Qarabağ qazisini yalvarmaqla intihardan çəkindirən qazi – jurnalist
Sosial
Oxunub: 227
15 iy 2022 | 21:18
Qarabağ qazisini yalvarmaqla intihardan çəkindirən qazi – jurnalist


Qarabağ qazilərinin intihar(lar)ı yenə gündəm olub. Jurnalistlər “kefdədir”, yazmağa “ceyran beli”nə çıxmağa gərək yoxdur. Qəribə situasiya yaranıb və elə əvvəl də belə idi . Elə bil çəkişmə gedir :bir yanda ”intihar tərəfi”, o biri yanda “hökumət, dövlət tərəfi”. Müxalifət, jurnalist qurumları da hakim rolunda. Bircə şeyi deyək ki, Sabirabadın Qalağayın kəndindən olan qazi Elnur Cəfərovu intihardan saxlamaq olardı. Elə son çəkilişi aparanın özünün çabası ilə. Necə bir neçə il qabaq qazi- jurnalist Tahir Abbas (“Millətin səsi.info” saytının qurucusu və baş redaktoru) bu sətirlərin yazarına zəng edib, özünü öldürməməyi yalvarmışdı. Yanlış duymadınız, Tahir bəy yalvararaq səbrli olmağa çağırırdı. ..Və ayrı cəbhələrdə döyüşdüyümüz savaş dostum məni ölümdən döndərdi.
...Özünü öldürmə (son) həddinə çatdırılmağım isə Nardarandakı bağıma girməyə Sabunçu RİH -in pulyığanı “komunxoz” Həbibin qohumlarından ibarət qoçu dəstəsinin bağda işləyən fəhlələrə və nəzarət edən Qarabağ qazilərinə zor tətbiq etməsi idi. Təsəvvür edin, Qarabağ qazisi öz bağına girməyə icra hakimiyyətinə rüşvət verməlidir! (?) Baş prokurorluqda qəbul edildim və qanuni tədbirlər görüləcəyi bildirildi. Qəbuldan çıxan kimi bağdan zəng edib, “komunxoz” Həbibin gəlib hörgünü uçurduğunu, şillə-təpik atdığını dedilər. İntihar məkanı seçilən Prezident Administrasiyası ilə baş prokurorluğun arası isə bir – iki yüz metr ola, ya olmaya. Hələ də həm Sabunçu prokurorluğu, həm də Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi izahatımı alsa da, nə qərar verilib, nə də mənə dəyən ortalıq 5 min manatlıq mal -materialın məhv edilməsinə görə dəyən ziyan ödənilib. Başçı Adil Vəliyev özü “çestinə” sığışdırmasa da, köməkçisi Müslüm bəy zəng edib, işi davam etdirməyi dedi, amma ilkin mal-materialla kömək edilmədi. Beləcə altı ildir evin özülü tökülüb, bir neçə maşın beton məhv edilib və öz pulumuzla öz bağımda ev tikməyimə imkan verilmir. Arada beş min manatım da Sabunçu RİH-in reketliyinin qurbanı oldu. .
..Qarabağ savaşında olanda kimya doktoru həyat yoldaşımı iki körpə uşaqla AMEA-nın Şərifzadə küçəsindəki yataqxanasından işlər idarəsi çıxarıb. Həmin yataqxananın yerində tikilən evdən də keçmiş işlər müdiri Fətəli Abdullayev və müavini Sərdar Əliyev özlərinə, katibələrinə, sürücülərinə bir neçə çoxotaqlı mənzil götürdü, amma AMEA üzrə yeganə (1-ci dərəcəli) Qarabağ qazisinə mənzil ayrılmadı. AMEA prezidenti Akif Əlizadənin qəbuluna isə həmin bu işləklər idarəsi qadağa qoydu. Hətta Sərdar Əliyev adlı işlər müdirinin müavini işlədiyim instituta gəlib, müharibədə olmağımı abırsızcasına şübhə altına aldı və buna görə nə prokurorluq, nə polis, nə də məhkəmə tədbir gördü. Son çıxış yolu nədir? İntihar çabası. ..
...Ağsu rayonunun Pirhəsənli kəndini mənim dədəm-babam salıb. Kənd üzrə yeganə zabit Qarabağ əliliyəm. Mənə bir pay bələdiyyədən pulsuz, dövlət torpağından da iki pay torpaq ayrılması qanunun tələbidir. Di gəl, nəinki toplam 3 pay qazi kimi torpaq verilib, əksinə, 22 ildir istifadəmdə olan torpaq sahəsini Ağsu RİH başçısı , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ələ keçirib satıblar. İndi 3 ildir nə prokurorluq, nə polis, nə də məhkəmə şikayətimə baxır. Daha doğrusu, Ağsu icra hakimiyyəti imkan vermir şikayət araşdırılsın. Təsəvvür edin , mən döyüşlərdə olanda kəndin altındakı samanlıqda gizləndiyi deyilən (evlərində gecələmirlərmiş ki, tutub “kişi” olmağa apararlar ) gələcəyin məmurları kəndin torpağını da ələ keçirib, Bakıda da bir neçə mənzil, torpaq sahəsinə yiyələniblər. Bunların tamahları da qaziləri intihara sürükləyən amillərdəndir.
BŞİH və Nərimanov RİH bütövlükdə Qarabağ qaziləri və şəhid ailələri üçün tikilmiş evi zəbt edib. Bu işğal dövlət səviyyəsində həyata keçirildiyindən hələ də sürür. Zavallı savaş adamları məmurların ayaqları altında qalıb.
..14-cü ildir Nizami RİH, ƏMDK və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri mütəşəkkil cinayətkar dəstə şəklində Xətai məhkəməsinin 2 qətnaməsi ilə mənə verdiyi Bəhruz Nuriyev -10a ünvanındakı otaqları zəbt edib. Bu 13 ildə minlərlə şikayət edilsə də, nə işğalçılar saxta şəhadətnamə ilə ələ keçirdikləri otaqdan çıxır, nə məhkəmə, prokurorluq, polis ,Ədliyyə Nazirliyi , Ombudsman məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin edir. 10 aydır Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi şikayətimi qeydə alıb, amma heç bir tədbir görməyib. Heç cavab da vermir. Belə bəlli olur ki, Prezident köməkçisi Kərəm Həsənov , Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov , onların pulyığanları Konstitusiyadan üstündür? Nə qazilərin köməyi ilə halal obyektimizə girişə imkan verilir, nə də “donuz özxoşuna darıdan çıxır”. İntihar xəbərdarlığı da sonuc vermədi. Neyləyək? Tahir Abbas, döyüş dostum, yol göstər. Bu yol xəbərdarlıq olmayacaq ki, çəkindirən olsun. ..
Məğrur Bədəlsoy
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ