Sənəd saxtakarlığı: AMEA-da yeni qalmaqal (Fotofakt)
Sosial
Oxunub: 257
15 iy 2022 | 20:45
Sənəd saxtakarlığı: AMEA-da yeni qalmaqal (Fotofakt)


AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin müdiri Ələddin Məlikov "elmlər doktoru" elmi dərəcəsi diplomu olmadığı halda özünü "fəlsəfə elmləri doktoru" kimi qələmə verir və bu təkcə AMEA-nın rəsmi saytında deyil, hətta AMEA-dan gedən rəsmi sənədlərdə belə öz əksini tapıb.

Mənbədən Xeberlent.az daxil olan məlumata görə, müdir bəy insanların iş həyatı ilə oynayaraq, onların sənədlərini olmayan elmi dərəcə ilə imzalayıb, AMEA-nın digər məsul şəxsinə imzaladaraq AMEA-nın möhürünü qoydurub və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunması üçün saxta sənədləri iddiaçılara verməkdən çəkinməyib. Bir neçə sənədin surəti dəlil qismində redaksiyaya təqdim olunub. AMEA-nın rəsmi saytında verilən yanlış məlumatlar hələdə olduğu yerdədir.

Azərbaycan Milli Elmlər Akademiyası elmin inkişafında əsas təşkilatdır və AMEA-nın Təhsil şöbəsinin müdiri sənədləri saxtalaşdırmaqdan və vəzifə səlahiyyətlərini aşmaqdan qorxmursa, AMEA-nın hansı gələcəyindən söhbət gedə bilər? Mənbənin bildirdiyinə görə, AMEA prezidentinin Katibliyinin rəisi Eldar Əmirovun tapşırıqları bu günə qədər də Ələddin Məlikov tərəfindən yerinə yetirilir və arxasında Eldar Əmirovun durması Ələddin Məlikova bu cür qanunsuzluqlara yol verməyə imkan yaradır.

Bu məsələ 2021-ci ildə aşkarlansa da, AMEA tərəfindən Ələddin Məlikova qarşı heç bir tədbir görülməyib. Bir təşkilatın Təhsil şöbəsində bu cür özbaşınalıq və qanunsuzluq yer alıbsa, Azərbaycanın gələcək elmini nə gözləyir? Onu da qeyd edək ki, Ələddin Məlikov AMEA-nın sabiq prezidenti akademik Ramiz Mehdiyevin AMEA-dakı keçmiş komandasından olmaqla yanaşı, Mehdiyevə yaxın olan bir adam kimi tanınır. O, eyni vaxtda bir neçə yerdə fəaliyyət göstərir və yəqin ki, həmin təşkilatlarda da özünü yalandan "elmlər doktoru" kimi tanıdır.

Göründüyü kimi, bu gün AMEA-nın formal rəhbəri prezident vəzifəsini icra edən akademik Arif Həşimov sayılsa da, gündəmdə yenə də özbaşınalıqlarını davam etdirən Mehdiyev komandasıdır. Azərbaycan elmi bu şəxslərdən xilas olmayacaqmı?

Hələ bu harasıdır? AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsində qeyri-qanuni faktlar təkcə bununla bitmir.

Ardı var......
Adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərilib.

Sənəd saxtakarlığı: AMEA-da yeni qalmaqal (Fotofakt)
Sənəd saxtakarlığı: AMEA-da yeni qalmaqal (Fotofakt)
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...