Prezidentin qazilərlə bağlı fərmanı icra olunmur... - YAP-çı deputat məmurları tənqid etdi
Sosial
Oxunub: 268
16 iy 2022 | 17:23
Prezidentin qazilərlə bağlı fərmanı icra olunmur... - YAP-çı deputat məmurları tənqid etdi


44 günlük Vətən müharibəsindən sonra 36 qazi özünə qəsd edib, 50 nəfərə yaxın qazinin isə intihara cəhdinin qarşısı alınıb.
Hökumət rəsmiləri qazilərin müraciətlərinə həssas yanaşdıqlarını, onların problemlərini həll etməyə çalışdıqlarını bildirilər. Lakin sosial mediada tez-tez hökumətin qazilərlə bağlı siyasəti tənqid olunur.
Hətta millət vəkilləri belə yerlərdə icra hakimiyyəti rəhbərlərinin qazilərin problemləri ilə yetərincə maraqlanmadıqlarını etiraf edirlər.
Onu da qeyd edək ki, qazilərin özünəqəsdi ilə bağlı açıqlama verən yerli məmurlar öz biganəliklərinə haqq qazandrımaq üçün çox vaxt onların psixoloji durumunda problemlər olduğunu qabardırlar. Lakin heç bu da sözügedən məsələ ilə bağlı hökumətin məsuliyyət yükünü azaltmır.
İş burasındadır ki, 2021-ci ildə Prezident İlham Əliyev hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə fərman imzalayıb.
Fərmana əsasən, Səhiyyə, Müdafiə nazirliklərinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər qurumların nümayəndələrindən ibarət ayrıca komissiya yaradılıb. Təəssüf ki, internet resurslarında bu komissiyanın işi ilə bağlı hansısa ciddi informasiyalara rast gəlmək mümkün deyil.
Digər tərəfdən, əgər doğrudan da, adı çəkilən komissiya qazilərə psixoloji yardım işini təşkil edirsə, onda necə olur ki, özünəqəsd hallarının sayı aybaay artır? Bu, paradoksal deyilmi?
DİA.AZ xəbər verir ki, millət vəkili Aydın Hüseynov məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib. O, fərmanın tələb olunduğu səviyyədə yerinə yetirilmədiyini diqqətə çatdırıb:

“Hər şeydən öncə qazilərin hər birinə mütləq psixoloji yardım lazımdır. Lakin işlərin lazımı səviyyədə aparılmadığını açıq deməliyik. Ölkə başçısı qazilərin, şəhid ailələrinin əməyini çox yüksək qiymətləndirir. Bu sahədə problemlərin həll olunması üçün müvafiq tapşırıqlarını verir, dövlətin imkanları çərçivəsində vəsaitin ayrılması təmin olunur. Lakin qazilərin problemi hər birimizdən - deputatdan, məmurdan, bütün vətəndaşlardan asılıdır. Onların mənəvi gərginlikləri çoxdur. Müharibənin od-alovunu görüblər, sarsıntıları var. Başqalarına nisbətən qazilərə qarşı hədsiz dərəcədə səbrlə davranmalıyıq".
Millət vəkili bildirib ki, məmurlar, dövlət qurumları qazilərlə bağlı üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməlidir: "Hər bir bölgədə müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin konkret sayı var. Sadəcə, bir dəfə qazinin problemini həll etməklə yox, mütəmadi olaraq, sistemli şəkildə işə həssas yanaşmaq lazımdır. Qaziləri qəbul edib dinləməyin özü belə o problemlərin həllindən daha çox vacibdir”.
A.Hüseyniv icra hakimiyyətlərinin tərkibində yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin fəaliyyətinə də diqqət çəkib: “Bu məsələyə fərdi yanaşmaq lazımdır. Çünki həmin şöbədə təmsil olunanlarının özləri də müharibə iştirakçısı və qazidir. Əgər onların üzərinə hər hansı bir qazi gəlirsə, ona çox həssas və diqqətlə yanaşmalıdırlar. Yox, əgər həmin şöbədəkilər öz vəzifəsinin öhtəsindən gələ bilmirsə, onlar digərləri ilə əvəzləmək doğru olar”.
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?