Nazirliyin qarışmadığı məktəb müzakirəsi: - Valideyn, deputat və ekspertlər danışır, qurum isə..
Sosial
Oxunub: 223
14 iy 2022 | 16:53
Nazirliyin qarışmadığı məktəb müzakirəsi: - Valideyn, deputat və ekspertlər danışır, qurum isə..


Ölkənin ümumtəhsil məktəblərində dərslərin başlanma tarixi yenə gündəmdədir.

Yeni tədris ilinə bir neçə ay qalsa da, valideynlər övladlarının sentyabrın 15-də deyil, 1-də məktəbə getməsini istəyirlər. Buna səbəb kimi isə göstərirlər ki, tədris ilinin sonuna bir müddət qalmış məktəblərdə dərslər başa çatır, buraxılış imtahanlarının keçirilməsi ilə yanaşı, proqram başa çatır, məktəblərdə dəsliklər toplanır və nəticədə bu müddətdə şagirdlər məktəbdə sadəcə boş vaxt keçirirlər. Həmin müddətdə məktəblərdə şagird davamiyyətinin kəskin azaldığı bildirilir. Belə vəziyyətin yaranmasından isə həm valideynlərin, həm də şagirdlərin narazılığı yaranır. Dərslər baş çatsa da, isti hava şəraiti, əlavə xərc problem yaradır.

Tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı da fikirlər haçalanır. Belə ki, Milli Məclisdə çıxışı zamanı millət vəkili Fazil Mustafa bildirmişdi ki, avqustun 21-də müəllimlər işə çıxır:

“Amma sentyabrın 15-nə qədər maaş alır. Azərbaycan müəlliminə nə qədər çox pul verilsə, halal xoşudur. Amma olmaz ki, elə sentyabrın 1-də dərs başlasın və müəllimlər də o vaxtdan maaş alsın?"

O qeyd etmişdi ki, Bilik Gününü sentyabrın 15-də müəyyən edənlər isti havanı əsas gətirirlər:

"Həmin şəxsləri Afrikada vəzifəyə təyin etsələr, orada tədrisi qadağan edərlər. Yenə məsələni qaldırmaq istəyirəm ki, dərslərin sentyabrın 1-i başlayıb, mayın sonu bitməsi uyğundur. Onsuz da mayın sonunda dərslər dayanır. Müəllimlər iyunun 15-nə qədər boş qalırlar".

Onu da qeyd edək bəzi ekspertlər tədris müddətinin indi olduğu qalmasının, bəziləri isə köhnə tarixə qayıtmanın tərəfdarıdırlar.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələnin təmsil etdiyi qurumun səlahiyyətində olmadığını deyib:

“Bilik Günü Nazirlər Kabineti tərəfindən verilən qərar əsasında sentyabrın 15-i müəyyən edilib. Nazirlik olaraq, biz hər hansı şərh verə bilmərik".

Təbii ki, qərar hökumət verir, ancaq təklif və rəy, o cümlədən əsaslandırma əlaqədar qurumlardan qəbul olunur, müzakirə edilir. İndiki halda bu qurumlarn başında Təhsil Nazirliyi dayanır.Ancaq görünən odur ki, nazirlik tədris ilinin müddəti ilə bağlı müzakirələrə müdaxilə etmək istəmir və prosesi kənardan izləyir. Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Cebhe.info-ya bildirdi ki, sovet dövründə dərslər sentyabrın 1-də başlayırdı və vətəndaşlar da yeni dərs ili ilə bağlı bu sistemə öyrəşib:

“Son dövrlər bu istiqamətdə müxtəlif çağırışlar var. Bizim bəzi həmkarlarımız da bu məsələ ilə bağlı müəyyən çağırışlar ediblər. Mənim fikrimcə, dərslər sentyabrın əvvəli başlasa, may ayının sonu bitsə, daha yaxşı olar. Ancaq burada mərkəzi icra hakimiyyəti olaraq Təhsil Nazirliyinin mövqeyi çox önəmlidir ki, birdən-birə bu sistemə keçmək mümkün deyil. Bunun üçün tədris ilinə başlamamışdan əvvəl dərs bölgüsü, proqramlar hazırlanır. Bu məqamlara baxılmaqla, başqa ciddi səbəb yoxdursa, tədris ilinin sentyabrın 1-də birində başlaması məsələsinə baxa bilərik. Son proseslər də göstərir və insanların bir qismi də bu düşüncədədir ki, dərslər sentyabrın 1-də başlasa, daha yaxşı olar. Yəni istilər düşməmiş tədris ili bitmiş olur. Müəyyən məqamlar, nüanslar nəzərə alınmalıdır və belə bir qərar olarsa, əvvəlcədən hazırlıqlar getməldirlər ki, prosesə tam hazır olaq”.

Millət vəkili sentyabrın əvvəlində havaların isti olması arqumenti ilə razı deyil:

“Bu arqumenti irəli sürənlərə mən də sual verirəm. Bəs iyunun 15-nə kimi uzadıldıqda havalar isti olmurmu? Yəni o dövr daha isti olur, yoxsa sentyabrın 1-i? Hesab edirəm ki, bu, güclü arqument deyil. Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif model var. Hər ölkənin özünün bir sistemi var. Bizim insanlar əvvəlki dövrdən də öyrəşiblər. Bu gün də bir sıra dünya ölkələrində yeni tədris ili sentyabrın 1-də başlayır. Mən hesab etmirəm ki, sentyabrın əvvəlində havalar həddindən artıq isti olur. Əksinə, iyunun 15-dək havalar daha isti və dözümsüz olur. Bu məsələyə yenidən baxılıb, qərar qəbul edilə bilər”.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər