“MilliÖn” rəsmən “Paşa Holdinq”in oldu – Proses gizli aparılıb?
Sosial
Oxunub: 378
4 iy 2022 | 23:39
“MilliÖn” rəsmən “Paşa Holdinq”in oldu – Proses gizli aparılıb?


Azərbaycanda elektron ödəniş sistemləri bazarının aparıcı şirkətlərindən olan “Komtec Ltd” MMC-nin adı dəyişərək “Pashapay” MMC-yə çevrilib.

Yeniavaz.com xəbər verir ki, Vergilər Xidmətinin reyestr məlumatlarında əvvəllər “Komtec Ltd” MMC-yə məxsus olan VÖEN-in (1300615891) artıq “Pashapay” MMC-yə məxsus olduğu qeyd olunub.

Reyestrdə son dəyişikliyin bu ilin may ayında olduğu bildirilir.

Lakin, “Komtec Ltd” MMC-nin “Pashapay” MMC-yə nə zaman və hansı formada çevrildiyi barədə açıq resurslarda heç bir məlumat yoxdur.
“Vergilər” qəzetinin “vergilər.az” saytında da “Komtec Ltd” MMC-nin ləğv olunması barədə heç bir elana rast gəlmək olmur.
Nizamnamə kapitalı 22 min manat olan “Pashapay” MMC-nin “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. Ev 153-də yerləşdiyi bildirilir. MMC-yə Məmmədov Samir Sabir oğlu rəhbərlik edir. Məmmədov Samir Sabir oğlu daha əvvəl səhmləri “Paşa Holdiq”ə məxsus olan “Kapital Bank”da Marketinq və Agile metodologiyanın tətbiqi idarəsinin Baş Direktoru olub.

Qeyd edək ki, artıq “Pashapay” MMC-nin saytında da “MilliÖn” terminallarının onlara məxsus olduğu yazılır.

Bildirilir ki, 3000-dən çox ödəniş terminallarına malik “MilliÖn” şəbəkəsində 150-dən artıq şirkət və 500-dən artıq xidmət növü mövcuddur.

“Million.az” saytında isə “MilliÖn” ticarət nişanının “Komtec Ltd” MMC-yə məxsus olduğu barədə məlumat yer alıb. Ehtimal etmək olar ki, “MilliÖn”nün “Komtec Ltd” MMC-dən “Pashapay” MMC-yə keçməsi yaxın tarixlərdə olduğu üçün saytda müvafiq düzəlişlər edilməyib.

“MilliÖn” rəsmən “Paşa Holdinq”in oldu – Proses gizli aparılıb?
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək