 2 manatadək endirilib”. DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə Şəmkir rayonu, Çinarlı qəsəbəsinin sakinləri olan fermerlər bildiriblər. Onların sözlərinə görə, yol, işçi pulu, sahələrə səpilən dərmanların xərci, eləcə də suya görə ödənişlər bir neçə dəfə bahalaşıb. Məhsulun kiloqramı üçün təklif edilən 2 manat isə maya dəyərindən aşağıdır. Bu qiymətə nəinki qazanmaq, hətta çəkilən xərcləri çıxarmaq mümkün deyil.

Şikayətçilər adlarının mətbuatda çəkilməsini istəməmələrinin səbəbini onunla əsaslandırıblar ki, bir neçə gün əvvəl bu məsələ ilə bağlı etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar şikayət edənlərə gələcəkdə problem yaradılmasından qorxurlar.

“Dövlət Gömrük Komitəsinin Sərhəd Keçid Məntəqəsində problem yaranıb, nəticədə məhsullarımız xarab olub. Bir tərəfdən də bu bazarı əlində saxlayan monopolislər min-bir əziyyətlə yığdığımız məhsulun qiyməti ilə oynayırlar. Bu problemlər səbəbindən ötən həftə moruğun toplanılması bir həftə təxirə salındı”,- sakinlərdən biri danışıb.

Çinarlı Şəmkirin ən böyük qəsəbələrindən biridir, on mindən çox əhalisi var. Fermerlər deyir ki, qəsəbənin 70 faizi moruq yetişdirməklə dolanır. Rusiyada yaşayan şəmkirlilərin bəziləri Rusiya ilə Ukraniya arasında baş verən müharibədən sonra geri qayıdaraq moruq sahələrinə pul yatırıblar. İndi isə onlar qoyduqları pulları çıxarda bilmirlər.

Çinarlı bələdiyyəsinin sədri Arzu Qafarov Meydan TV-yə bildirib ki, icra hakimiyyətində sahibkarlarla görüş keçirilib, onlar dinlənilib. Sahibkarların istəyinin yerinə yetirilməsi üçün əlaqədar orqanlara müraciət edilib. “Dövlətimiz fermerlərin bütün problemləri ilə maraqlanır və onlara köməkliklər edilir, bu məsələdə də narahatlığa əsas yoxdur”.
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb