Aqiyə Naxçıvanlı: “Dövlət siyasəti ölkəmizdə tolerantlıq mühitinin getdikcə daha da möhkəmlənməsini təmin edir”
Sosial
Oxunub: 267
7 iy 2022 | 11:44
Aqiyə Naxçıvanlı: “Dövlət siyasəti ölkəmizdə tolerantlıq mühitinin getdikcə daha da möhkəmlənməsini təmin edir”


“Azərbaycan ərazisində zaman-zaman məskunlaşmış ən müxtəlif dini-etnik qruplar burada özlərini heç vaxt yad hesab etməmiş, yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Birmənalı olaraq demək lazımdır ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin yaradılması və dövlət səviyyəsində qorunub saxlanılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə tolerantlıq mühiti daha da möhkəmlənmiş, bu sahə dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşmişdir. Bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin nəticəsi olaraq müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələri ümumxalq həmrəyliyinin bir parçası olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizədə azərbaycanlılarla sarsılmaz birlik nümayiş etdirirlər. Müxtəlif dinlərin və mədəniyyətlərin tarixən qovuşduğu məkan - Azərbaycan, öz timsalında bu gün də bütün dünyaya tolerantlığın və multikulturalizmin əsl nümunəsini nümayiş etdirir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə dini bayramların keçirilməsi məsələsinə hər zaman xüsusi həssaslıqla, ehtiramla yanaşıb və bu ənənə hal-hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir: “Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan xalqının milli və dini irsinə sonsuz hörmətlə, böyük həssaslıqla yanaşmanın ən bariz nümunəsi olmuşdur. Təsadüfi deyil ki, Ümummilli Liderimiz hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik edib, müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Dini bayramlarımıza bu münasibət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən sərgilənməkdədir. Dövlət başçısının hər il Qurban və Ramazan bayramlarında Azərbaycan xalqına təbrik müraciətləri ünvanlaması da, dini abidələrimizin mühafizəsi işini hər zaman xüsusi diqqət mərkəzində saxlaması da bunun bariz sübutudur. O cümlədən, Azərbaycanın tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk növbədə məhz məscidlərimizin bərpası barədə verilən göstərişlər də möhtərəm Prezidentimizin bu məsələlərə yanaşmada nümayiş etdirdiyi yüksək həssaslığın daha bir göstəricisidir. Həmçinin qeyd olunmalıdır ki, ölkə başçımızın rəhbərliyi ilə Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin nəticəsi olaraq Azərbaycan bu gün bütün dünyada tolerantlığın və multikulturalizmin ən nümunəvi mərkəzlərindən biri hesab olunur.”

Daha sonra deputat qeyd edib ki, bu gün ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi kimi islam mədəniyyətinin inkişafına, bütün dünyada tolerantlıq mühitinin təşəkkül tapmasına misilsiz töhfələr bəxş etməkdədir: “Ayrıca olaraq qeyd etmək lazımdır ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir və bu gün də həmin proses davam edir. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi isə Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində atdığı növbəti əməli addımlardan biri olmuşdur.”
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...