Ziya Məmmədovu DAMLAMAQ ÜÇÜN NƏ LAZIMDIR? - Vəkildən AÇIQLAMA
Sosial
Oxunub: 316
7 iy 2022 | 20:23
Ziya Məmmədovu DAMLAMAQ ÜÇÜN NƏ LAZIMDIR? - Vəkildən AÇIQLAMA


2008-ci ildə tikilən Bakı-Quba-Rusiya yolu dəfələrlə təmir olunub. İnternet materiallarında bildirilir ki, bu yolun tam istifadəyə verilməsi üçün dövlət büdcəsindən 545 milyon 287 min 800 manat xərclənib. O zaman nəqliyyat naziri olan Ziya Məmmədov yolun 30 il davam gətirəcəyini bəyan etmişdi. Bəs nə oldu? Yol indi yenidən qurulur...

Mediada dəfələrlə iddia olunub ki, bu yol üçün ayrılan vəsait mənimsənilib. O üzdən də keyfiyyətsiz olub. Bəs, bu iddia ilə bağlı bu vaxta qədər nə üçün hər hansı hüquqi tədbir görülməyib? Dia.az-ın məlumatına görə, mövzu haqda Yenisabah.az-a danışan vəkil Əsabəli Mustafayev deyib ki, hökumət həyata keçirdiyi tenderlərdə məqsədli şəkildə məmurlara məxsus şirkətləri qalib edir:

“Təkcə Bakı-Quba yolunun deyil, digər yollar haqqında da belə fikirlər səslənir. Bu yolların çəkilməsi sonra tez-tez təmir olunması büdcə pullarının mənimsənilməsi ilə əlaqədardır. Bu, inandırıcıdır.

Bakı-Quba yolunun yeni salınanda 30 il zəmanət verilmişdi. Deyirdilər ki, dünyanın ən qabaqcıl standartları ilə, texnologiyası ilə salınmış yoldur. Ancaq həmin yolun salınandan iki il sonra təmirlər başladı.

Hökumət tenderlərdə həmin məmurların özlərinə məxsus olan şirkətləri qalib edir. Onlar da təmiri çox keyfiyyətsiz materiallarla həyata keçirirlər. Mənim fikrimcə, bunun arxasında büdcə pullarının talanması durur. Hesablama Palatası büdcə pullarının xərclənməsinə nəzarət etməlidir”.

Vəkil bildirib ki, ortada iddialar varsa, dövlət bu zaman müəyyən prosedurları başlamalı, hüquqi təqiblər həyata keçirməlidir:

“Belə materialların mətbuatda dərci dövlət qurumları üçün həmin məsələylə bağlı araşdırılmaya başlanılmasına əsas olmalıdır. Cinayət işinin başlanması üçün əsaslar var. Həmin əsaslardan biri də KİV-də yayımlanmış materiallardır.

Aidiyyatı qurumlar təmir işi başa çatdıqdan sonra yoxlama aparmalıdır. Əgər, bu, yoxdursa, deməli, bu qurumlar arasında cinayətkar birlik var. Bəzən yollar heç təmir də olunmur, ancaq bunun üçün ayrılmış pullar yeyilir.

Yolların istifadə intensivliyindən asılı olaraq, tikintisində hansı materiallardan istifadə olunmasını müəyyənləşdirmək olar. Hər bir materialın zəmanəti olmalıdır. Nə qədər ki, xidmət sahələri məmurlara birbaşa bağlıdır, o sahələr keyfiyyətsiz işləyəcək. Ən pisi də odur ki, onların heç biri vergi ödəyicisi deyil” – deyə, vəkil fikirlərini yekunlaşdırıb.
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ