Mətbuat cəmiyyətin aynasıdır ! - FOTO
Sosial
Oxunub: 252
6 iy 2022 | 11:34
Mətbuat cəmiyyətin aynasıdır ! - FOTO


Özümüz də hər gün redaksiyamıza müraciət edib, xəstəxanalardan, həkim səriştəsizliyindən - ümumiyyətlə səhiyyədən şikayətlənən çoxsaylı vətəndaşları görürük, dinləyirik. Eləcə də bizim kimi yüzlərlə digər saytlar - hamısı da bu sahə üzrə ayrı-ayrı şəxslər tərəfindən edilən şikayətlər...

Bütün bunları gördükcə də istər-istəməz qınaq obyekti özlərindən də çox, onların tabe olduğu qurum olur.

Səhiyyə Nazirliyi ta Oktay Şirəliyevin dövründən özünü doğrultmadı və kifayət qədər vətəndaş narazılığına səbəb oldu. Sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yarandı. Lakin, onun yaranması da bu sahədəki narazılıqları aradan qaldıra bilmədi.

Bundan əlavə TƏBİB -in İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlı da vəzifədə olduğu müddətdə yeni quruma olan ümidləri doğrultmadı. Əksinə şəxsi əmlakları ilə bir müddət gündəm mövzusu oldu.

Doğrudur, illər boyu yaşanan problemləri aradan qaldırmaq üçün iki il zaman çox azdır. Amma, hamının acığını söndürmək üçün qınaq ünvanı haçalanmış oldu. Əvvəl tək Səhiyyə Nazirliyini qınayırdıqsa, indi hər ikisindən gileylənirik.

Elə "DogruXeber.az" olaraq, biz özümüz də bu barədə bir neçə dəfə gileylənmişik. Lakin, tərəfimizdən edilən müraciətlərə TƏBİB-dən dərhal verilən reaksiya, verdiyimiz ünvanlarda başladılan araşdırmalar, görülən tədbirlər fikrimizi dəyişdirdi.

Görünür İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov cavabdeh olduğu səlahiyyətləri layiqincə yerinə yetirir, rəhbərlik etdiyi qurumun işlərinə daha da məsuliyyətlə və həssaslıqla yanaşır.

TƏBİB-in mətbuatla əlaqələr şöbəsində çalışan Kənan adlı gənc əməkdaşı, eləcə də Kənan müəllimin çalışdığı şöbənin digər əməkdaşlarının işlərinə necə həssaslıqla, məsuliyyətlə yanaşdıqlarının şahidi olduq. Edilən müraciətlər diqqətə alınır, dərhal aidiyyatı üzrə məlumat verilir və araşdırmalar başladılar. Aşkar olunan nöqsanlar barəsində də lazımi tədbirlər görülür.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında baş verənlər barəsində "DogruXeber.az" saytında məlumat yayımlamışdıq. Eyni zamanda TƏBİB, Səhiyyə Nazirliyi və Şirvan Şəhər Prokurorluğuna da müraciət etmişdik. Sözügedən xəstəxana TƏBİB-in tabeçiliyində olduğu üçün orada dərhal qurum tərəfindən araşdırmalara başlanıldı. Bundan əlavə, bir neçə gün əvvəl qəza nəticəsində sağ qolu sınmış bir vətəndaş əməliyyat üçün bir neçə gün 3 saylı Sabunçu Xəstəxanasında saxlanıldı. Qoluna qoyulacaq mil üçün xəstə yaxınlarından müəyyən vəsait tələb olunurdu. Vətəndaşın ailə üzvləri redaksiyamıza müraciət etdi və biz də öz növbəmizdə bu barədə TƏBİB-in mətbuatla əlaqələr şöbəsinin əməkdaşı Kənan müəllimə məlumat verdik.

Məlumatı verdikdən dərhal sonra - elə həmin gün vətəndaş yüksək səviyyədə diqqətə götürüldü və əməliyyat edildi. Hazırda vəziyyəti çox yaxşıdır.

Dəyərli izləyicilərimiz, hər zaman olduğu kimi, yenə də deyirik. Biz tərif etmirik, "ağı ağ yazırıq - qaranı qara".

Nöqsanları gördükdə tənqid yazırıq, nöqsanları aradan qaldırmaq üçün atılan addımları gördükdə isə layiqincə dəyərləndirir, şəninə zəhmətilə qazanılan xoş sözlər.

Düşünürük ki, TƏBİB -in İdarə Heyətinin sədri Vüqar Qurbanov,

Mətbuat cəmiyyətin aynasıdır ! - FOTO


əməkdaşı Kənan müəllim, eləcə də

Mətbuat cəmiyyətin aynasıdır ! - FOTO


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev,

Mətbuat cəmiyyətin aynasıdır ! - FOTO


"Azəriqaz"İstehsalat Birliyinin direktoru Ruslan Əliyev kimi məsuliyyətli rəhbərlər çox olarsa, bu qədər vətəndaş narazılıqları da olmaz.

"DogruXeber.az" olaraq, sözünü doğrusunu deyir, vəzifəsini şəxsi məqsədləri üçün istifadə edib, vətəndaşları saymayan məmurları tənqid edirik

Onların əksinə, işini vicdanla icra edən şəxsləri də dəyərləndirməyi bacarırıq.

Əgər, ümumiyyətlə xalq olaraq, çoxlarını pulla satın aldığı "nüfuz"una görə deyil, vicdanla göstərdiyi xidmətinə görə dəyərləndirərsək, bəlkə nələrisə dəyişə bilərik.

Sizcə də belə deyil?
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO