TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?
Sosial
Oxunub: 403
1 iy 2022 | 12:08
TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?


TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?

ŞƏKİ-ZAQATALA REGİONAL TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ BƏHRUZ MEHDİYEV NAZİR EMİN ƏMRULLAYEVİN VERDİYİ QƏRARLARA NƏDƏN MƏHƏL QOYMUR? TƏHSİL İŞÇİLƏRİNİN SOSİAL VƏZİYYƏTİNİ AĞIRLAŞDIRMAQLA ZİYALILARIMIZI NİYƏ DÖVLƏTDƏN NARAZI SALIR?

ŞƏKİ KİMYA-BİOLOGİYA TƏMAYÜLLÜ LİSEYDƏ QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN RAYONLARDAN YÜZLƏRLƏ UŞAĞIN ŞƏKİYƏ GƏLMƏSİNƏ KİM TAPŞIRIQ VERİB?
Şəki-zaqatala regional təhsil idarəsinin verdiyi qərarlara nəzər salarkən, bir anlıq düşünürsən ki, onlar nazir Emin Əmrullayevin verdiyi qərarlara məhəl qoymurlar. Bu gün bir müəllim belə bir sualla mənə müraciət etdi, Şəki-Zaqatala regional təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev kimin adamıdır?

Dedim ay müəllim nə fərqi var?, müəllim dedi ki, məsələ burasındadır ki, nazirimiz belə bir qərar vermişdi ki, kim MİQ-dən yüksək bal toplayıbsa və dərs saatı 18 saatı keçməyəcəksə, onda digər məktəbdə də, dərs deyə bilər. Bəhruz müəllim regiona rəhbər gələn kimi bu qərarın üzərindən xətt çəkərək, dedi ki, mən belə bir qanun tanımıram. Müəllim yalnız bir məktəbdə dərs deyə bilər, onda sual edirəm, bəs dünənə qədər Emin Əmrullayevin bizim iki yerdə işləməyimizdən xəbəri yox idi? Nazir yay məktəblərinin təşkil edilməsiylə bağlı əmr verib. Həmin müəllimləri yay məktəblərinə də buraxmırlar, ona görə ki, region deyir ki, biz belə istəyirik, vəssalam!

ŞƏKİ-ZAQATALA REGİONAL TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ BƏHRUZ MEHDİYEVİN METODKABİNET İŞÇİLƏRİNİN HEÇ BİRİNƏ MƏZUNİYYƏT VERMƏMƏYİNİN SƏBƏBİ NƏDİR, BU BİR CƏZA NÖVÜDÜR?
BƏHRUZ MÜƏLLİM MAYIN 4-DƏN METODİSTLƏRİN HAMISINI İŞDƏN AZAD ETMƏSİNƏ BAXMAYARAQ, ONLAR HƏR GÜN İŞƏ GƏLƏRƏK İŞLƏYİBLƏR. NƏHAYƏT MAYIN 16-DA ONLARI YENİDƏN İŞƏ QƏBUL EDİB. BƏS 12 İŞ GÜNÜNÜN PULUNU KİM YEDİ, VƏYAXUD O PULLAR HARA GETDİ?

Belə ki, Mayın 4-dən bütün metodistləri işdən azad ediblər. Onlar hər gün işə gəldiyi halda, əslində rəsmi olaraq, işdən azad ediliblər və 16 da yenidən işə qəbul ediblər.
Ortada qalan 12 gün üçün isə nə məvacib hesablanıb. Nə də ki, onlara məzuniyyət verilir. Görəsən təhsil nazirliyinə əmək məcəlləsini pozmağa kim icazə verib?
İlboyu istirahət etmədən işləyən metodistlər öz övladlarına, ailəsinə nə deməlidir, bağışlayın bu il məzuniyyət götürüb ailəliklə istirahət edə bilməyəcəyik? Ona görə ki, təhsil nazirliyində islahatlar aparıldığına görə mənə məzuniyyət verilmir? Səbəb də budur ki, artıq el arasında “Raşot” dediyimiz “Son haqqesab” da, hesablanıb və verilib. Bəs insanların ilboyu fasiləsiz işlədiyi müddət hara getdi? Dövlət qulluğunda işləyənlərin bu barədə bəxti gətirib, belə ki, cəza metodu onlara aid deyil. Belə çıxır ki, metodkabinetin işçiləri qara dərilidirlər?

Təhsil nazirliyi müəllimlərimizi, ziyalılarımızı bilərəkdən Dövlətdən narazı salırlar?!
Həqiqətən də, sosial yönümlü insanların haqqları pozulur, məzuniyyət yoxdur, 12 iş gününün pulunu verməyiblər. Ancaq bu qanunsuzluqlar dövlət qulluqçularının baş məsləhətçilərinə aid edilmir, yəni onlar həmişəki kimi məzuniyyətə də, gedəcəklər.
Sual olunur, əgər bu on iki gündə təhsil işçiləri metodistlərsiz, metodkabinet işçiləri olmadan öz işlərini rahatca görə biliblərsə, onda bu ştatları çoxdan ləğv etmək lazımdır, çünki işləmədən havayi maaş alaraq, Dövlət büdcəsinə xeyli ziyan vururlar.Yox əgər metodkabinet işçilərsiz iş getmirsə, deməli bu on iki gündə onları işlətmisiniz, onda məvaciblərini də, verməlisiniz.
Mənə verilən daha bir sual, ancaq bu sual səmimi verildiyi üçün olduğu kimi də, yazıram.
Şəki-Zaqatala regional təhsil idarəsinin müdir müavini Günay Mahmudova heç kimin telefonunu açmır, köhnə həmkarlarını ümumiyyətlə qəbul etmir. Gəldiyi təhsil müəssisələrində, təhsil şöbələrində isə heç kimlə işlə, qarşıda duran vəzifələrlə bağlı danışmır. Sadəcə binaya girib kim harada əyləşir, pəncərənin rəngi niyə belədir?, vəs. iradlar tutaraq, dönüb geriyə baxmadan gedir. Bu nə idarəçilik metodur, təkəbbür, yoxsa vəzifə istiliyi?
Cavabsız bir sual: -Hörmətli Şəki-Zaqatala regional təhsil idarəsinin rəhbərliyi, əgər məktəb direktorları vəyaxudda təhsil işçiləri parklarda ağacları sulayırlarsa, barama qurdu saxlayırlarsa təhsilin keyfiyyətinə necə fikir verə bilərlər?

ŞİMAL-QƏRB BÖLGƏSİNDƏ TƏHSİLLİ KADR OLMADIĞINA GÖRƏ ŞƏKİ-ZAQATALA REGİONAL TƏHSİL İDARƏSİNİN RƏHBƏRLİYİ KEYFİYYƏTİN TƏMİNATI ŞÖBƏSİNİN MÜDİRİ VƏZİFƏSİNƏ BƏHRUZ NƏBİLİ ADLI KEÇMİŞ İŞ YOLDAŞINI GƏTİRİB, HƏM DƏ, ONU BİLƏSUVAR RAYONUNDAN GƏTİRİB.
Bundan əlavə adını bilmədiyimiz daha bir kadr da, gətirib ki, onunla da, Bəhruz müəllim nə vaxtsa bankda bir yerdə işləyiblər.
Bəhruz Mehdiyev bir şeyi unudur ki, işlədiyi Şəki şəhəri təkcə baməzə sözləri, lətifələri, paxlavası ilə məşhur deyildir. Əhmədiyyə Cəbrayılov, Şəfiqə Axundova, Sabit Rəhman, Mirzə Fətəli Axundov vəyaxudda Lütvəli Abdullayevi də, Şəki yetişdirib. Odur ki, onların ziyalıları ilə danışarkən ehtiyyatlı olmalısınız.

Aldığım qeyri-rəsmi məlumatlara görə Bəhruz Mehdiyev gəldiyi gündən bütün kollektivi bir yerə yığaraq, deyib ki, mən sizinlə işləmək istəmirəm. Belə də ki, kim ev alanda təmir etmir?, onun qapısını, pəncərəsini dəyişmir?, mən də sizləri dəyişmək istəyirəm. Əgər bu deyilənlər düzdürsə onda başda Emin Əmrullayev olmaqla sözügedən regional təhsil idarəsi də, dövlətimizin siyasətinə zidd gedir. Əgər bir idarə rəhbəri vəzifəyə gəldiyi sahəni özünə ev almaqla müqayisə edirsə, vay bizim təhsilimizin gələcəyinə.
Şəki-Zaqatala regional təhsil idarəsində gəlmələrin hər biri öz katibələrini də, özləri ilə gətiriblər.
Bütün kadrları Biləsuvardan, Oğuz və başqa rayonlardan gətirirlərsə, bu o deməkdir yerlərdə kadr yoxdur, mənə elə gəlir ki, bu Şəki ziyalılarını təhqir etməyə bərabərdir.

Sonda Şəki-Zaqatala regional təhsil idarəsinin nəzərinə bir neçə məktəbin adlarını xatırlatmaq istəyirəm. Sovetlər birliyi dövründəki Kolxoz tövlələrini xatırladan Balakəndəki Bedağar kənd tam orta məktəbi, Zaqatala rayon Lahıc kənd tam orta məktəbi və Şəkidəki Cəfərabad, Aşağı Göynük, Turan, Biləcik kənd tam orta məktəblərinə yolunuzu salın, o kəndlərdə Azərbaycanın qəhrəman oğulları yetişir, bunu unutmayın!

Mövzunu diqqətdə saxlayaraq, davam etdirəcəyik.
Ardı var....
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN JURNALİSTLƏR VƏ
YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ.

TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?
TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?
TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?
TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?
TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?
TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?
TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest