Şəhid anası çox şey istəmir ki... - QANUN DƏYİŞMƏLİDİR!
Sosial
Oxunub: 312
18 iy 2022 | 18:50
Şəhid anası çox şey istəmir ki... - QANUN DƏYİŞMƏLİDİR!


Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Cəmil Məmmədlidir. Cəmil Habil oğlu Məmmədli 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda dünyaya göz açıb. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonundakı 163 saylı orta məktəbdə təhsil alıb. 2016-cı ildə AzTU-nun Metallurgiya və metalşünaslıq fakültəsinə qəbul olunub. 2020-ci ildə isə təhsilini uğurla başa vuraraq Materialşünaslıq ixtisasına yiyələnib.

Təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanan Cəmil Məmmədlinin xidmətdə olduğu dövrdə 44 günlük Vətən müharibəsi başlayıb. Qəhrəmanımız Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabr ayının 14-dən 15-ə keçən gecə qəhrəmancasına şəhid olub.

Qəhrəman şəhidimiz Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Dia.az-ın məlumatına görə, Cəmil Məmmədlinin anası Aygün xanım oğlunun adının əbədiləşdirilməsi arzusundadır. Aygün xanım AYNA-ya deyib ki, şəhidimizin oxuduğu məktəbə - Səbail rayonunda yerləşən 163 saylı orta məktəbə Cəmilin adının verilməsini istəyir: “Həmin məktəbdə təhsil almış ilk və yeganə şəhid Cəmildir. İstəyirəm ki, oğlumun oxuduğu məktəb onun adını daşısın”.

Aygün xanım bunun üçün bir neçə quruma, şəxsə müraciət edib. Amma müraciətləri cavabsız qalıb. Əsas kimi də bu göstərilib ki, şəhidimizin medalı olsa da, ordeni yoxdur. Şəhid anası isə bildirir ki, əgər qanunla oğlunun adının məktəbə verilməsi mümkün deyilsə, o zaman cəsur döyüşçümüzlə bağlı istisnaya yol vermək olmalıdır.

Qəhrəman şəhidimizin adının verilməsi istənilən 163 saylı məktəb hazırda kiminsə adını daşımır. Aygün xanım deyir ki, bu baxımdan da Cəmilin adının məktəbə verilməsi problemli olmamalıdır.

İctimaiyyət nümayəndələri hesab edirlər ki, şəhidlərimizin adının əbədiləşdirilməsi mütləq həyata keçirilməlidir. Bununla bağlı Prezident İlham Əliyevin sərəncamı var. Vətən müharibəsinin üç min şəhidinin adının əbədiləşdirilməsi üçün ölkədə o qədər məktəb, bağça, küçə mövcuddur ki, bunu etmək elə də çətin olmamalıdır. Dia.az-ın məlumatına görə, deputat Aqil Abbas AYNA-ya bildirib ki, bütün şəhidlərimizin adının əbədiləşdirilməsi lazımdır: “Şəhidlərimiz bizim baş tacımızdır. Məktəblərə, bağçalara şəhidlərimizin adı verilməlidir ki, gələcək nəsillər qəhrəmanlarımızdan örnək götürsünlər. Hər zaman bildirmişəm ki, şəhidlərin müqəddəs ruhlarının şad olması üçün onların yaxınlarının istəkləri yerinə yetirilməlidir. Şəhid anası çox şey istəmir ki, Vətənə qurban getmiş oğlunun adının yaşadılmasını istəyir. Hesab edirəm ki, şəhid anasının bu istəyinə aidiyyati qurum və şəxslər tərəfindən müsbət cavab verilməlidir. Lazımdırsa, qanuna dəyişiklik etmək, əngəli aradan qaldırmaq olar”. Dia.az-ın məlumatına görə, Birinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Rey Kərimoğlu AYNA-ya deyib ki, bu problem uzun illərdir ki, hökm sürür: “Qanunvericiliyin yaratdığı bir problemdir. Mən deyərdim ki, çox bərbad qanunvericilik bazası mövcuddur. Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı qanun hökmən dəyişdirilməlidir. Təsəvvür edin ki, şəhidin medaldan əlavə ordeni də olmalıdır ki, adına məktəb verilsin. Bu, qanunda gülünc bir müddəadır”.

“Bu halı pisləyirəm. Bir şəhidin adının əbədiləşdirilməsi, adına məktəb verilməsi üçün qanunla baryer qoyulmamalıdır. Bu, aradan qalxmalıdır. Qanun dəyişdirilməlidir. Bundan sonra məsələlər rahat şəkildə həllini tapacaq”, - deyə Qarabağ qazisi vurğulayıb.

R.Kərimoğlu qeyd edib ki, qanun dəyişdirilməsi prosesində şəhid ailələri cəmiyyətləri, qazi cəmiyyətləri ictimai iştirakçı olmalıdır, onların fikirləri öyrənilməlidir: “Bizim nümayəndələrin fikirləri nəzərə alınmalıdır ki, qanunun yaratdığı eybəcərlik aradan qalxsın. Bu sahəyə dəxli olmayan beş nəfərə verirlər ki, bu qanunu hazırlayın. Onlar da belə məzmunsuz, eybəcər qanun ortaya çıxarırlar. Belə olmamalıdır”.
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO